MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə55/71
tarix01.12.2023
ölçüsü0,7 Mb.
#170988
1   ...   51   52   53   54   55   56   57   58   ...   71
Cəfər H İbrahimov Psixologiya mühazirələri az 1

sanqvinik, xolerik, fleqmatik
və 
melanxolik
-adı da elə buradan götürülmüşdür. Bu adlar müasir 
psixologiyada indi də işlənir. 
Temperamentin psixoloji xarakteristikasfı getdikcə geniş-
lənmişdir. Roma həkimi Qalen (II əsr) temperament tiplərini 
fizioloji, psixoloji, hətta əxlaqi xassələrlə birlikdə şərh etmişdir. 
XVIII əsrin axırında alman filosofu İ.Kant temperamenti yalnız 
psixoloji xassə kimi xarakterizə edirdi. XIX əsrə qədər tempe-
rament ancaq psixoloji xassə kimi izah olunurdu. 
Nəhayət, temperament haqqında olan tə'limlərdə, xüsusən 
onun fizioloji əsasları haqqında olan təsəvvürlər dəyişdi. İki 
istiqamət arasında (birinci temperament tiplərinin daxili if-razat 
vəzilərinin fəaliyyətinin nisbəti) alman psixoloqu Kreçmer, 
Amerika psixoloqu Şeldon ikincisi isə sinir sistetinin xassələrinin 
nisbəti (İ.P.Pavlov) arasında ciddi fikir mübarizəsi başlandı. 
Sinir sisteminin xassələri haqqında tə'limində İ.P.Pavlov 
temperamentin elmi izahını vermişdir. O, belə bir fikrə gəl- 
 
1
Ümumipsixologiya. Prof. Petrovskinin red. ilə. Bakı, Maarif, . 
1982, 430 s. 
78 
downloaded from KitabYurdu.org


mişdir ki, temperament də, şərti reflektor fəaliyyətin xüsusiy-
yətləri üçün şərt olan eyni səbəblərdən asılıdır. 
Pavlov eksperimental tədqiqatlar əsasında müəyyən etmişdir 
ki, şərti reflekslərin yaranması üçün əsas səbəb sinir sisteminin 
xassələridir. O, üç belə xassə müəyyən etmişdir: 
1) oyanma və ləngimənin sinir hüceyrələrinin iş qabiliy-
yətindən asılı olan gücü; 2) sinir proseslərinin müvazinəti; 3) sinir 
proseslərinin mütəhərrikliyi (Şəkil 3). 
Bütün bu xassələr, sinir sistemi, orqanizmlə xarici mühit 
arasında müvazinət yaratmaq funksiyasını yerinə yetirir. 
İ.P.Pavlov sinir sisteminin dörd əsas tipini ayrıd etmişdir: 
1) qüvvətli, müvazinətsiz tip (burada oyanma prosesi da- 
ha üstündür); 
2)
qüvvətli, müvazinətli, mütəhərrik tip; 
3)
qüvvətli, müvazinətli, əhatəli (inert) tip; 
4)
zəif tip. 
İ.P.Pavlov sinir sisteminin bu ümumi tiplərinin tempera-
mentin fizioloji əsasını təşkil etməsini tədqiq etmişdir. O, sinir 
sisteminin bu ümumi tiplərinin temperamentin ənənəvi dörd 
(xolerik, sanqvinik, melanxolik, fleqmatik) tipinin əsasını təşkil 
etdiyini qeyd etməklə bərabər, sinir sisteminin başqa xassələ-rinin 
mövcudluğu fikrini də irəli sürürdü. 
Temperament sinir sistemi tipinin davranış və rəftarı təzahürü 
kimi meydana çıxır, yəni hər bir temperament tipi müəyyən bir 
sinir sistemi tipinə uyğun gəlir (cədvəl 1). 
Sinir sistemindən asılılıq temperamentin çoxcəhətli xarakterə 
malik olduğunu göstərir. Bu o deməkdir ki, temperamentin bir 
neçə müxtəlif xassəsi sinir sisteminin eyni bir xassəsindən asılıdır 
və əksinə. Temperamentin bir xassəsi sinir sisteminin bir neçə 
müxtəlif xassəsindən asılıdır. 
Sinir sisteminin ümumi tipini İ.P.Pavlov 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin