Mühazirə məşğələsinində istinad olunacaq mətni hazırladı : prof. F. N.İbrahimov



Yüklə 176,09 Kb.
səhifə14/17
tarix17.12.2022
ölçüsü176,09 Kb.
#75767
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   17
Mövzu 10

İdraki (koqnitiv) inkişaf(bilmə, anlama, tətbiq, təhlil, dəyərləndirmə və sintez bacarıqları);

  • Şəxsi inkişaf (özü və bacarıqları barədə danışmaq, özünə inamı nümayiş etdirmək, müxtəlif situasiyalarda öz davranışını idarə etmək bacarıqları);

  • Sosial-emosional inkişaf(qrupda pozitiv münasibət qurmaq, ünsiyyətə girmək, yaxşı-pis hərəkətləri seçmək, davranışının səbəblərini izah etmək və məsuliyyətini anlamaq);

  • Hərəki (psixomotor) inkişaf (təqlid etmək, tapşırıqları başa düşmək, yerinə yetirmək, tətbiq etmək və uyğunlaşmaq).



    . Qiymətləndirmə meyarlarının müəyyən olunması
    Qiymətləndirmə meyarları məzmun standartları əsasında müəyyən olunur.


    Summativ qiymətləndirmə.

    Kiçik summativ qiymətləndirmə:
    - Kiçik summativ qiymətləndirmə fənn kurikulumları tətbiq olunan siniflərdə bəhs və ya bölmələrin sonunda dörd həftədən tez və altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir. Onun nəticələri yarımillik qiymətlərin hesablanmasında nəzərə alınır.
    - Kiçik summativ qiymətləndirmənin keçirilməsi üçün vaxt fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir ;
    - Böyük summativ qiymətləndirmə vasitələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyələri əsasında yerli təhsili idarə edən orqanlar və ümumtəhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır;
    - Kiçik summativ qiymətləndirmə vasitələri (tapşırıqlar, yazı işləri və s.) fənni tədris edən müəllim tərəfindən hazırlanır;
    - Kiçik summativ qiymətləndirmə vasitələri asan, orta, çətin olmaqla hazırlanır.
    Asan tapşırıqlar idrakın bilmə mərhələsinə aid olub şagirdin hər hansı bir məlumatı bilməsini və yadda saxlamasını ölçür. Orta səviyyəli tapşırıqlar idrakın anlama, tətbiq və təhlil mərhələsinə aid olub şagirdin səbəb-nəticə əlaqələrini anlamaq, tətbiq etmək, müqayisə etmək və fərqləndirmək kimi bacarıqlarını qiymətləndirir. Çətin səviyyəli tapşırıqlar idrakın sintez etmək, qarşılaşdırmaq, dəyərləndirmək, qərar qəbul etmək bacarıqlarını ölçür.
    -Kiçik summativ qiymətləndirmə bir dərs saatı və ya dərs saatının bir hissəsində aparıla bilər. Bu müddət fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir.
    - Kiçik summativ qiymətləndirmənin keçirdiyi gün dərsdə iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısında xana diaqonalla 2 yerə ayrılır və onun surətində “q” (qaib) yazılır, məxrəci isə boş saxlanılır. Müəllim həmin şagirdlə növbəti 2 həftə ərzində summativ qiymətləndirmə aparır və onun nəticəsini məxrəcdə qeyd edir.
    - Böyük summativ qiymətləndirmə.

    • Yarımillərin sonunda böyük summativ qiymətləndirmənin bir dərs saatı ərzində keçirilməsi illik planlaşdırmada nəzərdə tutulur;

    • Böyük summativ qiymətləndirmə vasitələri (test tapşırıqları) ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi xüsusi komissiya tərəfindən hazırlanır;

    • Böyük summativ qiymətləndirmə vasitələri fənnin məzmunundakı əsas zəruri bilikləri əhatə etməklə daha çox tətbiqi bacarıqları yoxlamağa xidmət edir. Təhsil Nazirliyinin tövsiyələri və verdiyi nümunələr əsasında hər bir ümumi təhsil müəssisəsində qiymətləndirmə vasitələri bankı tərtib edilir;

    • Böyük summativ qiymətləndirmə vasitələri asan, orta, çətin olmaqla hazırlanır. Asan tapşırıqlar “idrakın bilmə mərhələsinə” aid olub şagirdin hər hansı bir məlumatı bilməsini və yadda saxlamasını ölçür. Orta səviyyəli tapşırıqlar“idrakın anlama, tətbiq və təhlil mərhələsinə” aid olub şagirdin səbəb-nəticə əlaqələrini anlamaq, tətbiq etmək, müqayisə etmək və fərqləndirmək kimi bacarıqlarını qiymətləndirir. Çətin səviyyəli tapşırıqlar “idrakın sintez və dəyərləndirmə mərhələsinə” aid olub şagirdin sintez etmək, qarşılaşdırmaq, dəyərləndirmək, qərar qəbul etmək bacarıqlarını ölçür;

    • Şagird I yarımildə böyük summativ qiymətləndirmədə iştirak etmədikdə bir ay müddətində onun böyük summativ qiymətləndirmədə iştirakı təmin edilir;

    • Şagird II yarımildə üzürlü səbəbdən böyük summativ qiymətləndirmədə iştirak etmədikdə II yarımillik qiyməti çıxarılarkən, I böyük summativ qiymətləndirmədə aldığı qiymət, həm də II böyük summativ qiymət hesab olunur. Şagirdin üzürsüz səbəbdən iştirak etmədiyi II yarımildəki böyük summativ qiymətləndirmənin nəticəsi yarımillik qiyməti çıxarılarkən “o” qəbul edilir.

    • Əgər şagird I yarımildə böyük summativ qiymətləndirmədə üzürlü səbəbdən iştirak etməmiş və bir ay müddətində onun böyük summativ qiymətləndirmədə iştirakını təmin etmək mümkün olmamışdırsa, həmin şagirdin II yarımildə böyük summativ qiymətləndirmədə aldığı qiymət həm də I yarımilin qiyməti olaraq hesablanır. Hər iki böyük summativ qiymətləndirmədə üzürlü və ya üzürsüz səbəbdən iştirak etməyən şagird haqqında məktəbin pedaqoji şurasında qərar çıxarılır;

    • Summativ qiymətləndirmədə iştirak etməyən şagirdlər üçün yeni, lakin sinif üçün istifadə olunan tapşırıqlarla eyni səviyyəli qiymətləndirmə vasitələri hazırlanır;

    • Summativ qiymətləndirmə şagird nailiyyətinin rəsmi qiymətləndirilməsidir və nəticələr 5 ballıq qiymət şkalası üzrə (1,2,3,4,5) rəqəmlə ifadə olunur və qiymətlər sinif jurnalına yazılır.


    Yüklə 176,09 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   9   10   11   12   13   14   15   16   17




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin