Holistik və analitik rubriklərin müqayisəsi Holistik qiymətləndirmə şagird nailiyyətləri üzrə ümumi mənzərəni təsvir edir. Analitik qiymətləndirmə isə şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini təyin edir, şagirdlərin fəaliyyəti ardıcıl qiymətləndirilməklə, onların nailiyyətləri haqqında daha ətraflı informasiya verir.
Holistik qiymətləndirmə sürətli, analitik qiymətləndirmə üçün daha çox vaxt tələb olunur.
Holistik rubrik. Holistik rubrik qeyd olunduğu kimi, şagirdin işi ilə bağlı ümumi təəssürat yaradır və əksər hallarda fəaliyyət səviyyələrini əks etdirən 4-6 ballıq şkalaya əsaslanır.
Üstün cəhətləri: sürətli qiymətləndirmədir, şagird nailiyyəti haqda ümumi mənzərəni təsvir edir.
Zəif cəhətləri:təfərrüatlı informasiya vermir, bir ümumi qiymətin verilməsi çətin ola bilər.
Aşağıdakı hallarda holistik rubriklərdən istifadə etmək məsləhətdir:
Nailiyyətin ani mənzərəsini əldə etmək istəyəndə;
Keyfiyyətin müəyyən olunması üçün tək bir aspekt adekvatlıq təşkil edərsə.
Analitik rubrik. Analitik rubrik qeyd olunduğu kimi, şagirdin işinin (fəaliyyətinin) çoxşaxəli aspektləri üzrə ayrı-ayrı qiymətlər təyin edir. Hər bir aspektin qiymətləndirilməsi üçün, əsasən, 4-6 ballıq şkaladan istifadə olunur.
Üstün cəhətləri:daha təfərrüatlı informasiya verir, hər bir şagird, sinif və illər üzrə daha ardıcıl qiymətləndirmə aparılır.
Zəif cəhətləri: qiymətləndirmə üçün çox vaxt tələb olunur (vaxt aparır).
Aşağıdakı hallarda analitik rubrikdən istifadə olunması məsləhətdir:
a) Nisbi üstünlüyü və zəifliyi görmək istədikdə;
b) Təfərrüatlı məlumat (əks-əlaqə) əldə etmək istədikdə;
c) Mürəkkəb fəaliyyəti və ya nəticəni qiymətləndirmək istədikdə;
ç) Şagirdlərin öz qavramanlarını və ya fəaliyyətlərini qiymətləndirmələrini istədikdə.
Rubriklər əsasında qiymətləndirmə üçün tövsiyyələr: Təlim məqsədini təyin edin (bilik, bacarıq, münasibət və s.). Şagirdlərin nəyi bilməsini və bacarmasını müəyyənləşdirmək istədiyiniz barədə fikirləşin;