Həm əsas nitq hissəsi, həm də qoşma kimi işlənənlər: əvvəl, sonra, sarı, qarşı, tərəf, doğru, qabaq, kimi, qədər, bəri, başqa, özgə, ayrı, əlavə, qeyri
1. Həm əsas nitq hissəsi, həm də qoşma kimi işlənənlər: əvvəl, sonra, sarı, qarşı, tərəf, doğru, qabaq, kimi, qədər, bəri, başqa, özgə, ayrı, əlavə, qeyri və s. Bu sözlərin hansı nitq hissəsi olmasını isə yalnız cümlə daxilində bilmək mümkündür. Məsələn:
Sarı (sifət): Əzizim kətan sarı, Ağ sarı, kətan sarı. Sarı (feil): Aşıq, saza sim sarı, Sarı (qoşma): Mən aşiq dağa sarı, Üz tutdum dağa sarı, Tutaydım yar əlindən,
Çıxaydım dağa sarı (Bayatı)
Kimi: (əvəzlik): Kimi qəhər satır, kimi al satır,
Kimi gövhər satır, kimi nal satır.
(A.M.Azaflı)
(qoşma): Ömür ötüşüb, baş ağarıb un kimi, Diş tökülüb, saqqal olub yun kimi. (M.Ə.Sabir)
Özgə: (sifət): Başı top olsun anın özgə cövkan istəyə (İ.N.)
(qoşma): Kim ki didarından özgənəsnə istər, ey sənəm,
Yetməsin həqdən nəsibi, əhli-didar olmasun! (İ.N.)
Bəri: (zərf ): Ağ saçlı pəri dağlar,
Heç baxmır bəri dağlar... (Bayatı)
(qoşma): Mən səni görəndən bəri
Sinəm oldu qəm dəftəri. (A.Ə.)
Ayrı: (qoşma): Qəddindən ayrı, ey can, sərvi-rəvan gərəkməz.
(sifət): Bülbüli-qüdsi isən, ayrı gülüstan gözləmə. (İ.N) Əvvəl: (zərf): Əvvəl düşün, sonra danış. (A. sözü)
(qoşma): Dünyada səbr elə hər şeydən əvvəl,
İradə mülkünün sahibi ol, gəl! (N.G.)
Sonra: (zərf): Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəzinədən bir dürr qopardım. (N.G.)
(qoşma): Hər bir aləmin zövqü və səfasını sürdükdən sonra inci düzümü qırılsa nə olar ki? (Y.V.Ç.)
2.Həm qoşma, həm də bağlayıcı kimi işlənənlər: ilə. (qoşma): Çıxdı günəş, doldu cahan nur ilə, Cütçü sürür tarlada cüt şur ilə (M.Ə.S.)