Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


IX MÖVZU: Söz birləşmələri. İsmi və feli birləşmələr



Yüklə 319,77 Kb.
səhifə129/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   125   126   127   128   129   130   131   132   ...   189
2019-04-25 12-07-55

IX MÖVZU: Söz birləşmələri. İsmi və feli birləşmələr
PLAN:
1. Söz birləşmələri. Sərbəst və sabit söz birləşmələri
2. Söz birləşməsi və söz
3. Söz birləşməsi və cümlə
4. Söz birləşmələrinin növləri. İsmi birləşmələr
5. İsmi birləşmənin növləri: I növ təyini söz birləşməsi; II növ təyini söz birləşməsi; III növ təyini söz birləşməsi
6. Qeyri-təyini ismi birləşmələr
7. Feli birləşmələr: məsdər, feli sifət və feli bağlama birləşmələri

Sintaksisin məşğul olduğu, tədqiq etdiyi sahələrdən birincisi sərbəst söz birləşmələridir. Əvvəlcə də qeyd etdiyimiz kimi, dil ayrı-ayrı vahidlər- dən təşkil edilən bütöv bir sistemdir və həmin dil vahidləri (fonem, morfem, söz birləşmələri, cümlə)dilin daxili qanunauyğunluğu əsasında sıralanaraq ünsiyyət vasitəsinə xidmət göstərir .


Dilçiliyin əvvəlki bölmələrində fonem, morfem haqqında elmi-nəzəri biliklər əldə edilib. Bu silsilədə söz birləşmələri fonem və morfemlərdən sonra gələrək sözlə cümlənin sərhədində dayanır. Sintaktik vahid olan sərbəst söz birləşməsi iki və daha artıq müstəqil leksik mənaya malik olan sözlərin məna və qrammatik cəhətdən birləşməsinə deyilir. Başqa sözlə, söz birləşmələrində sözlərin bir-biri ilə əlaqələnməsi həm morfoloji prinsipə, həm də sözlərin semantik cəhətdən əlaqələnməsinə əsaslanır.
Birləşməyə daxil olan sözlərin bir-birilə əlaqəsi və onların ifadə etdiyi məna xüsusiyyətlərinə görə söz birləsmələri iki qrupa bölünür:
1) Sabit s/b; 2) Sərbəst s /b.
İki və daha artıq müstəqil mənalı sözün sintaktik üsullar əsasında və yaxud məna və qrammatik cəhətdən birləşməsinə sərbəst söz birləşməsi deyilir. Məna əlaqəsi əslində obyektiv gerçəklikdəki cisim və hadisələrin müxtəlif əlamət və xüsusiyyətləri arasındakı əlaqədən yaranır. Dil isə onu ifadə edir: Al-yaşıl geyinmiş uca dağların,
Qartallı qoynundan uzaqlaşmışam. Könül bulandıran, xəyal küsdürən,
Tozlu bir diyarla qucaqlaşmışam (S.V.) Bu misralardakı al-yaşıl geyinmiş, al-yaşıl geyinmiş dağlar, uca dağlar, dağların qartallı quynundan, tozlu bir diyar, könül bulandıran diyar, xəyal küsdürən diyar kimi sintaktik vahidlər sərbəst söz birləşmələridir. Bunların hər biri həm məna cəhətdən, həm də qrammatik cəhətdən birləşmişdir.
Sərbəst birləşmələr əsl qrammatik birləşmələrdir. Bu birləşməni formalaşdıran leksik vahidlər öz müstəqilliyini qoruyub-saxlayır və birləşmənin leksik-qrammatik elementləri kimi funksiya daşıyır.Sərbəst birləşmələr dildən istifadə edənin nitq anında, tələbat əsasında yaradılır. Sərbəst söz birləşmələri bir neçə leksik vahiddən törəməsinə baxmayaraq, bütünlüklə leksik mənalı vahid deyildir, onlar sintaktik vahiddir. Birləşməni əmələ gətirən leksik vahidlər öz mənasını qoruyub saxlayır: gözəl qız, ağıllı oğlan, gen dərələr, mavi dəniz, dağ havası, insanın taleyi və s. Bu birləşmələrin tərəfləri dinamikdir, məqsəddən asılı olaraq başqa sözlərlə əvəz etmək mümkündür: namuslu qız – qəşəng qız –gözəl xasiyyət – qəşəng qab; ağıllı insan – ucaboy oğlan; dərin dərələr –yaşıl dərələr – yaşıl çəmənlik; mavi gözlər – mavi göy; dağ çiçəkləri – kənd havası –kənd yolu və s. Bu birləşmələrin əksəriyyətinin birinci tərəfləri cümlənin təyini vəzifəsini icra edir (gözəl, namuslu, ağıllı, qəşəng, ucaboy, mavi, dərin, gen, yaşıl); dağ havası, kənd yolları, insanın taleyi birləşmələri isə ayrılmır, cümlənin mürəkkəb üzvü olur.
Sabit birləşmələrdə isə bu cür sərbəstlik olmur, onlar dilin daxili qanunları və tarixilik prinsipləri əsasında yaranaraq sabitləşir. Birləşməni yaradan leksik vahidlər öz əvvəlki lüğəvi mənasından az və ya çox dərəcədə uzaqlaşır, birləş- mə onların fonunda yeni bir məna, məfhum ifadə edir. Buna görə də sabit birləşmələrin tərəflərini təşkil edən sözlər bu birləşmələrin leksik-semantik ünsürlərinə çevrilmiş olur. Məsələn, dəridən qabıqdan çıxmaq, dilotu yemək, dabanına tüpürmək, yolunu azmaq, yola düşmək, əldən düşmək və s. Göründüyü kimi, sabit birləşmələr sərbəst birləşmələrin məna inkişafı nəticəsində əmələ gəlir (SUAL: Məna inkişafını necə başa düşürsünüz? Leksikologiya bölməsini yada salın).
Sərbəst söz birləşmələri və cümlə sabit söz birləşmələrinin mənbəyidir. Sərbəst birləşmələrdən sabit birləşmələrə doğru inkişafda forma dəyişikliyi getmir. Sabit birləşmə sərbəst birləşmənin əvvəlki formasının yeni məzmun qazanması əsasında yaranır. Daha doğrusu, sabit birləşmələrin böyük bir hissəsi sərbəst söz birləşmələrinin yenidən mənalandırılması əsasında meydana gəlir. Bu cür birləşmələrdə sözlərin həqiqi və məcazi semantik yükü bir leksik vahiddə birləşir, əsasən məcazi məna kəsb edərək nitqə emosinal rəng qatır.
Misallardan da bunu aydın şəkildə görmək mümkündür: Meşədə yolunu azan uşaqların axtarışına bütün polislər və kənd camaatı səfərbər olmuşdu (sərbəst birləşmə). Pis uşaqlara qoşulub yolunu azan Əlini atası internat məktəbinə verməli oldu (sabit birləşmə) və s.
Sabit birləşmələr leksik birləşmələr olduğundan bu vahidləri əmələ gətirən sözləri bir-birindən ayırmaq olmaz, çünki həmin sözlər bütövlükdə bir məna ifadə edir. Buna görə də ifadənin tərkibindəki sözləri ayrı-ayrı cümlə üzvü kimi təhlil etmək mümkün deyil.
Sabit söz birləşməsində sözlərin sırası, əsasən, sabit olur, bu sıranı dəyişmək və arasına söz daxil etmək mümkün deyildir. Lakin bədii dildə, xüsusilə lirik növdə frazeoloji birləşmələrdə söz sırasının dəyişməsi emosio-nallıq yaradan vasitə kimi çıxış edir:

Şərşənbə günündə çeşmə başında



Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin