Test tapşırıqları qiymətləndirmə vasitəsi kimi hal-hazırda papulyarlıq qazansa da, fənni tədris edən müəllim diaqnostik, formativ və hətta summativ qiymətləndirmədə test tapşırıqlarına aludəçilik göstərməməlidir.
Şagirdlərin şifahi və yazılı nitq bacarıqlarını, məntiqi və təfəkkürünü, müstəqil düşünmə qabiliyyətini inkişaf etdirən üsullardan-layihə (qiymətləndirmə vasitəsi-şagirdlərin təqdimatı və müəllimin tərtib etdiyi meyar cədvəli), şifahi sorğu (qiymətləndirmə vasitəsi- şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), yoxlama yazı işlərindən (məsələ və misal həlli) geniş istifadə etməlidir.
Test tapşırıqlarından davamlı olmamaqla, yeri gəldikcə, summativ qiymətləndirmədə isə tərəddüdsüz istifadə etmək tövsiyə olunur.
. Rubriklər qiymətləndirmə (formativ) üsulu və vasitəsi kimi Rubrik-meyar əsasında şagirdin nailiyyəti səviyyəsinin qiymətləndirmə şkalasıdır. O, iki əsas suala cavab verir:
Mən nəyi qiymətləndirməliyəm (bacarıq meyarları)?
Bu meyar üzrə hansı nailiyyət səviyyələri ola bilər?
Rubrik bacarıq və ya nəticəni artan keyfiyyət kontinuumunda (aşağı səviyyədən yuxarı səviyyəyə qədər) təsvir edir.
Rubrik qiymətləndirmənin həm üsulu, həm də vasitəsi kimi çıxış edə bilər.
Qiymətləndirmə şkalası nailiyyət səviyyəsinə qiymət (balla və ya sözlə) verilməsi üçün mexanizmdir.
Rubrik-formativ qiymətləndirmənin ən faydalı üsullarından biridir. Ondan həm də diaqnostik və summativ qiymətləndirmədə istifadə oluna bilər.