təlim məqsədini təyin etməklə rubrikin adını müəyyənləşdirmək.
Addım 2.Bacarığın hansı əsas tərkib hissələri (aspektləri, meyarları) ola bilər?-aspektləri (meyarları) təsvir etmək (Təsviri sxem formasında ifadə etmək).
Addım 3. Nailiyyətin müxtəlif səviyyələrini qiymətləndirmək üçün hansı qiymətləndirmə şkalasından istifadə ediləcəkdir? -nailiyyət səviyyələrinin sayını (4-6 səviyyə) və ifadəsini (göstəriciləri) dəqiqləşdirmək. Addım 4. Bu aspektlər üzrə hansı nailiyyət səviyyələri ola bilər?-bütün nailiyyət səviyyələrinin deskriptorlarının sözlü təsvirini yazmaq, bunun üçün əvvəl şkalanın ən yüksək və ən aşağı səviyyəsini, sonra isə onların arasında olan şkalaları müəyyənləşdirmək. Rubriklər iki növə ayrılır:
Holistik rubrik-şagirdin fəaliyyətinə verilən tələbləri meyar şəklində təsvir edir və onların nailiyyət səviyyələrini göstərir.
Analitik rubrik-şagirdin fəaliyyətinə verilən tələblərdən irəli gələn meyarları bir neçə aspektə ayıraraq nailiyyət səviyyələrini müəyyən edir.
Şagirdlərin bacarıqlarının qiymətləndirilməsi üzrə holistik rubrik
Göstəricilər (səviyyə)
Meyarlar
Qeyd
4.
3.
2.
1.
Təqdimat yaxşı təşkil olunub. Məzmun bütünlüklə əhatə olunub və həqiqətən şagirdlərin birgə əməyinin məhsuludur.
Təqdimatın təşkili qənaətbəxşdir. Məzmun müəyyən qədər əhatə olunub və şagirdlərin onun üzərində birgə çalışdığı məlum olur.
Təqdimatın təşkilatçılığı zəifdir. Məzmun bir qədər əhatə olunub və qrupun kollektiv işlədiyi az hiss olunur.
Təqdimat qoyulmuş məzmunu əhatə etmir. Təqdimatın kollektiv işin nəticəsi olduğu hiss olunmur.