Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə107/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   103   104   105   106   107   108   109   110   ...   189
2019-04-25 12-07-55

    Bu səhifədəki naviqasiya:
  • Yoxsa
3) Şərt bağlayıcıları: əgər, hərgah, yoxsa, bir halda ki, madam (ki). Bu bağlayıcılar tabeli mürəkkəb cümlələrdə şərt budaq cümləsini baş cümləyə bağlayır. Əgər bağlayıcısı eyni zamanda budaq cümləyə şərt məzmunu verən -sa, -sə şəkilçisinin iştirak etdiyi cümlənin, həmçinin həmin şəkilçilərin iştirak etmədiyi budaq cümlənin tərkibində işlənir və şərt budaq cümləsini baş cümləyə bağlayır. Məs.: Əgər qoşunla atışmağa başlasalar, onlar da şəhəri topa tutacaqlar. (İ. Ə.) Var doğru yazmağa madam ki imkan, Neçin gəlsin gərək ortaya yalan.(N.G.) Əgər onu sağaltsan, evinin dirəklərini qızıla tutduracağam. Əgər xəyanət etsən, cəhənnəm kimi zəbanə çəkib yanacaqsan. (İ.Ə.) Əgər buruq ustası deyil, bəs buralarda nə gəzir. (M. H.) Madam ki, mən atamın dediyi kimi, acizəm, karsalayam, başqa uşaqlar kimi zirək, vurub-tutan deyiləm, bəs onda allah məni nə üçün yaradırdı?! (İ.Ə.) Yaramı yar bağlasın, Yoxsa axar, qan gedər. (Bayatı)
4) Güzəşt bağlayıcıları: hərçənd (ki), gərçi. Klassik ədəbiyyatda əgərçi, gərçi üstün mövqeyi ilə seçilir. Məs.: Nə qədər qoca olsa da, gərçi Vidadi xəstə, Yenə Vaqif kimi yüz oğlana dəyər. (M. V. Vidadi)
Ədat. Ədat ayrı-ayrı sözün və bütün cümlənin müxtəlif məna çalarlığını bildirmək üçün işlədilən sözlərdir. Ədatın (ərəb sözüdür: “hissəcik” deməkdir) müstəqil lüğəvi mənası yoxdur, sintaktik vəzifəsi yoxdur, yalnız cümlə daxilində müəyyən məna qazanır. Cümləyə müxtəlif cəhətdən məna incəlikləri verir, ifadənin səlisləşməsinə, fikrin məntiqi qurulmasına kömək edir, dinləyicinin diqqətini nəzərdə tutulan fikrə yönəldir. Danışan şəxsin hiss-həyəcanını, bu və ya digər məsələyə münasibətini bildirmək məqamında işlədilir.
Ədatlar öz mənşəyi etibarilə də bu və digər nitq hissələri ilə də əlaqədardır. Hətta bəzi ədatlar şəkilcə bir çox sözlərə, başqa nitq hissələrinə (feil, say, bağlayıcı) uyğun gəlir.
Ədatlar vurğu qəbul etmir. Bu nitq hissəsi tərkib etibarilə təktərkibli və qoşatərkibli (ha, ki, bəs, məgər, bəli də, daha da, bəli a və s.) olur.
Ədatlar cümlədə işləndikləri yerə görə iki qismə ayrılır. Bunların bir qismi daimi yerə malikdir (kaş (ki), qoy, belə, gəlsənə, qoysana); digər bir qismi isə (axı, bəs, heç, ha) söylənilən fikirdən, vəziyyətdən asılı olaraq, cümlədə sərbəst hərəkət edə bilir, yəni cümlənin istənilən yerində gələ bilir.
Ədatlar müstəqil nitq hissələrindən törəyib köməkçi nitq hissəsinə, oradan da şəkilçiyə doğru inkişaf prosesi keçirməkdə olan bir nitq hissəsidir. Bu cəhətdən ədatları 4 qrupa ayırmaq olar:

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin