Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə152/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   148   149   150   151   152   153   154   155   ...   189
2019-04-25 12-07-55

3. Qismən dəyişikliyə uğrayan vasitəsiz tamamlıqlar: Hərəkətin icrasından əvvəl mövcud olan belə tamamlıqlar hərəkətin təsiri ilə qismən dəyişir. Məsələn, İsmayıl firçanırəng qutusunu Sevincdən aldı və arakəsməni ağartdı. 4. Yer və ya vəziyyət deyişikliyinə uğrayan vasitəsiz tamalıqlar: Belə tipli tamamlıqlar da işin icrasından əvvəl mövcud olur, sadəcə olaraq hərəkətin təsiri ilə məkan və vəziyyət dəyişikliyinə məruz qalır. Məsələn, 1) Nadimi tez- tez qonşu kəndlərə çağırır, dərdlərini danışırdılar. 2) Tahir bəzirganın qızını özündən uzaqlaşdırdı. Vasitəsiz tamamlıqların bir qrupu hərəkətin maddi – məkan münasibətini ifadə edir. Məsələn, Biz dağın üstündən Talış meşələrini seyr edirdik.
Vasitəli tamamlıqlar. Başqa əşyanın təsiri ilə özündə iş və əlamətin təsirini əks etdirən tamamlıqlar vasitəli tamamlıqlar adlanır. Bu tamamlıqlar ismin yönlük, yerlik, çıxışlıq halları və qoşmalarla, əvəzliklərlə, substantivləşmiş digər nitq hissələri, söz birləşmələri ilə ifadə olunur, kimə?, nəyə?, kimdə?, nədə?, kimdən?, nədən?, kim ilə?, nə ilə?, kim üçün?, kim haqqında?, nə barədə ? və s. suallarından birinə cavab verir. İsmin yönlük halı ilə ifadə olunan tamamlıqlar bənzəmə-oxşama, yönəlmə, məqsəd, nəticə bildirir, təsirsiz fellərlə idarə olunur. Məsələn, 1) Rüxsarə böyüdükcə anasına daha çox bənzəyirdi. 2) Kiçik zabit də soldatlarla bərabər oturanlara yaxınlaşdı. 3) Firudun qəzetləri gözdən keçirə-keçirə dostuna qulaq asırdı. 4) Ana onları ikinci otağa, çaya dəvət etdi. Yerlik halda olan isimlərlə ifadə olunan tamamlıq: a) əşyanı daxili və xarici əlamətlərinə görə təyin edir; b) hər hansı bir əşya və ya əlamətin aid və ya mövcud olduğu əşyanı, şəxsi bildirir; c) nisbi yer bildirir; d) seçilmə bildirir. Məsələn, 1) Mənim Aybənizim, mənim qız balam, Hünərdə, namusda Aygün olaydı. 2) Hərçayıda namus, qeyrət, ar olmaz. 3) Məndə sığar iki cahan, mən bu cahana sığmazam. 4) Şirin ox atmaqda, qılınc oynatmaqda kişilərdən belə üstün idi. İsmin çıxışlıq halı ilə ifadə olunan tamamlıqlar: a) Bir şeyin hazırlandığı, əmələ gəldiyi əşyanı, maddi əsası bildirir; b) Küllün, bütövün bir hissəni göstərir; c) Nitq feli ilə ifadə olunaraq haqqında bəhs edilən əşyanı bildirir; d) Əsyanın konkret çıxış obyektini göstərir; e) Əşyanı daxili və xarici əlamətinə görə təyin edir; f) Müqayisə obyekti olur. Məsələn, 1) Xanlıq evi ağ daşdan tikilmişdi. 2) Səhər tezdən Kamal əncirdən bir qab dərdi, ehtiramla padşaha apardı. 3) Keçmiş həyatını nağıl edir, məktəbdə necə oxuduğunu xatırlayır, dünyanın siyasətindən danışırdı. 4) Səndən sənə şikayətim var. 5) Aslan xalqı üsyana çağıran vərəqələri axşam Bayramdan götürdü. 6) Balaca Cəbi sir-sifətdən anasına, boydan atasına oxşayırdı.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin