Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə148/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   144   145   146   147   148   149   150   151   ...   189
2019-04-25 12-07-55

Xəbərin ifadə vasitələri. Xəbər digər cümlə üzvlərindən ifadə vasitələrinin genişliyinə görə fərqlənir. Belə ki, xəbər bütün nitq hissələri ilə, söz birləşmələri ilə ifadə olunur.Yalnız ismin təsirlik halında olan adlarla və feli bağlamalarla ifadə olunmur. Xəbərin ifadə vasitələrinin genişliyi onun cümlədə ən mühüm qrammatik kateqoriya olmasından və cümlələrin böyük əksəriyyətinin (təktərkibli cümlə) onun vasitəsi ilə yaranmasından irəli gəlir. Xəbər ifadə vasitələrinə görə 2 növə bölünür: 1) feli xəbərlər; 2) ismi xəbərlər. Fel çox zəngin məna xüsusiyyətlərinə və zaman , şəxs, növ, təsirlik, şəkil, inkarlıq və tərz kateqoriyalarına malikdir və məhz bu səciyyəvi keyfiyyətlər predikativ əlaqə yaradır, iş, hal və hərəkətin kim tərəfindən, hansı zamanda icrasını təsdiq və inkar edir, ya da həmin iş və hərəkətin icrasının arzu edildiyini, vacibliyini, lazımlılığını, müəyyən şərtlə bağlılığını əks etdirir. Saydığımız qrammatik kateqoriyalara malik olan fel cümlədə ancaq xəbər vəzifəsini icra edir, nə etdi?, nə etmişdir?, nə edir?, nə edər?, nə edəcək?, nə etməlidir?, nə edəsidir?, nə etsə? və s. suallara cavab verir. Məsələn, 1. Felin əmr forması ilə ifadə olunan xəbərlər. Belə tipli xəbərlər həm sintaktik, həm morfoloji üsulla əmr olunan, arzu, xahiş, istək, öyüd, nəsihət, yalvarış bildirən hərəkətin gələcək zamanda icrasını bildirir. Məsələn, 1) Təğafül etməsin, işrət çağıdır, İçilir hər yer də peymanə gəlsin (Q.Zakir). 2) Şairəm,çünki vəzifəm budur, əşar yazım, Günü parlaq, günüzü ağ, gecəni tar yazım (M.Ə.Sabir) 3) Get, get vəfasızsan bu dünya kimi. Görünmə gözümə bir röya kimi (S.Vurğun). 2. Felin xəbər forması ilə ifadə olunan xəbərlər daha geniş işlənərək iş və hal-hərəkətin hansı zamanda və neçənci şəxs tərəfindən icra edilib-edilmədiyini bildirir. Şühudi keçmiş zaman işin icrasında qətiyyət və şahidlik ifadə etdiyindən felin mürəkkəb şəkillərini –rəvayət və hekayə şəkillərini qəbul etmir. Məsələn, 1) Ulduzlar havanın bağrını dəlir, Qayalı dağlardan duman yüksəlir (S.Vurğun). 2) Bilirəm ki, deməyəcək, Bir sevgilim, bir də vətən, Şair, nə tez qocaldın sən?! (S.Vurğun). 3) Tikdiribsən qəsr, eyvan, oda sən Bu sevdiyin, o nökərin, o da sən (A.Ələsgər). 4) Atdı müjgan oxun, keçdi sinəmdən Güləndə qadası canıma düşdü (A.Ələsgər). 5) Keçər dövran belə qalmaz (A.Tufarqanlı). 3. Felin arzu şəkli ilə ifadə olunan xəbərlər iş, hal və hərəkətin arzu,i stək yolu ilə icrasını bildirir. Felin rəvayət və hekayə formasını qəbul etdikdə hərəkətin icrasını keçmiş zamana bağlayır. Arzu şəkli ilə ifadə olunan feli xəbərli cümlələrdə gərək, kaş, barı sözlərindən də istifadə edilir və bu sözlər fellərdəki arzu, istək anlayışlarını daha da qüvvətləndirir. Məsələn, 1) Yenə o bağ olaydı, yenə o qumlu sahil, Sular ötəydi dildil (M.Müşfiq). 2) Gəldim ki, verəm qəlbinə bir nuri-həqiqət (H.Cavid). 4. Felin vacib forması ilə ifadə olunan xəbərlər də arzu, lazım və şərt forması kimi zamana görə dəyişməsə də, işin gələcəkdə icrasının vacibliyini bildirir. Felin rəvayət və hekayə şəkillərini qəbul edəndə isə hərəkəti keçmiş zamana bağlayır. Felin bütün şəkillərində olduğu kimi, vacib şəkli ilə ifadə olunan xəbərlərdə də işin icrası ya təsdiq, ya da inkar olunur. Məsələn, Əvvəlcə həcv deyən dili, sonra əlləri və ayaqları, sonra da əyilməyən başı kəsilməlidir. 5. Felin lazım forması ilə ifadə olunan xəbərlərdə iş, hal və hərəkətin icrasının lazım olub-olmadığı bildirilir. Məsələn, Sevsə məni bir zalımın balası, ölüb elə bu yerlərdə qalasıyam (Z.Yaqub) 6. Felin şərt forması ilə ifadə olunan xəbərlər müstəqil işlənə bilmir, onlar tabeli mürəkkəb cümlənin tərkibində asılı (budaq cümlə ) cümlənin xəbəri kimi işlənir, bir işin mümkünlüyünü başqa bir işin şərtinə bağlayır. Məsələn, 1) Gözdən yaş çıxarmı, ürək yanmasa (B.Vahabzadə). 2) Tanrı bağlayıbsa ilkin baxtını, Qəmlənib fikrə dalmağa dəyməz. 7) Felin davam şəkli ilə ifadə olunan xəbərdə işin, hal və hərəkətin bitmədiyi,davam etdiyi bildirilir. Məsələn, Kamran baba yenə nəvələrinə nağıl danışmaqdadır. Xəbərlər həmçinin felin bütün qrammatik məna növləri ilə ifadə olunur, subyektlə üzərində iş icra edilən obyekt arasındakı münasibəti bildirir və bu münasibət cümlənin ümumi məzmununa, quruluşuna müəyyən dərəcədə təsir edir. Məsələn, 1) Sirrini verməyir sirdaşa dünya (məlum növlə ifadə olunub). 2) Süfrələr açılmış, qab-qacaq düzülmüş, cürbəcür xörəklər hazırlanmışdı (məchu növ). 3) Şahın bağçasında ətri insanı bihuş edən qızılgül gecə açılır, gündüz isə yoxa çıxırdı (qayıdış növ) 4) Anam hər axşam əl-ayaq yığışdırılandan sonra mənə C.Cabbarlının hekayələrini oxutdurur, bəzən də için-için ağlayırdı (icbar növ). 5) Yayda kəndin axşamları çox fərəhli olur. Qayğısız uşaqlar top dalınca qaçışır, analarını axtaran körpə quzular mələşir, itlər hürüşür _ bir sözlə, həyat qaynayır (birgəlik növ). 6) Belə xəbis insanlara dünyanın hər yerində rast gəlinir (şəxssiz növ).

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin