Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə140/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   136   137   138   139   140   141   142   143   ...   189
2019-04-25 12-07-55

Yönlük hal feli birləşmə. 1-ci tərəfi yönlük halla ifadə olunan feli birləşmələr işin kimə, nəyə və haraya tərəf yönəldiyini bildirir.Yönlük hallı feli birləşmənin tərəfləri arasında aşağıdakı məna münasibətləri özünü göstərir: 1) Obyekt münasibəti: 1-ci tərəf üzərinə iş yönəlmiş obyekti, 2-ci tərəf isə hərəkəti bildirir. Məs.: Sahilə getmək, evə gəlmək, dağa qalxmaq, kitaba baxmaq, ipəyə bürünmək. Belə münasibətdə həm istiqamət, həm də işin icrsında müəyyən bir əşyanın iştirak etməsini göstərir. 2) Zaman münasibəti. 1) Altı aya qədər uzanan məhkəmə işi heç bir nəticə vermədi. Belə feli birləşmədə qoşmalar da iştirak edir. Payızadək (can) gözləmək, axşamacan yatmaq, səhərə kimi ağlamaq və s. 3) Səbəb əlaqəsi: 1-ci tərəf prosesin başvermə səbəbini bildirir : nahaq yerə danlanmaq, incidildiyinə görə şikayət etmək və s.
Yerlik hallı feli birləşmə. Bu birləşmələrin 1-ci tərəfi hərəkətin icra olunduğu yeri bildirir. Belə birləşmələrin 2-ci tərəfinin ifadə vasitəsində məhdudiyyət yoxdur, yəni eyni dərəcədə feli sifət, feli bağlama və məsdərlə ifadə olunur. Məs: Şəhərdə gəzmək, şəhərdə gəzən, şəhərdə gəzəndə və s. Bu qrup söz birləşmələrinin tərəfləri arasında aşağıdakı münasibətləri var: 1) Məkan münasibəti: a) 1-ci tərəf ikinci tərəfin konkret məkanını bildirir və 1-ci tərəf konkret mənalı isimlərlə ifadə olunur: dağda gəzmək, meşədə axtarmaq, qəsəbədə yaşamaq; b) 1-ci tərəf ümumi məkan bildirir və 1-ci tərəf ayrılıqda məkan mənası ifadə etmir. Məs.: Günəşdə gördüyüm partlayışlar, üfüqdə görünən qaraltılar, havada uçuşan pərvanələr və s.; c) 1-ci tərəf hal-vəziyyət, mücərrəd mənada məkan bildirir: qaranlıqda şarəsiz qalanlar, zülmətdə parıldayan gözlər. 2) Zaman münasibəti :1-ci tərəf prosesin icra olunduğu zamanı bildirir. Belə birləşmələrdə 1-ci tərəf əsasən zaman bildirən sözlərdən (əsr, ay, gün, həftə, il, yay, yaz, qış, vaxt, dövr, gecə, gündüz, səhər, axşam və s.) ibarət olur: on yaşında şer yazmağa başlamaq, ayın axırında yola düşmək, cavanlıqda öyrənmək, 1988-ci ildə başlanan hərəkat, həftədə bir dəfə görüşmək, baharda qayıdan (qaranquşlar), cavanlıqda can saxlamaq, qocalıqda abır-həya qorumaq və s.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin