Mühazirə materialları İxtisas: Ailə və ev təhsili. Müəllim: Səmədova Günel Soltanağa qızı



Yüklə 462,34 Kb.
səhifə34/47
tarix04.10.2023
ölçüsü462,34 Kb.
#152325
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   47
həyat bilgisi icmallar 90 saat AE Səmədova Günel

Müəllimin mövqeyi – Fasilitator (“bələdçi”,”aparıcı” ) mövqeyidir. Problemli vəziyyətləri planlı və istiqamətləndirilmiş surətdə təşkil edir,şagirdlər qarşısında tədqiqat məsələlərinin meydana çıxmasına şərait yaradır və onların həllinə metodiki kömək göstərir.Fəal təlim zamanı müəllimin bələdçi rolunu müəyyən edən əsas funksiyası fasilitasiya adlanır.Fasilitasiya aşağıdakılara əsaslanır:

  • müəllim və şagirdlərin birgə əməkdaşlığına;

  • onların qarşılıqlı hörmət və etibarına;

  • şagirdlərin olduqları kimi qəbul edilməsi və müəllim tərəfindən daim dəstəklənməsinə;

  • şagirdlərin qabiliyyətinin nəzərə alınmasına;

  • şagirdlərdə öyrənmə motivasiyası və stimulun yaradılmasına;

  • onların mühitlə,müəllimin xüsusi həssas münasibətinə uyğunlaşmasına və s.

Fasiltator şagird tərəfindən biliklərin əldə edilməsi prosesində bələdçi rolunu yerinə yetirir.Onun əsas funksiyası – fikrin təhrik edilməsi və onun lazım olan istiqamətə yönləndirilməsidir.


Mühazirə 17 . Həyat bilgisi dərslərində müşahidələrin aparılması
Plan
1. Müşahidə nədir.
2. Müşahidələrə verilən şərtlər.
3. Müşahidələrin növləri.
Müşahidə təbii şəraitdə əşya və hadisələr üzərində bilvasitə məqsədə uyğun aparılan hissi qavrayışdır.Müşahidə hadisə və prroseslərin asan qavranmağa öyrənməyə təsəvvür etməyə imkan yaradır .Müşahidənin səmərəliyi onun düzülmüş plan əsasında aparılmasından aslıdır.Həyat bilgisi fəninin tədirisində müşahidə metodunu tətbiqi cox səmərəlidir.Fənin praqramında müşahidə metodunun tətbiqinə imkan verən mövzular çoxluq təşkil edir Həyat bilgisi dərsi cansız obyektlər üzərində təşkil edilir .O həm cisim və hadisələr üzərində həmdə müxtəlif incəsənət əsərləri mətn şəkil əsasında aparılır.Müşahidə elmi təsəvvürlərin formalaşmasına xidmət.Şagirdlər müşahidənin köməyi ilə əşyanın hadisələrin xarici əlamətlərini öyrənir ki, byda gələcəkdə obyektin daxili əlaqələrini mahiyyətini dərk etmələrinə kömək edir .Müşahidə məktəblərdə duyğu qavrayış inkişaf etdirir.Müşahidə aparılarkən bir sıra şərtlər gözlənilməlidir
1.konkret məqsədin olması
2. zərseçilməsiuri matrialın
3.Nəticələrin *müzakirəsi qeyd aparmağı və.s- Təbiətin canlıların insanların fəaliyyətinin dərindən öyrənilməsində müşahidələrin əhəmiyyəti böyükdür.Müşahidələr matrialın şagirdlər tərəfindən mənimsənilməsini xeyli asandlaşdırır şagirdləri kiçik yaşlarında müşahidə aparmağa əlamətləri bir -birindən ayırmağa, oxşar və fərqli cəhətləri tapmağa ümumi nəticə çıxarmağa çalışdırmaq zəruri pedo qoji problemlərdəndir.Müşahidə şagirdlər canlı ilə cansiz, uşaqla böyüyü valdeynlə digər qohumları müxtəlif bitkiləri ,heyvanları,nəqliyyat vasitələrini bir- birindən fərqləndirməyi bacarır və onlarla rəftarı öyrənir şagirdlər müşahidə nəticəsində obyektləri tanıyır apardığı ərazinin xüsusiyyətlərini digər bölgələrlə digərlərinin ölkəsinin təbiətin zənginliklərini dərk etməyə başlayır.Hər bir müşahidə təlim tərbiyə xarakterli olmalı gənc nəslin həyata hazırlanmasına kömək etməli .Tədirisində aparilan müşahidələr Qısa müddətli və Uzunmüddətli olur .Qısamüdətli -Müşahidələr sinifdə şəkil təsviri texniki vasitələr müxtəlif obyektlərin oxşar və fərqli əlamətlərinin müyyənləşdirilməsi məqsədilə aparılır .Qısamüdətli müşahidələr bir neçə saat və ya bir gün ərzindən aparılır . Uzunmüddətli - müşahidələr hər hansı obyektdə olan dəyişikliklər təbiətdə baş verən proses və hadisələrlə yaxından tanış olmaq məqsədi daşıyır .Uzunmüdətli müşahidələr bir neçə gündən bir neçə ay ,həftə və fəsil belə davam ede bilər Uzunmüdətli müşahidələr bitkinin çoxalmasi toxmun cücərməsi tumurcuğun çicəyin açması ,kökün əmələ gəlməsi quşların yuva qurmasi, həşaratların uçması , qarqaların yem toplaması fəsillərin dəyişməsi və.s. üzrə təşkil edilir .Qeydlər hazılanır şəkilər sxemlə hazırlanır .Müşahidələrin aparıkması qrup ve ya fərdi ola bilər.Bir çox mövzular üzrə müşahidənin bütün sinif şagirdləri aparmalı olur .Bu zaman şagirdlər arasnda iş bölgüsü aparılr .Hər kəs öz vəzifəsini icra edir .Əgər müşahidə qısa və az müddətlidirsə hər bir şagird fərdi yerinə yetirir.Müşahidə daha səmərəli aparılması ona qabaqcadan hazırlıq görrülməsini tələb edir.Müşahidənin obyekti müəyyənləşdirilir plan tutulur gündəluk tutulur müşahidənin vaxtı dəqiqləşdirilir.Müşahidə gündəliyi 4 bölmədən ibarət olmur .Müşahidənin təşkili bir neçə mərhələlərini əhatə edir

  1. Müşahidə obyektinin seçilməsi

  2. Obyektin əsas cəhətlərinin aşkarlanması

  3. Müşahidənin aparılma qaydası və ardıcıllığın müəəyyən edilməsi

  4. Faktların secilməsi

  5. Ümumiiləşdirmə

  6. Nətilərin çıxarılması

Məktəbəqədər müəssisələrdə müşahidələr əsasən hava üzərində təşkil edilir .şagirdlər müşahidə zamanı müxtəlif cihazlardan fermometr ,fülüger,və.s. İstifadə qaydalarını öyrənir .

Yüklə 462,34 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin