Müasir qiymətləndirmənin ənənəvi qiymətləndirmə ilə müqayisəsi
Ənənəvi qiymətləndirmə
Müasir qiymətləndirmə
-Qiymətləndirmə zamanı şagirdə qiymət yazmaq kimi qəbul olunurdu; şagird yalnız qiymət almaq xatirinə oxuyurdu.
- Cari qiymətləndirmə formalizmə gətirib çıxarırdı; müəllimin subyektiv rəyinə əsaslanırdı.
- Tədris prosesinin yalnız müəyyən bir hissəsində tətbiq edilirdi.
- Əsasən, bilik səviyyəsi qiymətləndirilirdi.
- Qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir və onu idarəedən vacib amil kimi meydana çıxır.
- Cari qiymətləndirmənin aradan qaldırılması məzmun standartlarının bütövlükdə mənimsənilməsini və qiymətləndirmənin obyektivliyini təmin edir.
-Tədris prosesinin bütün mərhələlərində tətbiq edilir.
- Şagirdin naliyyəti (qazanılan dəyərlər) qiymətləndirilir, inkişafı sistemli şəkildə izlənilir.
- Məzmun standartlarının mənimsənilməsi səviyyəsini ölçmək üçün qiymətləndirmə standartları müəyyənləşdirilmişdir.
. Diaqnostik qiymətləndirmə
Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirmək, birbaşa müəllimin təlim strategiyalarının seçilməsinə xidmət edir.
Şəraitə görə təlim məqsədləri və strategiyalarında çevik dəyişikliklər aparılmasına imkan yaradır.
Şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almağa imkan verir.
Fərdi yanaşmaya və diferensial təlimə şərait yaradır.
Məqsədlər:
Hər bir şagirdin bilik və bacarıqlarınınilkin səviyyəsi haqqında məlumat əldə etmək;
Təlim prosesinin planlaşdırılmasında şagirdlərin fərdi inkişaf xüsusiyyətlərini nəzərə almaq və fərdi yanaşmanı təmin etmək;