MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Dövlətsizləşdirmə və özəlləşdirmə



Yüklə 1,26 Mb.
səhifə41/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   37   38   39   40   41   42   43   44   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

6.5. Dövlətsizləşdirmə və özəlləşdirmə
Dövlət mülkiyyətinin ümumi üstünlüyü ilə müəyyən olu­nan Rusiya iqtisadiyyatının xüsusiliyi mülkiyyət formalarının real müxtəlifliyinə keçidin əsas metodu, bazar təsərrüfatının formalaşmasının əsası, sahibkarlığın quruluşunun optimal- laşma yolu kimi dövlətsizləşdirmə və özəlləşmənin labüd- lüyünü tələb edir.
Dövlətsizləşdirmə dövlət mülkiyyətinin dəyişdirilməsi üzrə tədbirlər məcmusudur ki, bu da dövlətin iqtisadiyyat­da hədsiz rolunu aradan qaldırmağa yönəldilir.
Dövlətsizləşdirmə dövlətdən təsərrüfat idarəçiliyinin ək­sər vəzifələrinin alınması, müvafiq səlahiyyətlərin müəssisə­lərə verilməsi, şaquli təsərrüfat əlaqələrinin üfüqilərlə əvəz olunmasını bildirir.
Dövlətsizləşdirmə dövlətin iqtisadi sahədən tam çıxması ilə nəticələnmir. Müasir istehsal dövlətin tənzimləməsi olmadan müvəffəqiyyətli inkişaf edə bilmir ki, bu da yalnız müəyyən hədlər daxilində səmərəlidir. Əgər bu hədlər pozularsa, ictimai istehsalın səmərəliliyi azalar. Hazırda dövlətsizləşdirmə xətti ümumdünya xarakteri daşıyır.
Dövlətsizləşdirmə müxtəlif istiqamətlər üzrə həyata keçirilə bilər:

  • mənimsəmə prosesinin dövlətsizləşdirməsi, hər bir işçi­nin və əmək kollektivinin mənimsəmənin, inhisarsızlaşma-nın bərabərhüquqlu iştirakçısı kimi tanınması;

  • müxtəlif təsərrüfatçılıq formalarının yaradılması, müəssisələrin bütün formalarına qanun çərçivəsində təsər­rüfat fəaliyyətində eyni dərəcədə sərbəstlik verilməsi;

  • yeni təşkilati quruluşların formalaşması, üfüqi əlaqə­lərin aparıcı rol oynadığı sahibkarlıq fəaliyyətinin yeni for­malarının (konsernlər, şirkətlər, assosiasiyalar) yaradılması.

Beləliklə, dövlətsizləşdirmə inhisarçılığın dəf edilməsinə, rəqabətin və sahibkarlığın inkişaf etdirilməsinə yönəldilir.
Bu bazar iqtisadiyyatına keçidin mərkəzi problemidir.
Dövlətsizləşdirmə özəlləşdirmə ilə sıx əlaqədədir.
özəlləşdirmə mülkiyyətin dövlətsizləşdirmə istiqamətlə­rindən biridir ki, bunun da mahiyyəti onun ayn-ayn vətəndaş­ların və hüquqi şəxslərin xüsusi mülkiyyətinə verilməsidir.
Rusiyada dövlət və bələdiyyə müəssisələrinin özəlləşdiril­məsi vətəndaşların və səhmdar cəmiyyətlərinin (şirkətlərin) dövlətdən və yerli hakimiyyət orqanlarından aşağıdakıları mülkiyyətə almasını bildirir:

  • müəssisələr və onların müstəqil müəssisələrə ayrılan bölmələrini;

  • müəssisələrin maddi və qeyri-maddi aktivlərini;

  • dövlətin və yerli hakimiyyət orqanlarının səhmdarlar cəmiyyətlərinin (şirkətlərin) kapitallarında payını (səhmlə­rini);

  • özəlləşdirilən müəssisələrin digər müəssisələrin kapital­larında olan payı (səhmlər və s.).

Beləliklə, özəlləşdirmə və dövlətsizləşdirmə arasındakı fərq ondan ibarətdir ki, özəlləşdirmə mülkiyyət münasibət­lərinin kökündən dəyişilməsi prosesini əks etdirir, dövlətsiz­ləşdirmə isə mövcud təsərrüfat sisteminin, dövlət diktatının dağıdılmasına və iqtisadiyyatın dövlətdən asılı olmayaraq fəaliyyət göstərməsinə istiqamətlənmiş dəyişilməsinin bütün kompleksini əhatə edir.
Özəlləşdirmənin obyektləri iri sənaye, xırda və orta sənaye və ticarət müəssisələri, xidmət sahələri müəssisələri, mənzil fondu, mənzil tikintisi, kənd təsərrüfatı müəssisələri və s. ola bilər. Özəlləşdirmədən sonra xüsusi şəxslər, özəlləş­dirilmiş müəssisənin işçisi, əmək kollektivi, banklar, hol- dinqlər, səhmdar cəmiyyətləri (şirkətlər) və s. mülkiyyət subyektləri olur.
Bu və ya digər ölkədə özəlləşdirmənin miqyası əvvəlki dövrdə orada xüsusi bölmənin milliləşdirilməsi metodunun nə dərəcədə geniş istifadə olunmasından asılıdır. Milliləşdir­mə metodunun nadir hallarda tətbiq olunduğu ölkələrdə (ABŞ, AFR, Yaponiya) özəlləşdirməyə meyl zəif təzahür edir. Milliləşdirmə prosesinin həddindən çox güclü getdiyi ölkələrdə (Böyük Britaniya, Fransa) isə özəlləşdirmə geniş miqyasda həyata keçirilir.
Dövlətsizləşdirmə və özəlləşdirmə müxtəlif metodlarla, məsələn, mülkiyyətin pulsuz verilməsi, müəssisələrin güzəşt­li şərtlərlə alınması, səhmlərin satışı, müəssisənin icarəyə verilməsi, xırda müəssisələrin hərracda miisabiqəylə, yaxud da miisabiqəsiz satışı əsasında həyata keçirilə bilər.
Özəlləşdirmədən alınan maliyyə vəsaitləri ilk növbədə bazar infrastrukturunun inkişafına, eləcə də müstəqillik əldə etmiş müəssisələrin xüsusi kapitalla təmin olunmasına yönəldilməlidir.
Təcrübə göstərir ki, özəlləşdirmə yalnız müəyyən şərtlər daxilində uğur ola bilər. Bunlara ilk növbədə aşağıdakılar aiddir:

  • əks-milliləşdirmənin həyata keçirilməsinin etibarlı hü­quqi əsasının olması;

  • inkişaf etmiş bazar infrastrukturunun (ilk növbədə fond bazarının) yaradılması;

  • dövlət müəssisəsinin yaxşı düşünülmüş satış proseduru;

  • iqtisadiyyatın xüsusiləşdiriləcək sektoruna (yaxud sahə­lərinə) olan tələbin həcminin əvvəlcədən qiymətləndirilməsi.

Yalnız bu şərtlər daxilində iqtisadiyyatda əks-milliləşdir­mənin həyata keçirilməsi səmərəli ola bilər.
İnkişaf etmiş bazar iqtisadiyyatlı və keçid iqtisadiyyatlı ölkələrdə özəlləşdirmənin məqsədləri müxtəlifdir.
Özəlləşdirmənin lideri olan Böyük Britaniya özəlləşdir­mənin aşağıdakı üsullarını təklif etmişdir: səhmlərin satıl­ması və pulsuz paylanması; xidmət göstərməyə podrat işi; dövlət mənzilinin kirayə götürənə satışı; rəqabəti artırmaq məqsədilə dövlət inhisarından imtina. Dövlət mülkiyyətinin və onun funksiyalarının xüsusi bölməyə tam və ya qismən ötürülməsinin bütün dünya üzrə 22 müxtəlif üsulu möv­cuddur



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin