Mühazirə materialları İxtisas: Ailə və ev təhsili. Müəllim: Səmədova Günel Soltanağa qızı


Mühazirə 19. Həyatbilgisinin tədrisində fəal təlimin metod və texnikalarının tətbiqi



Yüklə 462,34 Kb.
səhifə36/47
tarix04.10.2023
ölçüsü462,34 Kb.
#152325
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   47
həyat bilgisi icmallar 90 saat AE Səmədova Günel

Mühazirə 19.
Həyatbilgisinin tədrisində fəal təlimin metod və texnikalarının tətbiqi

1. Beyin həmləsi
2. Müzakirə
3. Rollu oyunlar
4. Prezentasiya
5. Tədqiqatın aparılması
"Metod" -yunan sözü olub,nəyəsə nail olmaq yolu deməkdir.Həyat bilgisinin tədrisində fəal təlim (interaktiv) təlim metod və texnikalarından istifadə edilməsi təlimdə böyük uğur qazanmağa imkan verir.Fəal təlim metodlarını bir neçə qrupa ayırırlar.Aşağıdakı metodlar qrupu müəyyən edilmişdir:
1.»Beyin həmləsi» (əqli hücum);
2.Müzakirə;
3.Rollu oyunlar;
4.Prezentasiya (təqdimat);
5.Tədqiqatın aparılması.
«Beyin həmləsi» metodlarından Həyat bilgisində daha çox aşağıdakılar tətbiq olunur:»Əqli hücum»,BİBÖ,auksion,klaster(şaxələndirmə), suallar, anlayışın çıxarılması,söz assosasiyaları.
a) »Əqli hücum» metodunun tətbiqində əsas məqsəd problemin həlli yollarının araşdırılmasını,öyrənmək,müəyyən situasiyalarda çıxış yolları tapmaq,onları təhlil etmək,daha səmərəli həll yollarının tapılması ilə bağlı şagirdlərdə qərar qəbul etmək qabiliyyətini inkişaf etdirməkdir.Metodun köməyi ilə şagirdlərin sərbəstliyi,fikir azadlığı,məntiqi təfəkkürü inkişaf etdirilir.Bu metoddan istifadə edilərkən müəllim əvvəlcə həll olunmalı problem elan edir.Qeyd edir ki,şagirdlər problemin həlli üçün bütün ilk ağıla gələn ideyaları sürətlə,qlsaca və konkret ifadələrlə bildirsinlər. Təkliflər qiymətləndirilmir və tənqid edilmir.Fəaliyyətdə əsas məqsəd: mümkün qədər çox fikir toplamağa nail olmaqdır.Şagirdlər müzakirə olunan problemin mümkün həlli üçün orijinal və ya ən yaxın ideyaları seçir və sərbəst müzakirə aparırlar.
b)BİBÖ –Biz artıq nəyi bilirik,nəyi istəyirik bilək,nəyi öyrəndik və nəyi öyrənməliyik suallarına cavab verən metoddur.Burada əsas məqsəd şagirdlərə əvvəlki bilik,təcrübə və yeni biliklər arasında əlaqə yaratmağa imkan verməklə şagirdin düşünməsini optimallaşdırmaqdır.Fəaliyyət mərhələlərlə həyata keçirilir:
1.Şagirdlər cüt-cüt bölünərək problemlə bağlı əvvəlki biliklərinə dair siyahı tərtib edir.

Yüklə 462,34 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin