Təyini söz birləşməsinə daxil olmayan ismi birləşmələr Bu birləşmələr 4 yerə ayrılır:
I. Bu birləşmələrin əmələ gəlməsində hal şəkilçisi işlənmir. I tərəf ən çox mənsubiyyət şəkilcisi sözlərlə (III şəxs tək) ifadə olunur, II tərəf isə -lı,-li şəkilçili sifətlə ifadə olunur. Məsələn, sifəti qəmli, baxışları dumanlı və s. Bu birləsəmlər I növ təyini söz birləşmələrinə oxşayır. Ancaq I növdə I tərəf II tərəfi təyin edirdisə və cümlə daxilində ayrılıraq təyin kimi çıxış edirdisə, bu birləşmələrdə bu münasibət, yəni təyinlə təyin olunan münasibəti özünü göstərmir. Belə birləşmələrdə II tərəf I tərəfi təyin edir və cümlənin mürəkkəb üzvü olur. Bu birləşmənin azlıq təşkil edən 2-ci qismində isə I tərəf II tərəfi izah edir. Məsələn, O, axırıncı dəfə qan rəngli bayrağı başının üstünə qaldırdı.
II. Qeyri-təyini birləşmələrin 2-ci qrupu isə müxtəlif şəkli əlamətə malik olur. 1-ci tərəf ismin yönlük halı ilə ifadə olunur: 1)Vətənə məhəbbət körpəlikdən aşılanmalıdır. 2) Düşmənə nifrət bizi bir araya gətirəcək. 3) Oxumağa həvəs ona anasından keçmişdi. Bu cür birləşmələrin arasında obyekt əlaqəsi üstün mövqedədir. I tərəf üzərində iş icra edilən obyekt vəzifəsini icra edir.
1-ci tərəfi ismin yerlik halı ilə ifadə olunur:Baxmayaraq ki, bu birləşmələrin I tərəfi ismin yerlik halında işlənir, lakin bu həqiqi məkan anlayışı yox, hal-vəziyyət məzmunu bildirir: Meydan qızışır, gözlərdə intiqam alovlanır.
1-ci tərəf ismin çıxışlıq halı ilə ifadə olunur. Bu cür birləşmələrin birinci tərəf əsasən isimlər, bəzən əvəzliklər və substantiv sözlərlə, ikinci tərəf isə sifət və ya isimlə ifadə olunur. Çıxışlıq halla ifadə olunan birləşmələrin bir qismi atributiv xüsusiyyət daşıyır, əşyaları müqayisə yolu ilə ifadə edir. Müqayisəni ifadə edən ikinci tərəfdir: dağdan ağır, qəlbi zülmət gecədən qara, başından yekə, aydan arı, sudan duru, baldan şirin, dağlardan ağır, tükdən incə və s.
Birinci tərəfi ismin çıxışlıq halı ilə ifadə olunan birləşmələrin bir qismində hər iki tərəf isimlə ifadə olunur, əşyalarla əşyalar arasında olan əlaqəni bildirir. Bu birləşmənin birinci tərəfi ikinci tərəfə xas olan əlaməti – maddi əsasını, əşyanın mənbəyini, yəni nədən hazırlandığını ifadə edir: qızıldan üzük, daşdan bina, taxtadan qapı, dəmirdən sandıq və s. (Yada sal: atributiv isimlərlə sifətin oxşar, fərqli cəhətlərini).
Birinci tərəfi ismin çıxışlıq halı ilə ifadə olunan birləşmələrin bir qismində əşyalarla həmin əşyaların çıxış nöqtəsi, mənsub olduğu yer, əşyanın əşyadan uzaqlaşması, ayrılması və s. ifadə edilir: qardaşdan ayrılıq, uzaqdan məktublar və.s.
Şəkilçilərlə formalaşan qeyri-təyini ismi birləşmələrin bir qisminin formalaşmasında hər iki tərəf şəkilçi qəbul edir. Belə ki, bu cür birləşmələrin birinci tərəfi ismin çıxışlıq halında, ikinci tərəf isə ismin yönlük halında olur və semantik cəhətdən zaman, məkan ölçülərini, əşya və zamana doğru istiqaməti, başlanğıc və son nöqtəni göstərir. Əksərən də eyni leksik vahidlərlə ifadə edilir. Sadəcə olaraq birincisi çıxışlıq, ikincisi isə yönlük halda işlənir: Dənizlərdən dənizlərə üz, romantikam. Əsrlərdən əsrlərə yadigar qalmış bu saralmış vərəqlər və s.
III Bu birləşmələrin 3-cü qrupu qoşmalarla əmələ gəlir. 1-ci tərəf isimlərdən, substantiv sözlərdən, 2-ci tərəf isə isim və sifətlərdən ibarət olur. Birinci tərəf ikinci tərəfi izah edir və bu qoşmalar vasitəsilə mümkün olur. Çünki tərəflər qoşmasız əlaqəyə girə bilmir, əlaqəni reallaşdıran qoşma olur: xəncər kimi kəskin (baxış), bışaq kimi iti (nəzər), gümüş kimi ağ (saçlar) , onun kimi alim, sənin kimi dost, dağ boyda dərd, lay divar kimi oğlan və s. Cümlələri nəzərdən keçirək: Qarla örtülü düzlərdə bir yol-cığıır gözə dəymirdi. Qarla örtülü düzlərdə birləşməsinin birinci tərəfinə nəzər salaq: qar örtülü sözləri qətiyyən birləşmə kimi götürülə bilməz, çünki onların arasında əlaqə yarana bilmir, qrammatik şəkilçilərdən də istifadə etmək mümkün deyil. –la (ilə) qoşması həmin sözlər arasında vasitəçilik rolunu oynayaraq əlaqə yaradır.
Və yaxud: