Fəal dərsin mərhələləri.
Fəal dərsin aşağıdakı mərhələri var:
Motivasiya probleminin qoyulması:
Motivasiya 3 əsas amillə yaradılır:
Rəmzi, materiallar şərhi, rəsm fotoşəkil, melodiya və s. Müəllim bu mterialı təqdim edərkən uşaqlara sual- cavab etməyi təşkil edir. Bu nəyi bildirir?bunun bizim öyrənməyimizə nə kimi adiyyatı var? Və s.
Sual vermə həvəsləndirmə: Təfəkkür prosesinin aktivləşdirərək suallar vermıək lazımdır. Öyrənilən mövzu üzərinə naməlum olan məsələlər müəyyənləşdirilən sullar: kəpənək haqqında biz nəyi bilirik?, yaxud nəyi bilmirik?, digəri açıq sual.
Açar sözlər.
Tədqiiqatın aparılması:
Problemlərin həlli üzrə həlli irəli sürülən fərziyyələri təsdiq və tətbiq edən habelə, qoyulan tədqiqat sualına cavab verməsinə kömək edə biləcək faktları tapmaq zərurəti ortaya çıxır. Məsələn: yeni faktın öyrədilməsi; düşünmək və yeni biliklərin kəşf etməyə münasib şərait yaradır. Tədqiqatın müxtəlif formalarında- kollektiv, kiçik qruplar, cütlərlə və s. fərdi aparılır.
İnformasiya mübadiləsi.
Tədqiqat üçün aparılan vaxt bittikdən sonra müəllimin tapşırığının icrasının vaxtının bitdiyi şagirdlərə bildirilir. Müəllimin əsas məqsədi bütün sagirdlərin yəni faktlarla taniş etməkdir. Tədqiiqatın tələblərin mühüm biri fakt və ideyaların lövhədə qeyd olunmasıdır.
İnformasiyanın müzakirəsi.
Mərhələnin məqsədi yeni faktlar əsasında biliyi sistemləşdirmək və tədqiqat sualına cavab tapmaq üçün əsas əlaqəni üzə çıxarmaq.
Məlumatların təşkili.
Əldə edilmiş məlumatlar əlaqələndirilir. Fənnlərarası və fənləradaxili yaradılır.
Nəticənin çıxarılması və ümumilləşdirilməsi.
Müəllim məlumatları tapdıqdan sonra tədqiiqat işi ilə əlaqədar yalnış fikir varsa lazımi isriqamət verir, ümumin nəticə çıxarılr.
Tətbiq etmə- Müxtəlif tapşırıqların testlərin təhlil edilməsi ilə bilik tətbiq edilir.
İnteraktiv təlim dünya təcrübəsində təhsilə yeni konseptual yanaşmadır.
Fəal təlim şagird fəaliyyətinin təşkili,şagirdin müstəqil olaraq bilik və bacarıqlara yiyələnməsi üçün şərait yaradılmassına xidmət edir. Fəal təlimin Həyat bilgisi dərslərində tətbiqi tədrisdə şagirdlərin bir sıra qabiliyyətlərə:
Biliklərə müstəqil yiyələnən və yenilərini əldə etmək,biliklərini yaradıcılıqla işləmək;
Bilik və bacarıqlardan həyatda məqsədlərinə çatmaq üçün istifadə etmək;
Müxtəlif problemlərin həllində yoldaşları ilə əməkdaşlığı bacarmaq;
Qabiliyyətlərini gerçəkləşdirmək yollarını,axtarıb tapmaq və s. malik şəxsiyyətin formalaşmasına imkan yaradır.
Həyat bilgisi dərslərində fəal təlim prosesi digər fənlərdə olduğu kimi aşağıdakı ardıcıllıqla həyata keçirilir:
P roblemin qoyuluşu problemin həlli (müzakirə,tətbiq,tədqiqat) yekunlaşdırma qiymətləndirmə.
Fəal təlimdə şagirdin mövqeyi –“kəşf edənin “,”tədqiqatçının “ mövqeyidir.Şagirdlər təlim prosesinin tam hüquqlu iştirakçısı olaraq,bu prosesdə tədqiqatçı kimi çıxış edir və bilikləri fəal axtarış və kəşflər prosesində mənimsəyirlər.
Dostları ilə paylaş: |