Mühazirə materialları Müəllim: t e. n. Salahov Rafiq Azad oğlu


İstehsalat zədələnmələrinin uçotu və təhqiqi



Yüklə 0,53 Mb.
səhifə13/26
tarix21.12.2022
ölçüsü0,53 Mb.
#76906
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   26
M hazir materiallar M llim t e. n. Salahov Rafiq Azad o lu (1)

İstehsalat zədələnmələrinin uçotu və təhqiqi
Qüvvədə olan əmək mühafizəsi norma və qaydaları işçilər və işə götürənlər tərəfindən pozulduqda istehsalatla əlaqədər bədbəxt hadisə baş verir.Bədbəxt hadisə nəticəsində işçi əmək qabiliyyətini müvəqqəti itirir, yüngül yaralanır, müəyyən dərəcədə əlil qalır, ölüm hadisəsi baş verir, qrup halında ağır nəticəli xəsarət alma yaranır.
Müəssisədə bədbəxt hadisələr baş vermə şəraitinə, xüsusiyyətinə və vəziyyətinə görə 3 qrupa bölünür:
1. İstehsalatla əlaqədar olmayan bədbəxt hadisələr.
2. İstehsalatla əlaqədar bədbəxt hadisələr.
3. Məişətlə əlaqədar hadisələr.
İstehsalatla əlaqədar olmayan hadisələr - işçinin müəssisənin maşınından, materialından, nəqliyyat vasitələrindən, işçi yerlərindən və s. .şəxsi məqsəd üçün istifadə edərkən baş verən bədbəxt hadisələrdir.

İstehsalatla əlaqədar bədbəxt hadisələr - işçilərin hər hansı istehsalat tapşırığını yerinə yetirdikdə, müəssisənin daxili intizam qaydasına zidd olmayan müəssisədə yanğın söndürürməsində kömək göstərdikdə baş vermiş bədbəxt hadisələr, habelə istehsalat tapşırıqlarını yerinə yetirərkən baş vermiş zəhərlənmələr, gün vurma, donma, suda boğulma və s. hallarda olan hadisələr hesab edilir.
Məişətlə əlaqədar hadisələr - evdə, ailədə, istirahət günlərində, məzuniyyətdə olduqda və şəxsi maşınla işə gedib- gəldikdə, yolda və s. baş verən hadisələr hesab edilir.
Müəssisələrdə yalnız istehsalatla əlaqədar bədbəxt hadisələrdə işçilərə güzəştlər verilir və dəyən zərərlər ödənilir. İstehsalat müəssisələri qalan hər iki qrup (istehsalatla əlaqədar olmayan və məişətlə əlaqadar hadisələr) hadisələri təhqiq edib səbəblərini müəyyənləşdirir və bunları aradan qaldırmaq üçün tədbirlər görür. İstehsalatla əlaqədar olmayan və məişətlə əlaqədar bədbəxt hadisələr İZ formalı aktla sənədləşdirilmir, müəssisədə qeydə alınmır və buna heç bir təzminat verilmir.
Qanunvericiliyə uyğun olaraq müəssisə istehsalatla əlaqədar olaraq zərərçəkmələrə görə İZ formalı akt əsasında işçinin iş stajından asılı olmayaraq orta əmək haqqını 100% məbləğində verir.
İstehsalatda bədbəxt hadisələr təsadüfı deyil, müəyyən səbəblərdən əmələ gəlir. Buna görə də hər bir bədbəxt hadisə fövqəladə hadisə kimi dərindən təhqiq edilməlidir.Bədbəxt hadisələrin təhqiqində məqsəd onun başvermə şəraitini və səbəblərini müəyyən etməkdən, onun təkrar olunmaması üçün tədbirlər görmək və eləcə də hadisədə müqəssir olan vəzifəli şəxsləri məsuliyyətə cəlb etməkdir.
Azərbaycan Respublikası Əmək məcəlləsinin 217-ci maddəsində istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları müəyyən olunmuşdur. Yəni işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün dərhal, həmin hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyta keçirən orqana məlumat verməyə borcludur.
Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafıq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.
Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və uçota alınması haqqında əsasnamə” mövcuddur. Əsasnamənin qüvvəsi mülkiyyət və təşkilati- hüquq formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərə, eləcə də xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə şamil edilir.
Müəyyən istehsalat sahələrində baş vermiş bədbəxt hadisələr müvafıq nazirliklər tərəfindən müəyyən edilmiş, Əmək və Əhalinin Sosial Müdafıəsi nazirliyi və sahə həmkarlar ittifaqları ilə razılaşdırılmış qaydada təhqiq edilir və uçota alınır.


Qüvvədə olan əsasnaməyə uyğun olaraq işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməli və uçota alınmalıdır:


  • əmək vəzifələrini yerinə yetirərkən, eləcə də müdiriyyətin tapşırığı olmadıqda belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən;

  • müəssisənin, kənar təşkilatın, müqavilə əsasında verilmiş nəqliyyatında işə gedərkən, yaxud işdən qayıdarkən;

  • müəssisənin ərazisində, yaxud başqa iş yerinde iş vaxtı ərzində müəyyən edilmiş fasilələr də daxil olmaqla, işin bağlanmasından əvvəl və ya qurtarmasından sonra geyimini, istehsal alətlərinin və s. qaydaya salmaq üçün lazım olan vaxt ərzində;

  • keçirildiyi yerdən asılı olmayaraq müəssisə tərəfindən iməcilik keçirilən müddətdə, eləcə də müəssisə tərəfindən hamiçilik tədbirləri keçirildiyi müddətdə;

  • istehsal avadanlıqları və obyektlərində qəza zamanı;

  • fəaliyyəti xidmət obyektlərinin arasında hərəkət etməklə əlaqədar olan işçilərlə (iş vaxtı, ictimai nəqliyyatda, yaxud piyada gedərkən, eləcə də müdiriyyətın tapşırığı ilə iş yerinə gedərkən);

  • iş vaxtı şəxsi minik nəqliyyatında (ondan xidməti gedişlər üçün istifadə etmək ixtiyarına müdiriyyətin sərəncamı olduğu halda), yaxud müdiriyyətin tapşırığı ilə ondan istifadə edilərkən;

  • iş vaxtı başqa şəxs tərəfındən bədən xəsarətləri yetirildiyinə, yaxud işçinin əmək vəzifələrini yerinə yetirərkən qəsdən öldürüldüyünə görə baş vermiş bədbəxt hadisələr; itkin düşənlər, zədələnmələr, kəskin peşə xəstəlikləri və zəhərlənmələr, istivurmalar, yanıqlar, donmalar, suda boğulmalar, ildırım vurmalar, eləcə də təbii fəlakətlər (zəlzələlər, sürüşmələr, daşqınlar, qasırğalar) zamanı;

  • növbə istirahətində olan işçilər növbə qəsəbəsinin ərazisində, nəqliyyat vasitələrində olduqları vaxt.

İstehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində xəsarətlərin dərəcələri aşağıdakı anlayışlar əsasında müəyyənləşdirilir.

Xəsaratlər – hər hansı bir xarici faktorun təsirindən toxumanın və orqanın anatomik tamlığını və ya anatomik tamlığı saxlanmaqla fızioloji funksiyasının pozulmasına deylir. Xəsarətlər yüngül bədən xəsarətləri, az agır dərəcəli bədən xəsarətləri, ağır bədən xəsarətləri növlərinə bölünür.
Az ağır dərəcəli bədən xəsarətləri dedikdə həyat üçün təhlükəli olmayan, lakin səhhətin uzun zaman pozulmasına səbəb olmuş və ya əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla uzun müddətə itirilməsi ilə nəticələnən xəsarət nəzərdə tutulur.
Ağır bədən xəsarətləri dedikdə həyat üçün təhlükəli olan və ya hər hansı orqanın funksiyasının itirilməsinə, ruhi xəstəliyə və ya səhhətin başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uızun müddət itirilməsi ilə əlaqədar olan və ya hamiləliyiın pozulmasına səbəb olan, yaxud sifətin izi silinməz dərəcədə eybəcərləşməsində ifadə olunan xəsarət nəzərdə tutulur.
Xəsarətlərin dərəcələri tibbi ekspertlər, yaxud səhiyyə mütəxəssisi tərəfndən verilən rəylər əsasında müəyyənləşdirilir.
İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirilrməsinə və ya tibbi rəy əsasında bir gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olduqda istehsalatda baş vermiş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilir və qeydə alınır.
İstehsalatda bədbəxt hadisələrin vaxtında və düzgün təhqiq edilməsi və uçota alınmasına, İZ formalı aktların tərtib edilməsinə, bədbəxt hadisələrin səbəblərinin arada qaldırılması üzrə tədbirlərin tərtib edılməsi və həyata keçirilməsinə görə müəssisənin rəhbəri məsuliyyət daşıyır.
Müdiriyyətin İZ formalı akt tərtib etməkdən imtina etdiyi halda, eləcə də zərərçəkən və ya başqa marağı olan şəxs İZ formalı aktivn məzmunu ilə razılaşmadıqda mübahisəyə müəssisənin əməyin mühafızəsi üzrə komissiyası, belə komissiya olmadıqda həmkarlar ittifaqları komitəsi tərəfindən ərizə verilən vaxtdan 7 gündən gec olmayaraq baxılır. Komissiyanın qərarının müəssisə müdiriyyəti tərəfindən icrası məcburidir.

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin