Mühazirə materialları İxtisas: Ailə və ev təhsili. Müəllim: Səmədova Günel Soltanağa qızı


Həyat bilgisinin tədrisində mikroorqanizmlərin öyrənilməsi



Yüklə 462,34 Kb.
səhifə40/47
tarix04.10.2023
ölçüsü462,34 Kb.
#152325
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   47
həyat bilgisi icmallar 90 saat AE Səmədova Günel

Həyat bilgisinin tədrisində mikroorqanizmlərin öyrənilməsi
Mikroorqanizmlərin şagirdlərə öyrədilməsi ibtidai sinifklərin həyat bilgisi fənninin məzmununda canlı varlıqlar o cümlədən mikroorqanizmlər haqqında materialda öz əksini tapır.Şagirdlərə mikroorqanizmlərin çox kiçik ölçüdə olduğu izah edilir.Müəllim bakteriyaların böyüdücü cihazlarla böyüdülmüş şəkillərindən istifadə edir.Mikroorqanizmlərin həryerdə yayıldığını bir qisminin insanlara fayda verdiyi bildirilir.Mikroorqanizmlərin zərərli növləri haqqında daha geniş məlumat verilir.Müəllim qeyd edirki onlar havada stolların üstündə paltarımızda dərimizin üzərində yediyimiz qidalarda bir sözlə heryerdə mövcuddur.Bəzi növləri yediyimiz qidaları,suyu xarab edir bu yolla insanı zəhərləyirlər.Mikroorqanizmlərin bəzi növləri insanın ağız boşluğundan daxilə keçir və müxtəlif xəstəliklər törədir.Məs:angina,tonzillit,vərəm,bronxit,penevmoniya,irinli yaralar və s.Canlı varlıqlara daxil edilməyən daha kiçik ölçüdə olan viruslar çox təhlükəli yoluxucu xəstəliklər törədir:qızılca,göyöskürək,qrip,quduzluq,QİÇS belə xəstəliklərdəndir.Müəllim mikroorqanizmlərin fəaliyyətini öyrədərkən onların törətdiyi xəstəliklərə dair əyanilikdən istifadə edir.Mikroorqanizmlərə dair şagirdlərin fikirləri dinlənilir.Belə dərslərdə təlim xarakterli əyləncəli və rollu oyunlarda istifadə edilməsi ekranda müvafiq fraqmentlərin göstərilməsi yaxşı nəticə verir.

Həyat Bilgisinin tədrisində cansız və canlı təbiətin öyrədilməsi.
Həyat bilgisinin tədrisində cansız və canlıların öyrədilməsi xüsusi yer tutur.Canlı və cansızların öyrədilməsində təcrübələrdən istifadə olunur.Təcrübələr frontal qrup və fərdi şəkildə təkil oluna bilər.İbtidai sinilərin həyat bilgisi fənninin məzmununda bitkilərə dair mövzular daha çoxdur.Onları elə tədris etmək lazımdır ki,şagirdlər bitkilərin quruluşunu onlarda gedən təbii proseslərin insanların həyatı üçün faydasını dərk etməklə bitkiləri canlıların əsas qruplarından biri kimi tanısınlar.Müəllim bitkilərə dair mövzuların tədrisinə hazırlanarkən ilk növbədə əyanilikləri hazırlamalıdır.Şagirdlərə əvvəlcə bitkilərin ayrı-ayrı orqanları, sonra isə onların vəzifələri öyrədilir.Bitki orqanlarının herbari kolleksiya yaxud canlı bitki üzərində öyrədilməsi daha effektlidir.Bitkilərin öyrədilməsi prosesində müşahidə metoduna daha çox yer verilir.Bitkilər üzərində müxtəlif təcrübələr aparmaqla onlarda gedən fizioloji proseslərlə şagirdlər tanış edilir.Həyat bilgisi dərslərində heyvanlara dair mövzularda çox yer tutur.Müəllim ilk növbədə heyvanlar aləminin təsnifatının tədris etdiyi heyvanın sistematikada yerini bilməlidir.Müəllim heyvanları şagirdlərə daha yaxından tanıtmaq üçün təbiətə zooparka heyvandarlıq təssərüfatına ekskursiyalar təşkil edir.Ekskursiyada şagirdlərin müşahidə edəcəkləri heyvanlara dair qabaqcadan məlumat verir.
Cansız komponentlərdən su,torpaq kimi anlayışlar həyat bilgisi fənnində öyrədilir.Su və onun əhəmiyyətinə dair materiallar verilir.Şagirdlərin anlyacağı səviyyədə onlara su təbiətdə suyun dövranı,əhəmiyyəti izah edilir.Torpağın xüsusiyyətləri öyrədilərkən onunla bağlı təcrübələr aparılır.Süxurlar,faydalı qazıntı nümunələri,göstərilir onların emalı və istifadəsinə dair marteriallar verilir.

Yüklə 462,34 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin