Rubriklərin əsas elementləri: Rubrikin adı( hansı bacarıq və ya kompetensiya qiymətləndirilir).
Qiymətləndiriləcək bacarığın və ya kompetensiyanın hansı bacarıqlardan ibarət olmasının təsviri (aspektlər, meyarlar).
Nailiyyətin müxtəlif səviyyələrini qiymətləndirmək üçün qiymətləndirmə şkalası-keyfiyyət səviyyələri intervalı.
Müəllimin istəyindən asılı olaraq -səviyyələr üzrə qiymətləndirmə balları və ya qiymətin sözlə ifadələri. Səviyyə üzrə göstəricilər- nailiyyət səviyyəsini təsvir edən söz və ya rəqəm.
Səviyyə deskriptor- nailiyyət səviyyəsini daha müfəssəl təsvir edən sözlü ifadə.
Rubrikdən istifadə zərurəti:
Rubriklər qiymətləndirmə zamanı şagirdlərdə hansı bacarıqların inkişaf etdirilməsinin tələb edildiyini göstərir.
Rubriklərdən, əsasən, formativ qiymətləndirmə zamanı, həmçinin diaqnostik və summativ qiymətləndirmədə də istifadə olunur.
Rubriklər nailiyyət səviyyələrini sözlə təsvir edir və iki əsas suala cavab verir: Nə qiymətləndirilir? Nailiyyət səviyyələri necə ifadə olunur?
Rubriklərin üstün cəhətləri vardır: Bunlar aşağıdakılardır: Rubriklər qiymətləndirmənin daha ədalətli, obyektiv, etibarlı və ardıcıl olmasına imkan verir.
Rubrikləri hazırlamaq üçün müəllimlər müvafiq şərtlər üzrə öz meyarlarını müəyyənləşdirir və bununla təlim məqsədlərini daha yaxşı təsvir edir.
Rubriklər müəllimlərin şagirdin işini qiymətləndirməyə sərf etdiyi vaxtı azaldır.
Rubriklər tədrisin səmərəliliyi ilə bağlı müəllimləri faydalı məlumatlarla təmin edir.
Rubriklər keyfiyyət səviyyələri intervalı vasitəsilə telerogen(müxtəlif qabiliyyətə malik şagirdlərin olduğu) siniflərində qiymətləndirmə aparmağa kömək edir.