Mühazirə məşğələsinində istinad olunacaq mətni hazırladı : prof. F. N.İbrahimov


Qiymətləndirmənin aparılmasında riayət edilməli prisiplərə bunları aid etmək olar



Yüklə 176,09 Kb.
səhifə2/17
tarix17.12.2022
ölçüsü176,09 Kb.
#75767
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   17
Mövzu 10

Qiymətləndirmənin aparılmasında riayət edilməli prisiplərə bunları aid etmək olar:
məqsədəuyğunluq;
-nailiyyətlərin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi;
-toplanmış məlumatların keyfiyyətcə müvafiqliyinin və etibarlılığının təmin olunması;
-qiymətləndirmədə şəffaflıq,ədalətlilik,qarşılıqlı razılaşma və əməkdaşlıq;
-təlim fəaliyyətində qiymətləndirmə nəticələrinin inkişafetdirici rolunun təmin olunması.
Qiymətləndirmənin istiqamətləri, növləri və formaları.
Qiymətləndirmənin istiqamətləri dedikdə, ayrı-ayrı forma, məzmun və məqsədə malik olan qiymətləndirmələr nəzərdə tutulur.
Ölkəmizdə qiymətləndirmə aşağıdakı istiqamətlərdə aparılır:

  • Beynəlxalq qiymətləndirmə;

  • Milli qiymətləndirmə;

  • Məktəbdaxili qiymətləndirmə.

  • Milli və beynəlxalq qiymətləndirmə təhsildə perspektivləri müəyyənləşdirmək üçün aparılan qiymətləndirmə tədqiqatlarıdır və xüsusi qurumlar tərəfindən həyata keçirilir.

  • Məktəbdaxili qiymətləndirmə rəsmi qiymətləndirmədir və şagirdlərin sinifdən-sinfə, bir təhsil səviyyəsindən digər təhsil səviyyəsinə keçirilməsinə xidmət edir.

Beynəlxalq qiymətləndirmə:

  • Beynəlxalq standartlara əsaslanır.

  • Cəmiyyətdə inteqrasiya proseslərinin nəticəsidir.

  • Hər bir ölkənin vətəndaşına digər ölkələrdə təhsil almaq imkanı yaradır.

  • Beynəlxalq və milli ekspertlər tərəfindən keçirilir.

Milli qiymətləndirmə:

  • Milli qurumlar tərəfindən keçirilir.

  • Bütün pillələr və səviyyələr üzrə təlim nəticələrinin səviyyəsini müəyyən etmək məqsədilə aparılır.

Məktəbdaxili qiymətləndirmənin növləri:

  • Diaqnostik qiymətləndirmə (ilkin səviyyənin qiymətləndirilməsi);

  • Formativ qiymətləndirmə (inkişafın izlənməsi);

  • Summativ (yekun) qiymətləndirmə.

Qiymətləndirmə formaları-qiymətləndirmənin keçirilmə mexanizmini nəzərdə tutur. Məsələn, yekun qiymətləndirmənin mərhələsi olan buraxılış imtahanları mərkəzləşdirilmiş, kiçik summativ qiymətləndirmə sinifdaxili, böyük summativ qiymətləndirmə məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə tədqiqatları seçim yolu ilə məktəbdaxili formada aparılır.
Yeni məktəbdaxili qiymətləndirmənin əsas mahiyyətini formativ qiymətləndirmə təşkil edir. Formativ qiymətləndirmə şagirdin təlim fəaliyyətinin daim izlənməsi və prosesin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş məzmun standartlarından irəli gələn bilik və bacarıqlara yönəlməsi səviyyəsinin qiymətləndirilməsidir.


Qiymətləndirmə sisteminin “sistem-struktur” interpretasiyası

Kəmiyyət

Beynəlxalq



Keyfiyyət

Metod və vasitəri


Yüklə 176,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin