Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə136/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   132   133   134   135   136   137   138   139   ...   189
2019-04-25 12-07-55

8. Dağılmış, talanmış bağlar görmüşəm (A.Səməd).
I növ ismi birləşmələrin 1-ci tərəfi müxtəlif birləşmələrlə də ifadə oluna bilər: kənd həkimi Aydın, polis rəisinin qardaşı Mehman, sənin dostun İlqar və s.
II növ ismi birləşmə
Bu birləşmənin 1-ci tərəfi ismin q /muəyyən yiyəlik halında, 2-ci tərəfi isə III şəxsin mənsubiyyətində olur. Tərəflər əsasən isimlərlə ifadə olunur. Aşağıdakı xüsusiyyətlərə malikdir: 1) Bu birləşmələr ümumilik, mücərədlik bildirir; 2) Bu birləşmənin tərəfləri əvəzliklə, xüsusən şəxs əvəzlikləri ifadə olunmur (nə əvəzliyindən də başqa); 3) Bu birləşmələrdə mürəkkəb sözlərə doğru bir inkişaf meyli var; 4) Bu birləşmənin tərəfləri ancaq o zaman (I tərəf) xüsusi isimlə ifadə oluna bilər ki, onların əlaqəsi həqiqi mənadan bir qədər uzaqlaşaraq mücərrədləşsin, həqiqi mənsubiyyət ifadə etməsin. Tərəflər əşyalarla əşyalar, əşyalarla şəxs arasındakı həqiqi mənsubluğu yox, bir ad, bir məfhum bildirsin. Məsələn, Bakı şəhəri, Baykal gölü, Şəhidlər xiyabanı, Nizami muzeyi və s. 5) Bu birləşmənin tərəfləri eyni zamanda cəmlənə bilmir. 6) Onların arasına söz daxil ola bilmir. 7) Tərəflər arasında uzlaşma və idarə əlaqəsi mövcuddur. 8) Tərəflər cümlənin bir mürəkkəb üzv olur, ayrılmır.
Əlavə edə bilərsiniz!


III növ ismi birləşmələr
III nov ismi birləşmələrinin hər iki tərəfi morfoloji əlamətə malikdir. Birləşmənin birinci tərəfi həmişə muəyyən yiyəlik hal, ikinci tərəfi isə hər üç şəxsin mənsubiyyət şəkilçisini qəbul edir. Bu formal-morfoloji əlamət III növ ismi birləşmələr üçün daimi və əsas əlamətdir. 1) Bu birləşmənin tərəfləri idarə və uzlaşma əlaqəsi əsasında bağlanir; 2) Konkretlik, müəyyənlik bildirir. 3) Tərəflərin ifadə vasitələri genişdir. İsimlərlə, substantivləşmiş sifət, say, feli sifət, məsdər və əvəzliklərlə ifadə olunur: çobanın tütəyi, şairin xəyalı, sevənlərin həsrəti, oxumağın faydası, tələbələrin beşi. Qeyd. Tələbələrin beşi birləşməsində həqiqi mənsubluq yox, seçilmə, bölgü mənaları üstün mövqedədir. Bu halda birləşmənin birinci tərəfini həm də çıxışlıq halla əvəz etmək mümkündür: tələbələrdən beşi, yəni tələbələrin hamısı deyil, beşi nəzərdə tutulur. 4) Tərəflərin hər ikisi eyni vaxtda cəmlənə bilər. Ancaq I tərəf əvəzliklə (şəxs), xüsusi isimlərlə ifadə olunduqda cəm səkilçisi işlənə bilməz. 5) Tərəflər arasında istənilən qədər söz daxil etmək olar. 6) Tərəflər ayrılmır və mürəkkəb cümlə üzvü olur.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin