Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə98/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   94   95   96   97   98   99   100   101   ...   189
2019-04-25 12-07-55

İstifadə edilmiş ədəbiyyat

1. R.Hümmətova. Ana dili –II. Bakı 2019


2. M. Hüseynzadə. Müasir Azərbaycan dili. Morfologiya. Bakı, 2007
3. B. Xəlilov. Müasir Azərbaycan dilinin morfologiyası. I-II hissə.
Bakı, 2000-2003
4. Kazımov Q. Müasir Azərbaycan dili (morfologiya). Bakı, 2010

VII MÖVZU: Köməkçi və xüsusi nitq hissələri
Plan:
1. Köməkçi nitq hissələrinin xüsusiyyətləri
2. Qoşma və xüsusiyyətləri
3. Bağlayıcı haqqında. Bağlayıcının növləri
4. Ədat və növləri
5. Modal sözlər haqqında. Modal sözlərin növləri
6. Xüsusi nitq hissələri: Nida
7.Təqlidi sözlər
Azərbaycan dilçiliyində nitq hissələri və onların təsnifi, sayı həmişə diqqət mərkəzində olmuşdur. M. Hüseynzadə 1954-cü ildə çap olunmuş “Müasir Azərbaycan dili” kitabında nitq hissələrini müstəqil, köməkçi və ədat olmaqla üç qrupa ayırmışdır. 1960-cı ildə çap olunmuş “Azərbaycan dilinin qrammatikası” kitabında 12 nitq hissəsi göstərilmişdir. S. Cəfərov isə sonralar 6 əsas, 3 köməkçi və 1 xüsusi (nida) olmaqla nitq hissələrini 3 yerə bölmüşdür.
M. Hüseynzadə 1983-cü ildə çap olunmuş “Müasir Azərbaycan dili” kitabında nitq hissələrini əsas, köməkçi və xüsusi olmaqla 3 qrupa bölmüşdür.
Dilin lüğət tərkibindəki hər bir sözün nitq hissəsi olması üçün onun leksik mənası ilə yanaşı, qrammatik mənası da olmalıdır. Sözlər nitq hissələrinə bölündükdə onların leksik mənası, morfoloji əlaməti, sintaktik vəzifəsi ümumiləşdirici mahiyyət daşıyır.
Köməkçi nitq hissələri cümlədə müstəqil bir üzv kimi işlənmir, ayrılıqda müstəqil lüğəvi mənaya malik deyil, heç bir suala cavab vermir. Köməkçi nitq hissələri sözlər və cümlələr arasında müxtəlif əlaqələr yaradır, sözlərə və cümlələrə müxtəlif məna çaları verir. Bunlar əsas nitq hissələrindən fərqli olaraq əşya, əlamət, keyfiyyət, kəmiyyət bildirmir.
Köməkçi nitq hissələri iki yerə ayrılır: 1) sözlər və cümlələr arasında müxtəlif qrammatik əlaqə yaradanlar (qoşma və bağlayıcı); 2) Sözlər və cümlələrə müxtəlif məna çaları verənlər və münasibət bildirənlər. Bu qrupa ədat və modal sözlər daxildir.
Qoşma köməkçi nitq hissələri içərisində xüsusi yer tutur. Qoşmanın tədqiqinə 1947-ci ildən başlanılmışdır. Qoşma əsas söz köklərindən əmələ gəlib şəkilçiləşməyə doru inkişaf edən, həm də hər ikisindən fərqlənən bir nitq hissəsidir. Qoşma ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarına qoşularaq onlarda müxtəlif məna çaları yaradan nitq hissəsidir.
Qoşmanın xüsusiyyətləri:
* Qoşma idarəçilik xüsusiyyətinə malikdir.
* Qoşma ayrılıqda lüğəvi mənaya malik deyil, yalnız qoşulduğu sözlə birlikdə müəyyən bir məna ifadə edir.
* Qoşma ayrılıqda suala cavab vermir, cümlə üzvü də olmur, qoşulduğu sözlə birlikdə sintaktik vəzifə daşıyır.
* Cümlədə yerini dəyişə bilmir.
* Həmişə sözün sonuna artırılır.
* Qoşmanın bir qismi heç bir vurğuya malik olmur, bir qismi isə zəif, yarımvurğuya malik olur.
* Qoşmalar qoşulduğu sözlərdə bənzətmə, vasitə, istiqamət, məsafə, istinad, zaman, məkan, səbəb və s. mənalar yaradır.
* Qoşma söz birləşmələrinin tərəfləri arasında əlaqələndi-rici vasitə kimi çıxış edir, ayrı-ayrı sözlərin söz birləşməsi kimi formalaşmasına kömək edir, feillə yiyəlik hal arasın-da əlaqə yaradır. Məs.: quş kimi süzmək, yay kimi dartınan, sənin üçün ölmək, onun kimi oxumaq və s.;
* Qoşmalar feli birləşmənin tərəfləri arasındakı məna əlaqələrin daha qabarıq şəkildə ifadə edilməsinə, fikrin dürüst anlaşılmasına imkan yaradır: günortadan yatmaq – günortadan bəri yatmaq, məktəbə getmək – məktəbə sarı getmək və s.;
* Qoşmalar tərəflərin məna əlaqəsinin yaranmasında ən əsas amil kimi iştirak edərək, həmin əlaqələri reallaşdı-rir. Məs.: sənin üçün getmək, sənin kimi getmək, səninlə getmək, sənin qədər getmək və s.;
* Qoşmalar morfoloji cəhətdən, əsasən, dəyişmir. Yalnız xəbərlik şəkilçisini qəbul edərək qoşulduğu sözlə xəbər vəzifəsini icra edir. Məs.: Adam var, dilindən mərcan süzülər, Adam var, zəhərli ilan kimidir (A.M.Azaflı). Bəzən də kəmiyyət və mənsubiyyət şəkilçilərini qəbul edir: Sənin kimiləri zirvəyə qaldıran endirməyi də bacarar.
* Bəzi qoşmalar düzəltmə və mürəkkəb sözlərin tərkibində bir komponent kimi çıxış edir: aidiyyət, özünəməxsusluq;
* Qoşmaları dəyişdirməklə yeni məna əlaqəsi yarandığı kimi, qoşmanı eynilə saxlamaqla tərəflər arasında edilən dəyişiklik də mənaya təsir edir, qoşma qoşulduğu sözlə başqa əlaqəyə girir. Məsələn, evə qədər getdi, axşama qədər gözləmək, dəniz qırağı ilə gedən, Arzu ilə gedən, qələm ilə yazmaq və s. ;
* Qoşmalar sintaktik vahidlərin formalaşmasında iştirak edən vasitələrdən biridir.
Qoşmalar mənşəyinə görə 4 qrupa ayrılır:

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin