Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə25/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#126641
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   83
az dili

3. NITQIN TƏMIZLIYI. Mədəni nitqə verilən əsas tələblərdən biri də onun təmizliyidir. Bu o deməkdir ki, ədəbi dilin normalarına uyğun gəlməyən dil vahidləri (sözlər, ifadələr, frazeologizmlər, cümlələr və s.) nitqdə işlədilməməlidir. Nitqin təmizliyi digər mədəni keyfıyyətlər kimi, danışanın təhsili, mədəniyyəti və tərbiyəsi ilə bilavasitə əlaqədardır.
Dilin təmizliyini qoruyub saxlamaq üçün aşağıdakılara əməl olunmalıdır:
1. Nitqdə məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yol verilməməlidir.
Məlumdur ki, əhalinin böyük hissəsi ədəbi dildən, müəyyən qismi isə dialekt və şivələrdən istifadə edir, ayrı-ayrı dialekt şəraitində yaşayanlar sözləri həmin yerin danışıq tərzinə uyğun işlədirlər. Çox halda bu danışıq savadlı təbəqənin - ziyalıların da nitqində özünü büruzə verir. Məsələn, hasannıxnan (asanlıqla), bajı (bacı), piyadaci (piyada), eyzən (tamamən), incəvara (yaxşı ki). Qalxızmaq (qaldırmaq) və s. Bu cür dialetizmlərin, şivə sözlərinin işlənməsi nitqi korlayır, gözəl danışığa nöqsan gətirir.
2. Əcnəbi sözlər lüzumsuz işlədilməməlidir. Bəzi hallarda natiqlər heç bir ehtiyac olmadan nitqlərini çətin, mənası çoxları üçün aydın olmayan terminləriə doldururlar ki, nəzərdə tutulan fikir, məzmun bu terminlərin kölgəsində itib-batır, mətləb dinləyici üçün aydın olmur. Son zamanlar kütləvi informasiya vasitələrinin - radio və televiziya verilişlərinin, eləcə də müxtəlif sahələr üzrə yazılmış dərsliklərin, məqalələrin, elmi mətnlərin dilində ağırlaşma müşahidə olunur. Son zamanlar illərlə işlətdiyimiz, hamı tərəfindən anlaşılan sözlərin ehtiyac olmayan başqa söz və ifadələrlə əvəz edilməsinə tez-tez təsadüf olunur. Məsələn: yaşam (həyat), mesaj (sifariş), yolçu (səmişin), yapmaq (etmək), uçak (təyyarə), yazar (yazıçı), oba (vətən), düzənlənmək (keçirmək, təşkil etmək), toplantı (yığıncaq), baş yazar (baş redaktor), mutlu (xoşbəxt), yaşam təcrübəsi (həyat təcrübəsi), tanıtım keçirmək (təqdim etmək), yazıqlar ki (təəssüf ki), təpki (təzyiq), mintalitet (ruh), öyrənci (şagird), qərarı əngəlləmək (qərara qarşı çıxmaq), soram (sonra), bu günlərim (bu gün), sabahlarım (sabah), salamatçıiıq (salamatlıq), xoşbəxtçilik (xoşbəxtlik), piyadaçı (piyada) və s. Bu və bu qəbildən olan digər sözlərin, ifadələrin uyadı qarşılığı olduğu halda dilə gətirilməsi bütün hallarda məqbul sayılmamalıdır. «Əlbəttə, biz dünya dillərindən, o sıradan qardaş xalqın dilindən söz almağın əleyhinə deyilik. Onsuz da son 10-15 il ərzində Türkiyə türkcəsindən dilimizə keçmiş çoxlu sayda sözlər var ki, bu gün onlan böyük məmnuniyyətlə işlədirik. «öncə», «öncül», «öndər», «özəl», «özəllik», «özəlləşdirmək», «dönəm», «çağdaş», «yüzillik» kimi sözlər artıq dilimizdə vətəndaşlıq hüququ qazanmışdır. Lakir dildə mövcud olan sözü zorla başqa bir sözlə əvəz etmək, bir şəxsin arzusu və təşəbbüsü ilə başa gəlmir. Dil dəniz kimidir. Zaman keçdikcə o, öz-özünü təmizləyir, işləklik dairəsini daraltmış sözləri arxaik fonda keçirir, yenilərini qəbul edir. Bu proses əksər hallarda köhnəlmiş və yeni sözlərin bir müddət dildə paralel işlənməsindən sonra baş verir». («Kredo» 3 noyabr 2007). Çox zaman bir sıra əşyanın (eləcə də hadisənin) dilimizdə uyarlı adı olduğu halda, o, alınma sözləriə adlandırılır. Məsələn, xolodilnik (soyuducu), pılesos (tozsoran), lineyka (xətkeş), kley (yapışqan), krışa (dam), patalok (tavan), polka (rəf), sideniya (oturacaq), rubaşka (köynək), zajiqalka (alışqan) və s. dilimizə məxsus sözlərlə, ifadələrlə adlandırılmışdır. Buna baxmayaraq, danışıqda yenə də keçmiş adlar işlədilir. Məsələn: Nizami küçəsi - torqovli, hökumət evi - domsovet, 8-ci kilometr-vosmoy, Şamaxı yolu - Şamaxinka, 6-cı mikrorayon -şestoy, dəniz limanı - morvağzal, M.Nağıyev adına* xəstəxana - Semaşko, Zeynalabdin Tağıyev qəsəbəsi -Nasosnı və s. kimi adlandırılır. Bu cür ifadələr hər kəsin şəxsiyyətinə, millətinə təhqir kimi qiymətləndirilməlidir.
Yeri gəlmişkən qeyd edək ki, əhalinin elita deyilən təbəqəsi rus dilində danışmağa üstünlük verir. Məmurların bəzisi öz dilində sərbəst danışmaqda çətinlik çəkir. Televiziya verilişlərində yarı Azərbaycan, yarı rusca danışanlara tez-tez təsadüf olunur. Restoranların, şadlıq evlərinin, mağazaların adları, reklamlar əcnəbi dildə yazılır. Halbuki dil haqqında qanuna görə reklamda əcnəbi sözlərdən istifadə olunarsa, onun yanında dövlətin: dilində də tərcüməsi verilməlidir. Millətin ən böyük sərvətinə göstərilən bu sayğısızlıq, biganəülik hər bir kəsi ciddi şəkildə düşündürməlidir. Hansı səbəbdən olur-olsun (rus dilli adamların nitqində özünü göstərsin və ya digərləri tərəfindən kortəbii işlədilsin) dilimizdə qarışığı olan sözün əvəzində başqa bir alınmanın işlədilməsi dili korlamaqdır, onun gözəlliyini pozmaqdır, ümumiyyətlə, dilimizə biganəlikdir, hörmətsizlikdir.
Əcnəbi söz və terminlərin işlədilməsi o zaman məqbul sayıla bilir ki, onun mənası əhalinin böyük hissəsi tərəfindən başa düşülsün, ikincisi də, həmin sözün qarşılığı dildə olmasın.
Ədəbi dilimizin mühafizəçiləri olan ziyalılar əcnəbi sözlərdən sui-istifadəyə qarşı ardıcıl və prinsipial mübarizə aparmalıdırlar.


  1. Yüklə 195,81 Kb.

    Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin