. Formativ qiymətləndirmə Yeni məktəbdaxili qiymətləndirmənin əsas mahiyyətini formativ qiymətləndirmə təşkil edir.
Formativ qiymətləndirmə şagirdin təlim fəaliyyətinin daim izlənilməsi və təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş məzmun standartlarından irəli gələn bilik və bacarıqlara yiyələnməsi səviyyəsinin qiymətləndirilməsidir. Formativ qiymətləndirmə şagirdin qəbul edilmiş standartların reallaşmasına yönəlmiş irəliləmələrini və geriləmələrini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır. Yeni və ənənəvi qiymətləndirmə arasında əsas fərq gündəlikrəqəmli qiymətlərin yazılmaması və şagirdin təlim fəaliyyətinin daim izlənməsidir. Şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymət almaq üçün deyil, yaxşı nəticə göstərmək üçün çalışır. Bu prosesdə şagirdlər qiymətləndirmə meyarları ilə əvvəlcədən tanış olurlar.
Formativ qiymətləndirmə dərsi müşayiət edən prosesdir.
Formativ qiymətləndirmə sinifdə hər bir şagirdin inkişafının sistemli şəkildə izlənilməsini təmin edir. Müəllim bu qiymətləndirmə vaitəsilə tədris prosesini tənzimləyir, uğur qazana bilməyən şagirdlərin ehtiyaclarını öyrənərək onlara əlavə kömək göstərir. Formativ qiymətləndirmə şagirdlərin təlim nəticələrinə nail olması və nəticədə summativ qiymətləndirmədə müvəffəqiyyət qazanmasına kömək məqsədilə aparılır.
Məqsədlər: