5. MONİTORİNQDƏN SONRAKI DÖVR - TÖVSİYƏLƏRƏ RİAYƏT
Tövsiyələrin izlənməsi NYM sisteminin uğur açarıdır. Yəni, Monitorinq prosesi adətən tövsiyələrlə məhdudlaşır.
MH-da vurğulanan problemlər vaxtında həll oluna bilirsə, NYM-ni uğurlu hesab etmək olar və layihənin səmərəliliyi artmış olar. MH-dəki fəaliyyətlər üzrə tövsiyələr aydın və konkret, dəqiq və diqqətlə seçilmiş olmalıdır.
Müəyyən layihə üzrə verilən tövsiyələrə nümunə:
Tövsiyələrinsıralanması üçünprioritetsəviyyələr
Prioritet 1 - Təciliqabaqlayıcı tədbirlərtələbolunur.Aparıcı daxilinəzarətyoxdurvə yamüntəzəm şəkildə riayətolunmur.
Prioritet 2 - Xüsusi operativ tədbir tələb olunur. Böyük əhəmiyyət kəsb etməsə də, daxili nəzarətdə görünən zəiflik və ya çatışmazlıq xəta, qanunauyğunsuzluq və ya dolandırıcılıq riskinə səbəb olacaq xüsusi daxili nəzarət sahələrindəki (məs: nağd pul və ya bank menecmenti və ya büdcə və xərclərə nəzarət) boşluqlarla əlaqəlidir.
Prioritet 3 - Xüsusi qabaqlayıcı tədbirlər arzuolunandır. Daxili nəzarətdə ayrılıqda çox da əhəmiyyət kəsb etməyən bir zəiflik və ya
çatışmazlıq vardır ki, aradan qaldırılarsa Layihə yaxşılaşdırılmış daxili nəzarətdən faydalanacaq və ya Təşkilatın daha çox səmərəlilik və ya effektivlik əldə etmə imkanı olacaqdır.