Mühazirə məşğələsinində istinad olunacaq mətni hazırladı : prof. F. N.İbrahimov


Qeyd: Dərslik komplektinə daxil olan”Müəllim üçün metodik vəsait”



Yüklə 176,09 Kb.
səhifə13/17
tarix17.12.2022
ölçüsü176,09 Kb.
#75767
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   17
Mövzu 10

Qeyd: Dərslik komplektinə daxil olan”Müəllim üçün metodik vəsait”lərdə rubrik nümunələri verilmiş və onların tətbiqi məqamları göstərilmişdir.Həmin rubriklərə aid nümunələri və onların real pedaqoji prosesə daxil edilməsi texnologiyalarını nəzər-nöqtəsi seçməklə burada təqdim etdiyimiz nəzəri materialları daha aydın şəkildə anlamaq mümkündür.Odur ki,rubrik nümunələrinin təqdimatına xüsusi yer ayırmağa lüzum görmürük. İnanırıq ki,bu dərs vəsaitindən faydalananlar bizim mövqeyimizlə ortaq olacaq və sözügedən istiqamətdə“Müəllim üçün metodik vəsait”lər diqqətlə nəzədən kçirəcək və qiymətləndirmənin həm nəzəri,həm də praktiki məsələlərini daha da dərindən öyrənə biləcəklər.
Formativ qiymətləndirmənin həyata keçirilməsi və nəticələrinin qeydiyyatının aparılması
Formativ qiymətləndirmənin həyata keçirilməsi və nəticələrin qeydiyyatının aparılması üçün müəllim aşağıdakı bacarıqları inkişaf etdirməlidir:

  1. Riyaziyyat fənni üzrə hansı standartın (mövzuya uyğun) həyata keçiriləcəyini müəyyənləşdirmək;

  2. Məzmun standartları əsasında qiymətləndirmə meyarlarını müəyyənləşdirmək;

  3. Hər bir qiymətləndirmə meyarına uyğun 4 nailiyyət səviyyəsi üzrə (məsələn, səviyyə 1, səviyyə 2, səviyyə 3, səviyyə4) rubriklər hazırlamaq.



Qiymətləndirmənin “keyfiyyət” üsulları
Yalnız “kəmiyyətcə qiymətləndirmə” üsullarından istifadə etmək kifayət deyil. Onunla yanaşı aşağıdakı “keyfiyyətcə qiymətləndirmə” üsullarından da istifadə etmək məqsədəuyğundur:

  • Yazı və yoxlama işlərində konstruktiv qeydlər;

  • “Portfolio” sistemi;

  • Verbal (sözlə);

  • Qarşılıqlı qiymətləndirmə;

  • Özünüqiymətləndirmə;

  • Reytinqin çıxarılması;

  • Emosional münasibət yolu ilə qiymətləndirmə;

  • Meyar cədvəli.

Formativ qiymətləndirmə həm şagirdə, həm də valideynə yönəlmiş ola bilər. Bundan asılı olaraq formativ qiymətləndirmənin nəticələri müxtəlif formada çatdırılır:

  • Şagird üçün dəftərində və ya digər iş vərəqlərində konstruktiv şərhlər (qeydlər) yazılır və nəticələri təkmilləşdirmək üçün konkret göstərişlər və tapşırıqlar verilir;

  • Şagirdlə əks-əlaqə formativ qiymətləndirmənin müxtəlif keyfiyyət üsullarından istifadə edərək yaradıla bilər;

  • Valideynin nəzərinə isə məktəbli kitabçası vasitəsi ilə çatdırılır ki, onun uşağı məzmun standartları və ya cari təlim nəticələri üzrə nə dərəcədə irəliləyib və ya hansı nəticələri əldə edib;

  • Müəllim formativ qiymətləndirmənin nəticələrini “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndə qeyd edir.

Diaqnostik qiymətləndirmənin müşahidə sxemi
Əsas inkişaf sahələri:


  1. Yüklə 176,09 Kb.

    Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin