MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə49/71
tarix01.12.2023
ölçüsü0,7 Mb.
#170988
1   ...   45   46   47   48   49   50   51   52   ...   71
Cəfər H İbrahimov Psixologiya mühazirələri az 1

Əyani-əməli təfəkkür
əşyalar üzərində praktik fəaliyyətlə 
bağlı təfəkkür növüdür. Təfəkkürün bu növü 4 yaşına qədər 
uşaqlarda üstün mövqe tutur. Əyani-əməli təfəkkür daha çox 
hərəkətlərin köməyi ilə həyata keçirilir. Məsələn, uşaqdan so-
ruşanda ki "bu evciyi necə qurmusan?" O cavab verir ki, "Bax 
belə". Evcyi uçurub, yenidən tikir. Bu zaman uşaq öz fikrini 
hərəkətlərin köməyi ilə ifadə edir. 
Əyani-obrazlı təfəkkür, obrazlı materiala istinad edir. Yəni 
bu halda cisim və hadisələr təhlil edilir, müqayisədən keçirilir. 
Ontogenetik inkişafda əyani-obrazlı təfəkkür daha çox 
məktəbəqədər yaşlı uşaqlarda özünü göstərir, bu yaş mərhə-
ləsində hələ məfhumi və ya mücərrəd təfəkkür kifayət qədər 
aydın nəzərə çarpmır. 
Mücərrəd təfəkkür zamanı fikri fəaliyyət əsasən ümumi və 
mücərrəd məfhumlara istinad edir. Ədalət, xoşbəxtlik, kəmiy-
yət, keyfiyyət və s. mücərrəd təfəkkürə misal ola bilər. 
Əməli təfəkkür zamanı şagirdlər müxtəlif fənlərdə öyrən-
dikləri nəzəri bilikləri təcrübəyə tətbiq edir, müxtəlif bacarıq və 
vərdişlərə yiyələnirlər. 
Əgər təfəkkür texniki məsələlərin həllinə yönəlirsə bu 
tex-
niki
təfəkkür
adlanır. 
Aləmi obrazlı surətdə əks etdirməklə əlaqədar olan təfək-
kürə bədii təfəkkür deyilir. 
Obyektiv gerçəkliyin qanunauyğun əlaqələrinin düzgün 
inikas etdirməklə bağlı hallarda məntiqi təfəkkür nəzərdə tutu-
lur. 
Təbiət və digər ictimai həyat hadisələrinin daim inkişaf 
edərək dəyişmə prosesində əks etdirilən təfəkkürə dialektik 
təfəkkür deyilir. 
İnsan təfəkkürünün qeyd edilən bütün növləri bir- biri ilə 
sıx surətdə bağlıdır və qarşılıqlı surətdə bir- birini keçir. 
70 
downloaded from KitabYurdu.org


Təxəyyül, onun əsas növləri və fizioloji əsasları 
Keçmiş qavrayış materiallarının yenidən işlənməsi əsasın-
da yeni surətlərin yaradılmasından ibarət olan psixi prosesə 
təxəyyül deyilir. Təxəyyül surətləri necə formalaşır? İnsan on-
ları özündən yaradır, yoxsa həyatdan götürür? 
Biz əvvəlki hissələrdə öyrənmişdik ki, materiya birinci, 
psixika (o cümlədən təxəyyül) ikincidir. Bu o deməkdir ki, tə-
xəyyül də bütün psixi hadisələr kimi xarici aləmin inikasıdır. 
Bununla birlikdə təxəyyülün özünə aid xüsusiyətəlri də 
vardır. Qavrayış, hafizə kimi psixi cisim və hadisələrdə gerçək 
mövcud olan xüsusiyyət, münasibət və qanunauyğunluqları əks 
etdirir. Təxəyyül prosesində isə insan xarici aləmdə bilavasitə 
olmayan yeni surətlər yaradır. Lakin insan təxəyyül prosesində 
nə qədər yeni surətlər yaratsa da, heç bir şeyi özündən 
uydurmur, yeni surətin ayrı-ayrı əlamət və ünsürlərini ancaq 
həyatdan götürür. 
İnsan bir çox hallarda müxtəlif təxəyyül surətləri yaradır, 
lakin onları həyata keçirimr və yaxud elə şeylər fikirləşir ki, 
onları həyata keçirmək əslində mümkün olmur. Belə təxəyyül 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin