II.Şagirdlərin müstəqil işi ilə yeni mövzunun izahı;
III.Yeni mövzunun möhkəmləndirilməsi;
IV.Ev tapşırıqlarının verilməsi.
Ev işləri iki formada təşkil olunur:
1)dərsdən əvvəl təşkil olunan ev işləri;
2)keçilmiş mövzunu dərindən öyrənmək və öyrəndiklərini tətbiq etmək üçün verilmiş ev işləri.
Fəal (interaktiv) dərslərin təşkili Plan. 1. Fəal təlimdə şagirdin mövqeyi.
2. Fəal təlimdə müəllimin mövqeyi.
3. Fəal dərsin mərhələləri.
Son illər fənlərin o cümlədən həyat bilgisinin tədrisi fəal təlim metodları ilə təşkil olunur.İnteqrativ və ya fəal təlim müəllim və şagirdin qarşılıqlı əlaqəsi ünsiyyəti prosesidirBu zaman müəllim tərəfindən problem qoyulur.Problemin həll olunması prosesində şagirdlər aktiv tədqiqatçı mövqeyi tuturlar.Müəllim tərəfindənşagirdlər üçün yeni olan biliklərinmüstəqil əldə olunması mənimsənilməsi şəraiti yaradılır.Müəllimin əsas vəzifəsi şagirdlərə yol göstərmək istiqamət vermək müəyyən çətinliyi meydana çıxarsa ,onlara yardımçı olmaq ən başlıcası isə öyrənməyi öyrətməkdir.Öyrənmək fəallığın artması təfəkkürün inkişafına xidmət edən müstəqil,produktiv metodların istifadəsi nəticəsində təlimin səmərəliliyi xeyli artır.Fəal təlim metodlarından istifadə etməklə dərs prosesinə tədqiqat xarakteri verilir.Şagird tədqiqatçıya,təlimin subyektinə çevrilir. Fəal dərsin səmərəliliyi ən mühüm şərtlərindən biri onun düzgün planlaşdırılmasıdır.Fəal dərsin planlaşdırılması aşağıdakı kimi aparılır.
Dərsin məqsədlərinin müəyyən edilməsi