1.Dərs eyni yaşlı uşaqlarla fəaliyyətə əsaslanır;
2.Dərsdə tədris planı və proqramına uyğun mövzu öyrədilir;
3.O,təsdiq olunmuş cədvəl üzrə təşkil olunur;
4.Dərs zənglə başlayır və zənglə də qurtarır.Orta ümumtəhsil məktəblərində dərsə 45 dəqiqə vaxt müəyyənləşdirilmişdir.
Dərsin tipləri aşağıdakı kimi qruplaşdırılır:
1.Yeni tədris materiallarının qavranılmasını təmin edən;
2.Bilik və bacarıqların formalaşmasını əsaslandıran;
3.Bacarıq və vərdişlərin tətbiqini həyata keçirən;
4.Bilik və bacarıqların yoxlanılması və qiymətləndirilməsinə xidmət edən;
5.Bir neçə didaktik vəzifəni yerinə yetirən birləşmiş tip dərslər.
Didaktikada müasir dərsə bir çox tələblər verilir:
1.Dərsdə əsas didaktik vəzifənin müəyyənliyi.Dərsdə həll edilməli başlıca vəzifə müəllim və şagirdlərə aydın olmalıdır.
2.Dərsin quruluşunun aydınlığı.Müəllim və şagird öz vəzifələri bilir və ona hazır olurlar.Belə olduqda dərsdə vaxt itkisinə yol verilmir.
3.Dərsdə təlimin təhsilverici,tərbiyəedici və inkişafetdirici vəzifələrinin vəhdətdə həyata keçirilməsi.Hər bir dərs faydalı biliklər seçmək,tədris bacarıqları formalaşdırmaqla yanaşı,tərbiyəvi xarakter də daşımalı, şagirdlərin tərbiyəsinə xidmət etməlidir.
4.Dərsdə əks əlaqənin ardıcıl təmin edilməsi.Dərsdə müəllim və şagirdlər arasında düzünə və əks əlaqə yaradılmalıdır.Dərsdə kiçikyaşlıların məktəbə,dərsə marağı,meyli,bilikləri müstəqil öyrənmək həvəsi daha da artırılmalıdır.
5.Dərsdə şagird fəallığının və şüurluluğunun təmin edilməsi.Dərsdə müəllim və şagird fəallığı artırılmalıdır.Müəllim hər şeyi şagirdlərə hazır şəkildə verməməli,şagirdlərin də müstəqil düşünmələrin,təcrübə və müşahidə aparmasına,təhlil etməsinə,məntiqi nəticələr çıxarmasına çalışmalıdır.O,şagirdlərə öyrənməyi öyrətməlidir.
6.Mövzunun öyrənilməsinə əyani və texniki vəsaitlərin xidmət etməsi.Hər bir dərsdə texniki və əyani vasitələrdən istifadə edilməlidir.
7.Dərsdə insanpərvərliyin hökm sürməsi.Müəllimin şagirdlərə humanist,qayğıkeş münasibəti şagirdlərin elmə,elm öyrənməyə həvəslərini daha da artırır,dərsin səviyyəsini yüksəldir,uşaqlarda insanpərvərlik,xeyirxahlıq hisslərini inkişaf etdirir.
8.Dərsdə fərdi və kollektiv işin uzlaşdırılması.Müəllim dərsdə bütün şagirdlərlə eyni dərəcədə işləməlidir.Müəllim şagirdlərin dərsdə fəallığını artıran metodlardan,xüsusilə əyləncəli və rollu oyunlardan geniş istifadə etməlidir.
9.Dərsdə xəlqilik ruhunun aşılanması.Mövzuların xalqın həyatı,ölkənin tarixi keçmişi,bu günü,gələcəyi ilə əlaqəli tədrisi gənc nəslin fəal cəmiyyət qurucusu kimi yetişməsinə xidmət edir.Fənnin tədrisində xalqımızın həyatı,məişəti,mədəniyyəti,məşğuliyyəti,adət-ənənələri,iqtisadiyyatı,bayram və mərasimləri,soyqırımı,dini,tarixi, incəsənəti və s. əks olunmalıdır.
Dostları ilə paylaş: |