sonralar canlanırsa, təəxyül prosesində insanda həyatı boyu
yaranmış rabitələr sistemi bir növ parçalanır
və yeni sistemdə
birləşir.
Təxəyyül, deyildiyi kimi, böyük yarımkürələr qabığının fun-
ksiyasıdır. Bununla belə, təxəyyülün strukturunun mürəkkəbliyi
və onun emosiylarla əlaqəsi güman etməyə əsas verir ki,
təxəyyülün fizioloji mexanizmləri nəinki beyin qabığında, həm
də beynin nisbətən aşağı şöbələrində yerləşir.
Son illərin
tədqiqatları bu fərziyyəni təsdiq edir. Fantaziya surətlərinin
formalaşmasında və onların fəaliyyət
proseslərinə daxil olma-
sında beynin böyük beyin yarımkürələri ilə birlikdə iştirak edən
belə aşağı şöbələri hipotalamik-limbik sistemdən (qədim qabıq
və qabıqaltı sahələrlə olan əlaqələri ilə brilikdə baş beyin
yarımkürələrinə giriş yolunun qarşısında
beyin kötüyünün ön
hissəsi ətrafnda limb və ya sərhəd təşkil edən hipotalamus)
ibarətdir.
Eksperimental surətdə aydınlaşdırılmışdır ki, insanda hipo-
talamik-limbik
sistem zədələndikdə, psixikada xarakterik
pozğunluqlar baş verə bilər.
Təxəyyül və yaradıcı fəaliyyət
Yaradıcılıq psixologiya elmini
iki cəhətdən xüsusilə maraq-
landırır.
1
Bir tərəfdən yeni surətlərin yaradılması prosesual xa-
rakter daşıyır. Elə buna görə də
təxəyyülün mahiyyətini başa
düşmək üçün onun bir proses kimi qanunauyğunluqlarını ay-
dınlaşdırmaq lazımdır. Digər tərəfdən, təxəyyül yaradıcılıq
prosesində bir qabiliyyət kimi formalaşır,
yəni şəxsiyyətin əsas
fərdi-psixoloji xassələrindən biri kimi meydana çıxır.
Hər bir təxəyyül surətində şəxsiyyətin motivləri,
münasi-
bətləri və s. özünün aydın əksini tapır. Bu o deməkdir ki, başqa
psixi proseslər kimi təxəyyülün də mahiyyətini aydınlaş-
Dostları ilə paylaş: