Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə23/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#126641
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   83
az dili

NITQIN AYDINLIĞI. Aydınlıq dinləyici və oxucunun nitqi asanlıqla anlaması, başa düşməsidir. Aristote! nitqin aydınlığını ünsiyyət üçün başlıca şərt sayır və göstərirdi ki, nitq aydın deyilsə, demək o öz məqsədinə çata biiməmişdir. Nitqin aydınlığı üçün əsas amil danışanın (eləcə də oxuyanın və yazaın) nitq obyekti haqqında mükəmməl məiumata malik olmasıdır. Natiq haqqında danışacağı materialı dərindən və yaxşı bilsə, həmin materialı ifadə etmək üçün müvafıq dil vasitələri də tapa bilər. Bəhs olunan mövzular, hadisələr, əhvalatlar və s. barədə dərin, həm də ətraflı biliyə malik olan natiqlər daha maraqla dinlənilir, onların şərhində heç bir dolaşıqlıq, zidd fikirlər müşahidə olunmur. Belə adamlar sadə, aydın cümlələrlə, faktlarla, dəlillərə əsaslanaraq danışır və ya yazır, işlədilən hər bir sözün əhəmiyyətini, ifadə olunan fikir üçün onun nə dərəcədə yararlı olduğunu aydın təsəwür edirlər.

Firudin bəy Köçərli nitqin aydınlığını təfəkkürünün düzgün işləməsi, fıkrin düzgünlüyü ilə əlaqələndirir. «Bizim yəqinimizdir ki.dili dolaşıq şəxsin fikri də dolaşıqdır. Doğru və salamat fikirli adamların kəlamı həmişə aydın, açıq və düzgün olur» - deyirdi.
Nitq zamanı aydınlığın pozulmasının bir səbəbi də dili, sözlərin mənasını, işlənmə məqamını və s. yaxşı bilməmək, zəngin söz ehtiyatına sahib olmamaqdır. Biz danışıq zamanı qüsurlu cümlələrə tez-tez təsadüf edirik. Məsələn, Səndə bövüklərə hörmət etmək əqidəsi zəifdir. Bu il havaların pis kecməsi ilə baqlı qəbahət va-ranmışdır; Biz bunlara müdaxilə qöstərməyə çahsırıq və s. Düzgün olmayan tələffüz - səslərin öz məxrəcində deyilməməsi, qarışdırılması, bəzən də səslərin, hecalann tələffüzdən düşməsi, normal intonasiyaya əməl olunmaması və s. də nitqin aydınlığına xələl gətirən səbəblərdir. Normal nitq tempindən yavaş və ya əksinə, iti danışanlara təsadüf etmək çətin deyildir. iti templə danışılarkən sözlər yarımçıq tələffüz olunur. Belə nitqi eşitmək və qavramaq çətin olur. Sözlərin əvvəli və ya axırı «udulur», səslər anlaşılmır.
Kütlə qarşısında, auditoriyada çıxış edən natiqin nitqinin aydın olması üçün aşağıdakılara əməl edilməlidir:
1) Danışılacaq mövzu ətrafında əvvəlcə düşünmək, lazımi material və faktlar topalmaq;
2) Həmin materialı sistemləşdirmək;
3) Mətn yazılıdırsa, dönə-dönə oxumaq, oradakı əsas fikri ifadə edən sözlərin aydın və nəzərəçarpacaq dərəcədə tələffüz edilməsinə nail olmaq;
4) Sözün qrammatik formalarını düzgün və aydın tələffüz etmək;
5) Məzmuna uyğun intonasiya seçə bilmək;
Nitqin aydınlığını yaradan amillərdən biri də diksiyadır. Diksiya latınca dictio sözündən alınmışdır, mənası sözlərin düzgün, səslərin öz məxrəcinə uyğun şəkildə tələffüz olunması deməkdir. Aydın və oxunaqlı xətt yazılı nitqin asan anlaşılmasına nə dərəcədə şərait yaradarsa, düzgün diksiya da şifahi şəkildə ifadə olunan nitqin başa düşülməsi, qavranılmasını o dərəcədə təmin edir. Diksiyanın pozulması digər tələblər gözlənildikdə belə bütün hallarda (sözlər mənaya uyğun işlənildikdə, cümlədə söz sırası gözlənildikdə, cümlələrdə fikrə uyğun bağlılıq olduqda və s. hallarda) nitqi anlamağı çətinləşdirir. Bu cür danışıqda sözlər «ağızdan tökülür», çox zaman sözün axırı, əvvəli aydın deyilmir, səslər qanşdırılır, sözlər bitişik şəkildə tələffüz olunur. Məsələn: bizəldi (bizə gəldi), gətdi (gətirdi), gə gedək (gəl gedək), lazımtəskilatlar (lazımi təşkilatlar) və s.
Diksiyanın pozulması sözlərin, ifadələrin başa düşülməsini, fikrin anlaşılmasını bir qədər çətinləşdirir. Belə nitqi dinləyən gərginlik keçirir, tez yorulur, söhbətin mabədi ilə az maraqlanır, diqqətini başqa istiqamətə yönəldir.
Natiqlik praktikasında nitqin diksiya baxımından aydınlığı və düzgünlüyü böyük əhəmiyyət kəsb edir. Aydın diksiyaya nəfəsi və səsi idarəetmə bacarığını təkmilləşdirmək, diksiya ilə bağlı şivə qüsurlarını düzəltmək, dodaqların, dilin, çənənin süstlüyünü aradan qaldırmaqla səs, nəfəs üzərində kompleks çalışmalar aparmaqla nail olmaq mümkündür. Auditoriya qarşısında çıxış edən natiq (mühazirəçi) nitqin səs mədəniyyətinə yiyələnməli, danışıq cihazından düzgün istifadə etməyi bacarmalıdır.
Diksiyanın pozulması səbəblərindən biri danışıq və ya oxu zamanı nəfəsin düzgün tənzim olunmamasıdır. Məlumdur ki, ağciyər tələffüz zamanı tələbata uyğun olaraq xaricə hava buraxır və bu hava ehtiyatının sərf edilməsi sözdən, cümlədən asılı olaraq müxtəlif ölçülüı olur: nəfəsalmada hava ağciyərə adi ölçüdə, tədricən daxil olduğu halda, tələffüz zamanı nəfəsalma sürətli gedir, hava ağciyərdən xaricə müxtəlif ölçülərdə buraxılır. Bəzən danışanlar tələffüz zamanı nəfəslərini lazımi ölçüdə sərf etmədiklərindən cümlənin sonuna yaxın hava ehtiyatı tükənir, danışan sanki boğulur, səsin gücü aşağı düşür. Bu o deməkdir ki, danışan cümlənin mənalı hissələrində, təbii şəkildə ehtiyac olduğu yerdə nəfəsini dərmir, cümləni birnəfəsə deyir və ya oxuyur.
Aydın tələffüzdə danışıq üzvi kimi dişlərin də rolu böyükdür. «Dişlər ayrılıqda səslərin müxtəlifləşməsi üçün heç bir müstəqil vəzifəyə malik deyildir. Dişlər yalnız dil və dodaqlara köməkçi olaraq səslərin müxtəlifləşməsində iştirak edir. Məsələn, s, z səslərinin əmələ gəlməsi üçün dişlər dilə, f, v səslərinirı yaranması üçün dişlər alt damağa kömək edir».
Natiqin ağzında dişlərin normal vəziyyətdə olması bu səbəbdən xüsusi əhəmiyyət kəsb edir. Üst qabaq dişlərin olmaması və ya seyrəkliyi d, z, I, n, s, t kimi dil-diş samittərinin tələffüzünü çətinləşdirir, səslər yarımçıq formalaşır, məna itir.
Düzgün tələffüzdə, səslərin formalaşmasında çənələr, xüsusən alt çənə fəal iştirak edir. Alt çənənin enməsi və qalxması ilə ağız boşluğunun həcminin daralması və genişlənməsi nəticəsində müxtəlif səslər yaranır. Bəzən danışanlarda alt çənənin mühərrikliyinin zəifliyi, tələffüzdə süstlüyə, ləngiməyə, ölüvaylığa səbəb olur. Deyilənlər yaxşı qavranılmır, dinləmə istənilən səviyyədə getmir. Belə hala yol verməmək üçün natiqin çənəsi, necə deyərlər, möhkəm olmalıdır.
Aydın diksiyaya yiyələnmək üçün natiq müntəzəm şəkildə öz üzərində işləməlidir. Çalışmalıdır ki, nitqində sözlər aydın şəkildə tələffüz olunsun, aramla, tələsmədən danışa bilsin, nitqində səslər, xüsusən saitlər aydın eşidiisin.


  1. Yüklə 195,81 Kb.

    Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin