Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə130/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   126   127   128   129   130   131   132   133   ...   189
2019-04-25 12-07-55

Gözüm bir alagöz xanıma düşdü.
(A.Ələsgər)
İstər sərbəst söz birləşməsi, istər frazeoloji (sabit) söz birləşməsi iki sözün birləşməsindən formalaşsa da, ayrı-ayrı dil vahidləridir. Bunlara baxmayaraq, sabit və sərbəst birləşmələrin bir çox oxşar məqamları vardır. Onların bəzilərinə nəzər salaq:
* Hər iki birləşmə dilin tikinti materialıdır.
* Hər ikisi 2 və daha artıq sözün birləşməsi əsasında formalaşır.
* Hər ikisini təşkil edən sözlər arasında eyni sintaktik əlaqələrdən istifadə edilir.
Fərqləri:
1) Frazeoloji (sabit ) birləşmələr leksik, sərbəst birləşmələr isə sintaktik vahidlərdir; 2) Sərbəst birləşmələrin tərəfləri dəyişkəndir, sabit birləşmələrin isə yox. 3) Sabit söz birləşməsi dildə hazır şəkildə olur, lakin sərbəst birləşmə müəyyən ünsiyyət prosesində, tələbata uyğun qurulur.
4) Sabit birləşmələri bir sözlə ( feillə ) əvəz etmək mümkündür, yəni ekvivalenti var, sərbəst birləsmənin yox. 5) Sabit birləşmədəki sözlər mənaca müstəqil olmur. Bütün birləşmə vahid mənanı ifadə edir. Sərbəst birləşmədə isə hər sözün müstəqil mənası olur. 6) Bütün sabit söz birləşmələri sərbəst birləşmədən əmələ gəlmişdir. Belə ki, dilimizin qanunlarına əsasən müəyyən sərbəst birləşmə get-gedə sabitləşmiş və vahid bir fikri ifadə etmisdir.
Yekun olaraq bildirək ki, sərbəst söz birləşmələri müstəqil leksik mənaya malik olan sözlərin məna və qrammatik cəhətdən birləşməsinə deyilir; onlar sintaktik vahiddir; dildə hazır şəkildə formalaşmır, nitq prosesində yaranır; tərəfləri dəyişdirmək mümkündür; tərəflər müstəqil leksik mənasını qoruyub saxlayır; tərəflər arasındakı sintaktik əlaqə olduqca aktivdir; əsasən, məcazi məna ifadə etmir; tərəflərin sırasını dəyişmək olmur.
Sabit birləşmələri əmələ gətirən sözlər isə öz müstəqil leksik mənasını ya tamamilə, ya da qismən itirir, bütövlükdə bir məna ifadə edir; dildən hazır şəkildə götürülür; məcazi məna ifadə edir; bir sözlə ifadə edilir (ekvivalenti var); başqa bir dilə tərcümə etmək olmur; tərəfləri ayırıb başqa sözlə əvəz etmək olmur; söz sırası, əsasən dəqiq və sabit olur (bədii məqsədlər üçün pozula bilir) və s.



Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin