Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


Fərqlənmə, seçilmə məzmunu yaradan qoşmalar



Yüklə 319,77 Kb.
səhifə103/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   99   100   101   102   103   104   105   106   ...   189
2019-04-25 12-07-55

Fərqlənmə, seçilmə məzmunu yaradan qoşmalar: savayı, əlavə, qeyri, özgə, başqa, ayrı. Bu qoşmalar ismin çıxışlıq halında olan sözlərə qoşulur. Məs.: Var bu cahandan özgə bizim bir cahanımız. (İ.N.) Çün Nəsimi səndən ayrı bildi kim, yoxdur vücud. (İ.N.) Şərbəti-ləlindən özgə dərman istəməm. (Ş.İ.X.) Aşiqlə məşuqdan başqa, yox bir kəs. (Ə.C.) Qəddindən ayrı, ey can, sərvi-rəvan gərəkməz. (İ.N.) Sevdiyim, səndən qeyri kimim var, Gəl üstümə, aman, öldüm. (M. V. V.)
Qarşılıq və ya ziddiyyət məzmunu yaradan qoşma: qarşı. Bu qoşma ismin yönlük halında olan sözlərə qoşulur. Qarşı qoşması ziddiyyət məzmunu olmadan istiqamət, yönəltmə bildirir: Güli-rüxsarına qarşı gözümdən qanlı axar su, Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?! (M.Füzuli) Qarşı qoşması tam ziddiyyət bildirir: Yaxşılığa qarşı yamanlıq etmək insana yaraşmaz.
İstiqamət məzmunu yaradan qoşmalar: tərəf, doğru, sarı. İstiqamət məzmunu yaradan bu qoşmalar da ismin yönlük halında olan sözlərə qoşulur. Məs.: Mən karvan sarbanıyam, Gedirəm dərdə sarı. (Bayatı) Asta səslə danışan qaraltılar Araz çayına tərəf buruldular. (Y.V.Ç.) Hamının yaxşı görə bilməsi və səsinin aydın çatması üçün minbərin ən uca pilləsinə doğru getməyə başladı. (Ə.C.)
Bağlayıcı. Köməkçi nitq hissələri içərisində bağlayıcılar çox mühüm əhəmiyyət kəsb edir. Bağlayıcı dildəki sözlər, söz birləşmələri və cümlələr arasında sintaktik əlaqələri ifadə etmək, qrammatik, məntiqi əlaqə və münasibət yaratmaq üçün ən başlıca rol oynayır. Qrammatik quruluş haqqında məlumat verəndə qeyd etmişdik ki, sözlər və cümlələr arasında qrammatik və məntiqi əlaqənin olması labüddür. Əgər belə əlaqə olmazsa, söz birləşmələri və cümlələr əmələ gələ bilməz. Həmçinin söz birləşmələrini əmələ gətirən sözlər arasında, eləcə də ayrı-ayrı cümlələr arasında bu əlaqələr mövcud olmazsa, qrammatik-məntiqi cəhətdən formalaşmış nitq də meydana gələ bilməz. Həmin əlaqələrin yaranması üçün müxtəlif qrammatik əlamətlərdən istifadə edildiyi kimi, bağlayıcılardan da istifadə edilir. Bağlayıcıların belə bir mühüm xüsusiyyəti vardır ki, o bağladığı sözlərin, söz birləşmələrinin, cümlələrin məzmununa heç bir təsir göstərmir. Bağlayıcı cümlədə müəyyən funksiya daşıyır, ancaq cümlə üzvü olmur. Bağlayıcı leksik mənaya malik deyil, söz yaratmır. Bağlayıcıya konkret olaraq belə bir tərif vermək olar: müstəqil leksik mənaya malik olmayan, ayrı-ayrı sözlər, söz birləşmələri və cümlələr arasında qrammatik-məntiqi əlaqə və münasibət yaratmaq üçün işlədilən köməkçi nitq hissəsinə bağlayıcı deyilir.
Bağlayıcılar quruluşuna, sintaktik vəzifəsinə və mənasına görə təsnif edilir.
Dilçilik ədəbiyyatında quruluşuna görə bağlayıcılar sadə, düzəltmə və mürəkkəb olaraq bölünür. Sadə: və, həm, da (də) gah, amma, ancaq, lakin, zira, fəqət, yəni, nə, hətta və s.
Düzəltmə adı ilə verilənlər: çünki, hərgah, nəinki, hərçənd, yainki, habelə, yoxsa. Düzəltmə bağlayıcıların qrammatika kitablarında düzəltmə əsas nitq hissələrindən fərqləndiyi göstərilir. Qeyd edilir ki, “ Düzəltmə bağlayıcılar ya bağlayıcı ilə başqa bir hissəciyin, ya bağlayıcı ilə başqa bir sözün, ya da bir sözlə bir hissəciyin birləşməsindən əmələ gəlir və sadə bağlayıcılara doğru inkişaf gedir. Düzəltmə bağlayıcılar bunlardır: çünki, yaxud, hərgah, hərçənd, nəinki, yainki, habelə, yoxsa” (M. Hüseynzadə, B. Xəlilov)
Mürəkkəb bağlayıcılar sayca daha çoxdur: və ya, və yaxud, madam ki, hərçənd ki, həm də, gah da, nə də; və ya da, və yaxud da, və habelə də, və həm də ki; ona görə, buna görə, bunun üçün, onun üçün, ona görədir ki; ancaq ona baxmayaraq, fəqət buna baxmayaraq; lakin bununla belə, ancaq bununla belə və s. Bu bağlayıcılar, əsasən, iki şəkildə düzəlir. Bir qisim mürəkkəb bağlayıcılar iki sadə bağlayıcının və ya bir bağlayıcı ilə başqa bir hissəciyin birləşməsi əsasında düzəlir. İkinci qisim mürəkkəb bağlayıcılar isə bir neçə bağlayıcının yanaşması, bir sadə bağlayıcı ilə müəyyən bir qoşmanın, ədatın, işarə əvəzliyinin və ya hər hansı bir sözün müxtəlif şəkillərdə yanaşması ilə düzəlir. Bunları aşağıdakı qaydalar əsasında qruplaşdırmaq mümkündür:
1. İki bağlayıcının yanaşması ilə: və ya, və yaxud, həm də, gah da və s.
2. Üç və dörd bağlayıcının yanaşması ilə: və yaxud da, və ya da, və habelə də, və nə də ki, və həm də ki və s.
3. Yönlük və yiyəlik halda olan o, bu işarə əvəzliyinin görəüçün qoşmasına yanaşması ilə: ona görə, buna görə, onun üçün, bunun üçün və s.
4. Yönlük, yiyəlik və çıxışlıq halda olan o, bu işarə əvəzliyinə qoşma və bağlayıcıların yanaşması ilə: ona görə ki, buna görə ki, onun üçün ki, bunun üçün ki, ona görə də, bundan ötrü ki, ondan ötrü ki, bundan ötrü də və s.
5. Yönlük və yiyəlik halda olan o, bu işarə əvəzliyinin xəbərlik şəkilçisi qəbul etmiş (-dır;) qoşma və bağlayıcılarla işlənməsi ilə: ona görədir ki, buna görədir ki, onun üçündür ki, bunun üçündür ki və s.
6. Qarşılaşdırma bağlayıcılarının yönlük halda olan o, bu işarə əvəzliyi və baxmayaraq sözləri ilə birgə işlənməsi ilə: ancaq buna baxmayaraq, lakin buna baxmayaraq, fəqət buna baxmayaraq və s.
Sintaktik vəzifəsinə görə bağlayıcılar müxtəlif olur. Bağlayıcıların bir qismi həmcins üzvləri, tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bir-birinə bağlayırsa, başqa bir qismi tabeli mürəkkəb cümlənin tərkib hissəsi olan baş və budaq cümlə arasında əlaqə yaradır, onları bir-birinə bağlayır.
Daşıdıqları sintaktik vəzifə ilə yaratdıqları məna bir-birinə müvafiq gəldiyi üçün bağlayıcıların məna növlərini də vəzifəsinə əsasən iki böyük qrupa bölmək olar:

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin