Mövzu 21. Həyat bilgisinin tədrisində insan orqanizminin öyrədilməsi. Həyat bilgisi fəninin məzmununda insan orqanizmi və onun sağlamlığına dair mövzular vardır.Həmin mövzular şagirdlərin həyatı və sağlamlıqları ilə əlaqəli tədris olunur.Bu mövzular şagirdlərə aşağıdakı istiqamətlərdə öyrədilir.
İnsan orqanizminin quruluşunun dərk edilməsi
Şagirdlərə tibbi gigiyenik bilik və bacarıqların aşılanması.
İnsan orqanizminin quruluşu və onun sağlamlığına dair bilik və bacarıqların aşılanmasında müəllim müxtəlif əyaniliklərdən insan orqanizminin şəkilləri modeli sağlamlıqla bağlı vasitələr sağlamlığı möhkəmləndirən və ya pozan amilləri əks etdirən fraqmentlər slaydlar və başqa vasitələrdən istifadə edilir.
Həyat bilgisinin tədrisində cəmiyyət hadisələrinin öyrədilməsi Kurikulumun məzmun xəttlərinə uyğun olaraq hyat bilgisinin məzmununa sosial mövzular daxil edilmişdir.Həmin mövzuların tədrisində şagirdlərə sosialoji anlayışlar öyrədilməlidir.Cəmiyyət,dövlət,dövlət atributları hakimiyyət orqanları vətən onun qorunması qanunlar insanların hüquq və vəzifələri ictimai asayişin qorunması kimi məsələlər aydınlaşdırlmalıdır.Müasir dövrdə şəxsiyyətdə ictimai keyfiyyətlərin o cümlədən vətəndaçlıq mövqeyinin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.Vətəndaşlıq keyfiyyəti şəxsiyyətdən intizamlı olmağı hüquq və azadlıqlarını qorumağı vəzifələrini şüurlu olaraq yerinə yetirməyi tələb edir.İntizamlılıq insanın davranışında hərəkətlərində özünü göstərir.İctimai davranış norma və qaydalarına şüurlu olaraq riayət etməsinə əsaslanır.İntizamlılıq ətrafdakı adamlarla ünsiyyətdə nəzakətli diqqətli qayğıkeş olması kimi,əxlaqi keyfiyyətlər də özünü təzahür etdirir.Sosial biliklər şagirdlərə vətənpərvərlik tərbiyyəsi aşlayır.Ölkənin ictimai quruluşunun mahiyyəti haqqında biliklərin mənimsənməsi baş verən hadisələrin,səbəblərin başa düşülməsi rəhbərliyin verdiyi qərarların humanist istiqamətinin dərk edilməsi aşılanır.Sosialoji məsələlərə dair mövzuların tədirsində müəllim həm də müdrik kəlamlara yer verir.Sinifdə dövlət gerbinin bayrağının himninin olması onların şagirdlərə öyrədilməsi vacib məsələlərdir .Dərslərdə dövlət atributlarının rəmzlərinin onların forma və mquruluşunun mahiyyətinin müzakirə edilməsi,müqəddəsliyin qorunması kimi söhbətlərin aparılması yaxşı nəticə verir.