Mühazirə məşğələsinində istinad olunacaq mətni hazırladı : prof. F. N.İbrahimov


Diaqnostik qiymətləndirmənin keçirilmə vaxtı



Yüklə 176,09 Kb.
səhifə4/17
tarix17.12.2022
ölçüsü176,09 Kb.
#75767
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   17
Mövzu 10

Diaqnostik qiymətləndirmənin keçirilmə vaxtı
- Dərs ilinin, tədris vahidlərinin əvvəlində;
-Yeri gəldikcə- bəhs və bölmələrin əvvəlində;
-Zəruri vəziyyət yarandıqda (şagird başqa məktəbdən gələndə, sinfi dəyişəndə və s.)
Diaqnostik qiymətləndirmənin qeydiyyatı:

  • Diaqnostik qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd olunmur, yazılı qeydlər müəllimin qeyd dəftərində öz əksini tapır, sinif və şagird portfoliosunda saxlanılır.

Davamlı və qısamüddətli diaqnostik qiymətləndirmə:

  • Diaqnostik qiymətləndirmə məqsədinə uyğun olaraq iki formada keçirilir: davamlı və qısamüddətli;

  • Davamlı diaqnostik qiymətləndirmə, adətən, təhsil səviyyəsinin və dərs ilinin əvvəlində, bir neçə dərsin müəyyən hissəsində aparılır;

  • Davamlı diaqnostik qiymətləndirmənin məqsədi sinifdəki şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini öyrənməkdir;

  • Davamlı diaqnostik qiymətləndirmədə müəllim şagirdin bilik və bacarıqlarının daxil olduğu, inkişaf sahələrini (idraki, sosial-emosional,fiziki- hərəki) öyrəndiyinə görə, daha çox müşahidə üsulundan və bu üsulu reallaşdıran vasitədən-müşahidə cədvəlindən istifadə edir. Şagird haqqında daha ətraflı məlumat toplamaq üçün valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq üsulundan və sorğu vasitələrindən istifadə edilir;

  • Qısamüddətli diaqnostik qiymətləndirmə, adətən, tədris vahidlərinin əvvəlində, bir dərsin müəyyən hissəsində aparılır;

  • Qısamüddətli diaqnostik qiymətləndirmənin məqsədi şagirdin fənn üzrə zəruri bilik və bacarıqları haqqında məlumat toplamaqdır;

  • Qısamüddətli diaqnostik qiymətləndirmədə müəllim şagirdin hər hansı bir bəhs və bölmə üzrə bilik və bacarıqlarını yoxladığına görə tapşırıqvermə, müsahibə, layihə kimi qiymətləndirmə üsullarından və müvafiq olaraq çalışma, şifahi sual-cavab, təqdimat vasitələrindən istifadə edir.




Yüklə 176,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin