10.Dərsdə vaxtdan səmərəli istifadə edilməsi.Dərsin mərhələləri üzrə vaxtın düzgün bölüşdürülməsi keyfiyyətin yüksəlməsi deməkdir.
11.Müəllimin və şagirdlərin dərsə hazır olması.Müəllim fənnin tədrisinə daim hazır olmalıdır.Müəllim Həyat bilgisi dərslərinə 3 istiqamətdə hazırlaşır: I.Şagirlərə öyrədəcəyi anlayışları,bilikləri dəqiqləşdirir,aşılayacağı tədris və ya idrak bacarıqlarını müəyyənləşdirir. II.Dərsdə hansı əxalaqi,mənəvi,ekoloji,iqtisadi,estetik,vətənpərvərlik tərbiyəsini aşılayacağını qabaqcadan müəyyən edir. III.Hansı psixoloji funksiyaları:diqqət,təfəkkür,təxəyyül,iradə və s. inkişaf etdirəcəyini konkretləşdirir.
Dərsə verilən müasir tələblərə hər bir müəllim tərəfindən əməl edilməlidir. Həyat bilgisinin başlanğıcında giriş dərsləri aparılır.Həyat bilgisi fənninin tədrisində ən çox yeni bilik verən dərslərə üstünlük verilir.Ümumiləşdirici və yoxlama dərslərinə proqram və dərslikdə az yer verilmişdir.
Dərsin funksiyalarına aşağıdakıl daxildir:
1.Öyrədici vəzifə.Müəllim konkret anlayışları,prosesləri öyrətməklə dərsdən-dərsə şagirdlərin biliklərinin ümumi və xüsusi qabiliyyətlərini inkişaf etdirir.Qabiliyyətlərin inkişafı iki istiqamətdə həyata keçirilir:
Həyat bilgisi dərslərində:
a)ümumitəhsil bacarıq və vərdişlərin (dərsliklə,dəftərlə iş,lövhədə və dəftərdə sxem çəkmək,obyekt və hadisələri adlandırmaq və s) formalaşdırılması;
b) xüsusi bacarıq və vərdişlərin (təbiətdə,məktəbyanı sahədə,evdə fenoloji müşahidə aparmaq,kolleksiya toplamaq,herbari düzəltmək,sadə alət və cihazlardan istifadə etmək və s.) inkişaf etdirilməsi;
2.Tərbiyəedici vəzifə tədrisin əsas vəzifələrindən biridir.Həyat bilgisi dərslərində şagirdlərin dünyagörüşü formalaşdırılmalı,onlara vətənpərvərlik,estetik,ekoloji,iqtisadi,əxlaqi,tibbi,hüquqi,mənəvi,əmək tərbiyəsi aşılanmalıdır.
3.İnkişafetdirirci vəzifədə şagirdlərin əqli və idrak qabiliyyətləri inkişaf etdirilir və onların şəxsiyyət kimi formalaşması diqqət mərkəzində olur.Şagirdlərin bilikləri,bacarıqları və vərdişləri daim inkişaf etdirilir.