Layihənin yekuna təsir göstərə biləcək təşkilati proses aktivləri aşağıdakiləri ehtiva edir, lakin bunlarla məhdudlaşmır:
Layihə, faza(mərhələ) bağlanma qaydaları və ya tələbləri (məs., Layihə yoxlamaları, layihə qiymətləndirmələri və keçid meyarları);
Layihə üzrə tarix məlumatlarınvə öyrənilmiş məlumatların bazası (məsələn, layihələrin qeydləri və sənədləri, bütün layihənin bağlanması haqqında məlumat və sənədlər, əvvəlki layihə seçmə qərarı və əvvəlki layihənin icra vəziyyəti barədə məlumatlar və risklərin idarə edilməsi səyindən məlumatlar).
Eyni zamanda layihə və ya layihə fazaları prosesi nəticəsində yenilənən təşkilati proses aktivləri aşağıdakıları əhatə edir, lakin bunlarla məhdudlaşmır:
Layihə faylları.Layihənin fəaliyyəti, məsələn, layihənin idarə edilməsi planı, əhatə dairəsi, dəyəri, cədvəli və layihə təqvimləri, risk reyestrləri, dəyişikliklərin idarəetmə sənədləri, planlaşdırılan riskə cavab tədbirləri və risk təsirləri nəticəsində yaranmış sənədlər.
Layihə və ya faza bağlanma sənədləri. Layihənin və ya fazanın tamamlanmasını və tamamlanan layihənin və ya mərhələsinin nəticələrini əməliyyat qrupu və ya növbəti mərhələyə kimi başqalarına ötürməsini göstərən formal sənədlərdən ibarət olan layihə və ya faza bağlanma sənədləri. Layihənin bağlanması zamanı layihə meneceri layihənin bağlanması başa çatmasından əvvəl bütün layihənin tələblərinin tam olmasını təmin etmək üçün əvvəlcədən hazırlanmış sənədləri, müştəri qəbul sənədlərini və müqaviləni (əgər varsa) nəzərdən keçirir. Eyni zamanda layihə başa çatmasından əvvəl xitam verildikdə, rəsmi sənədlər layihənin ləğv olunduğunu və ləğv edilmiş layihənin bitmiş və bitməmiş məhsullarını başqalarına ötürmək üçün prosedurların formalaşdırılmasını göstərir.
Layihə üzrə tarixi məlumatlar.Tarixi məlumatlar və öyrənilmiş dərslər gələcək layihələr və ya mərhələlər üçün istifadə olunan bilik bazasına köçürülür. Bu risklər barədə məlumatları, eləcə də gələcək layihələrə tətbiq edilə biləcək yaxşı işlədilmiş üsulları əhatə edə bilər.