Mühazirə materialları İxtisas: Ailə və ev təhsili. Müəllim: Səmədova Günel Soltanağa qızı


Mövzu 22. Həyat bilgisinin tədrisində adət ənənələrin öyrədilmə yolları və bayram mərasimləri ilə tanışlıq



Yüklə 462,34 Kb.
səhifə43/47
tarix04.10.2023
ölçüsü462,34 Kb.
#152325
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   47
həyat bilgisi icmallar 90 saat AE Səmədova Günel

Mövzu 22. Həyat bilgisinin tədrisində adət ənənələrin öyrədilmə yolları və bayram mərasimləri ilə tanışlıq
Həyat bilgisinin tədrisində adət ənənələrin öyrədilməsi bayram və mərasimlərlə tanışlıq əhəmiyyətli yer tutur.Adət və ənənələr daima insan münasibətlərinin tənzimləyici və istiqamətləndiricisi olmuşdur.Adət ənənə ilə əxlaq arasıında möhkəm qarşılıqlı əlaqə vardır.Əxlaqi adət və ənənələr uzun əsrlər boyu xalqımızın milli ruhunu,estetik duyumunu sənətkarlıq qüdrətini özündə hifz edib saxlamışdır.Əxlaqi adət və ənənələr qayda və tələblər daha çox ictimai rəyə əsaslanan yazılmamış ünsiyyət qanunları kimi fəaliyyət göstərir.Bildiyimiz kimi adət ənənələr bədii emosional materiallarla-tamaşa elementləri musiqi,mahnı nümunələri,əyləncəli oyunlarla zəngindir.Milli adət və ənənələrin öyrənilməsi və onların mənəvi dəyərlər sistemində realizə olunması həmişə aktual olmuşdur.Bayramların adət və ənələrin icra edilməsi qaydalarına mərasim deyilir.Mərasim üçün müəyyən şənliyin təntənənin,hərəkətlərin və rəmzi cəhətlərin olması xarakterikdir.Bayram,mərasim adət və ənənələrin öyrədilməsi zamanı kütləvi tədbirlərdən istifadə olunur.Belə tədbirlərin keçirilməsi şagirdlərin fəal cəmiyyət qurucusu kimi yetişməsinə xidmət edir.Belə tədbirlər öz forma və məzmununun etibıilə rəngarəng və müxtəlif xarakterli olub cəmiyyət həyatında ən mühüm sahələrdə - ictimai həyatda maddi və mənəvi mədəniyyət sahələrində insanların fəaliyyətini mənəvi normalar kimi tənzimləyir.Tədbirin ssenarisi qabaqcadan hazırlanır,və o0nun əsasında iş aparılır.Hər kəs tapşırığın yerinə yetirilməsinə hazırlaşır,bilik və bacarığın nümayiş etdirir.Şagirdlər bayram və mərasimlərlə bağlı çoxlu şeir,mahnı,səhnəcik,yarışlar hazırlayır.Bayram və mərasimlərə həsr edilmiş tədbirlərin şagirdlərin təlim tərbiyyəsinə müsbət təsiri var.
Həyat bilgisinin tədrisində iqtisadi biliklərin verilməsi
Şagirdlərin şəxsiyyət kimi formalaşmasına onun bazar iqtisadiyyatının mühitində öz mövqeyini dərk etməsi vəzifələrini həyata keçirir.Təlim prosesində iqtisadi biliklərin verilməsi şagirdlərə qənaətçillik,işgüzarlıq,əməksevərlik,vətənpərvərlik tərbiyyəsi aşlımaq onların cəmiyyət üçün yararlı .əxsiyyət kimi yetişməsinə kömək edir.Həyat bilgisinin tədrisində iqtisadi məsələlərin özündə əks etdirən mövzular vardır.Bu mövzuların izahında müəllim biznes,qənaət, israfçılıq, pul vahidi, qazanc, bazar və qiymət, məhsul,istehsal,istehlak,ticarət,alqı-satqı,kənd təsərrüfatı,sənayə,bitkiçilik,heyvandarlıq,tərəvəzçilik,meyvəçilik,əkinçilik,maldarlıq vəs. iqtisadi anlayışları izah edir.İqtisadi biliklərin verilməsində və şagirdlərə iqtisadi tərbiyənin aşılanmasında bir sıra vəzifələr həyata keçirilir.

  1. Bazar iqtisadiyyatı ilə bağlı olan əsas anlayışlarla məktəbləri tanış etmək

  2. Ailənin və cəmiyyətin inkişafında iqtisadiyyatın roluna dair sadə anlayışlar vermək

  3. Şagirdlərdə qənaətçillik,təsərrüfatçıllıq,əməksevərlik,vətənpərvərlik ki keyfiyyətləri formalaşdırmaq

  4. Xalq əmlakına ictimai mülkiyyətə başqalarının istehsal etdiyi mənəvi və maddi nemətlərə qayğı aşılamaq

İqtisadi anlayışları izah edərkən şagirdlərin bu barədə biliklərini üzə çıxarmaq,yalnışlıqları aradan qaldırmaq əsas məslələrdəndir.İlk növbədə ailənin büdcəsindən gəlir və çıxarlarından başlamaq daha effektlidir.Ailə büdcəsindən xəbəri olan uşaq valideynlərinə əsassız tələblər etmir.Ailənin gəlirlərinə uyğun hərəkət edir.İqtisadi biliklər şagirdlərin tərbiyyəsində həyati bacarıqların qazanılmasında mühüm əhəmiyyət kəsb edir.


Yüklə 462,34 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin