Mühazirə məşğələsinində istinad olunacaq mətni hazırladı : prof. F. N.İbrahimov


Formativ qiymətləndirmənin keçirilmə vaxtı



Yüklə 176,09 Kb.
səhifə6/17
tarix17.12.2022
ölçüsü176,09 Kb.
#75767
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   17
Mövzu 10

Formativ qiymətləndirmənin keçirilmə vaxtı:

  • Dərs ilinin əvvəlindən başlayaraq təlim prosesində müntəzəm şəkildə aparılır.

Qeydiyyatın aparıldığı yer:
Formativ qiymətləndirmənin nəticələri şagirdin portfoliosunda, müəllimin formativ qiymətləndirmə dəftərlərində və şagirdin məktəbli kitabçasında sözlə və ya rəqəmlə qeyd olunur.

. Summativ qiymətləndirmə


Summativ qiymətləndirmə kiçik, böyük və yekun summativqiymətləndirmədən ibarətdir. Kiçik və böyük summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələyə yekun vurmaqla müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır.
Summativ qiymətləndirmə təhsilin hər hansı mərhələsində (bəhs və ya bölmənin, yarımilin və ilin sonunda) şagirdlərin standartlar üzrə əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsidir. Summativ qiymətləndirmənin ən mühüm cəhəti şagirdlərin əldə etdiyi biliklərin tətbiqinə hansı səviyyədə nail olduğunu aşkar etməkdən ibarətdir. Summativ qiymətləndirmə məzmun standartlarının mənimsənilmə səviyyəsinin etibarlı göstəricisidir.


Məqsədlər:

  • Hər hansı mərhələ üzrə şagirdin nailiyyətinin səviyyəsini müəyyən edib qiymət yazmaq;

  • Təlim və tədris prosesinin monitorinqini həyata keçirmək (irəliləmə və geriləməni müəyyənləşdirmək);

  • Müəllimin tədris fəaliyyətini izləmək;

  • Məktəbdə təlimin təşkili işinin səviyyəsini müəyyənləşdirmək.

Summativ qiymətləndirmənin keçirilmə vaxtı:

  • Kiçik summativ qiymətləndirmə fənn kurikulumları tətbiq olunan siniflərdə bəhs və ya bölmələrin sonunda, altı həftədən gec olmayaraq, müəllim tərəfindən keçirilir. Onun nəticələri yarımillik qiymətlərin hesablanmasında nəzərə alınır.

  • Böyük summativqiymətləndirmə yarımillərin sonunda ümumi təhsil müəssisəsinin rəhbərliyinin və ya orada yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır.

  • Yekun summativqiymətləndirmə buraxılış siniflərində təhsil səviyyələrinin sonunda yekun attestasiya (buraxılış imtahanları) şəklində aparılır.


Yüklə 176,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin