M hazir materiallar M llim t e. n. Salahov Rafiq Azad o lu (1)
Zəhərlənmə Nəticələrinin Aradan Qaldırılması DEZAKTİVASİYA-zəhərlənmiş sahələrin, texnikanın, əşyaların, paltarların və ayyaqqabıların səthindən radioaktiv maddələri kənar etməklə zəhərlənmənin təhlükəsiz dərəcəyədək azaldılmasıdır.Dezaktivasiyanı 2 üsulla-fiziki və fiziki-kimyəvi üsulla aparmaq olar.
Fiziki üsul radioaktiv maddələri səthlərdən yumaq, silmək, süpürmək, zəhərli üst qatı qazımaq və çırpmaqla kənar etməkdən ibarətdir.Fiziki-kimyəvi üsul zəhərli səthləri turşu, qələvi və ya adi yuyucu məhlulları ilə yuyub təmizləməkdən ibarətdir. Dezaktiıvasiya nəticəsində radioaktiv maddələr məhv olmur, onlar yalnız əşyaların səthindən kənar edilir.Ərazini və ordakı obyektləri, nəqliyyatı və müxtəlif əşyaları 2 üsulla mexaniki və fiziki-kimyəvi üsulla dezaktivasiya etmək olar. Mexaniki üsulun mahiyyəti zəhərlənmiş obyektlərin, nəqliyyat vasitələrinin və əşyanın üzərindən radioaktiv tozu süpürərək, çırparaq, silkələyərək, su şırnağı ilə yuyaraq kənar etməkdən ibarətdir.
Zəhərlənmə dərəcəsi yolverilən həddən yüksək oluqda dezaktivasiya aparılır. Ərazinin dezaktivasiyası ahağıdakı üsullarla aparılır:• asfalt və beton örtüklü ərazilərdən küçəsüpürən-yığışdıran maşınların köməyilə süpürülməsi;• bərk örtüklü ərazilərdən yuyucu maşınların köməyilə radioaktiv tozun yüksək təzyiqlə su şırnağı ilə yuyulması;• buldozerlər vasitəsilə zəhərlənmiş qruntun 5-10 sm qalınlığında qazılıb kənarlaşdırılması;• zəhərlənmiş sahələrin 8-10 sm qalınlığında təmiz qruntla örtülməsi;• zəhərlənmiş zonanın traktorlarla 20 sm dərinliyində şumlanması;
• əgər yuxarıdakı üsulları tətbiq etmək mümükün deyilsə, o zaman zəhərlənmiş zonadan keçmək üçün xüsüsi örtüklü yolların salınması;• qış vaxtı qar və buz örtüyü 20 sm qalınlığında qazılıb bir yerə buz qalağı kimi yığılır.Binaların və tikililərin dezaktivasiyası su ilə yuyulmaqla aparılır. Ədatən, yuyulma yuxarıdın aşağıya aparılır. Pəncərələr, qapılar, eyvanlar, karnizlər və binaların aşağı mərtəbələri xüsusilə təmiz yuyulmalıdır.Daxili otaqların dezaktivasiyası əsgilərin, süpürgələrin və fırçaların köməyilə, həmçinin su ilə yumaqla apaparılır.Yaşayış otaqları aşağıdakı qaydada dezaktivasiya edilir: tavan yaş əsgi ilə silinir, mebellər divarlardan kənara çəkilir və yaş əsgi ilə silinir, yumşaq mebel xüsusi sahələrdə, həyətldərdə çırpılır, xalçalar və digər əşyalar tozsoranla təmizlənir, döşəmə isti su və sabunla yaxud, 2-3%-li sodalı su ilə yuyulur, sonra radiometrlə ölçmələr aparılır; tikililərin daxilində zəhərlənmə 90 mR/saatdan artıq olmamalıdırMüəssisələrin sexlərində və qarajlarda dezaktivasiya su ilə tavanların, divarların, döşəmənin yuyulması ilə aparılır. Dəzgahlar və cihazlar su və ya sabunlu-sodalı məhlulla yuyulur, hissələri benzin və kerosinlə silinir.Nəqliyyatın və texnikanın dezaktivasiyası radioaktiv maddələrlə zəhərlənmə 180 mR/saat həddini keçdikdə aparılır. Texnika və nəqliyyat vasitələri qismən və ya tam dezaktivasiya edilə bilər. Aşağıdakı üsullarla aparılır: radioaktiv maddələrin 2-3 atmosfer təzyiq altında su şırnağı ilə yuyulması; texnikanın 0,15-0,3%-li yuyucu toz məhlulları ilə yuyulması; texnikanın benzində, kerosində və dizel yanacağında isladılmış əsgi ilə silinməsi.Qismən dezaktivasiya zamanı maşınların metaldan, plastik kütlədən və taxtadan düzəldilən hissələrini yaş əski ilə silir, yuyuyur və fırça ilə təmizləyirlər. Brezentləri, kabinanın parçadan tikilmiş içəri örtüklərini süpürür, fırça ilə təmizləyir, çırpırlar.