Mövzu 20. Həyat bilgisinin tədrisində bitkilərin öyrədilməsi. İbtidai siniflərin " Həyat bilgisi " fənninin məzmununda bitkilərə dair mövzularda çoxdur . Onları elə tədris etmək lazımdır ki , şagirdlər bitkilərin quruluşunu , onlarda gedən təbii prosesləri , insanların həyatı üçün faydasını dərk etməklə bitkiləri canlıların əsas quruplarından biri kimi tanısınlar . Eyni zamanda bitkilərin qorunması , artırılması işinə həvəslə qoşulsunlar. Müəllim bitkilərə dair mövzuların təsrisinə hazırlaşarkən ilk növbədə əyanilikləri hazırlamalıdır . Şagirdlərə əvvəlcə bitkinin ayrı - ayrı orqanları ,sonra isə onların bitkidə ümumi vəzifələri öyrədilir . Bitki orqanlarının herbari , kolleksiya , yaxud canlı bitki üzərində öyrədilməsi daha effeklidir . Bitkinin quruluşu , rəngi , orqanlarının formaları şagirdlərə ayrı - ayrılıqda izah edilir . Kök , gövdə , yarpaq , çiçək , toxum , meyvə , onların funksiyaları , əhəmiyyəti haqqında şagirdlərə tam anlayışlar verildikdən sonra biliklərinin tətbiq edilməsinə dair tapşırıqlar , müstəqil işlər verilir .
Bitkilərin öyrədilməsi prosesində müəllim müşahidə metoduna daha çox yer verir . Bitkilər üzərində müxtəlif təcrübələr aparmaqla onlarda gedən fizioloji proseslərlə şagirdlər tanış edilir və onlara bitkilərə qulluq qaydaları , çoxaldılma üsulla öyrədilir .
Həyat bilgisnin tədrisində heyvanlara aid biliklərin verilməsi. <> dərsliklərində hervanlra dair mövzulara daha çox yer verilmişdir.Bu da təbiidir, heyvanların insanların həyatında əhəmiyyəti çox böyükdur, həm də heyvanlar canlıların geniş bir qrupudur.Heyvanlara dair biliklərin mənimsədilməsi,onların şagirdlərə tanıdılması,qorunması məsələlərinin öyrədilməsi müəllimində bu sahədə müəyyən qədər biliklərin olmasın tələb edir. Müəllim ilk nüvbədə heyvanlar aləminin , təsnifatını, tədris etdiyi heyvanın sistematikada yerininbilməlidir.
<> dərsliyində heyvanın əsasən xarici quruluşu,həyat tərzi, yaşadığı sahə, əhəmiyyəti verilir. Müəllim heyvanın xarici quruluşunu izah edərkən onların formasını, rəngini, qidalanma, çoxalma xüsusiyyətini, balasını şəkil, təbii obyekt, texniki vasitələrin: kinofraqmentlər, slaydlar, didaktik materialların köməyi ilə öyrədir.
Müəllim heyvanları şagirdlərə daha yaxından tanıtmaq üçün təbiətə, zooparka, heyvandarlıq təsərrüfatlarına ekskursiyaların təşkilinə diqqət artırır. Ekskursiyada şagirdlərin müşahidə edəcəkləri heyvanlara dair qabaqcadan məlumat verir