Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə149/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   145   146   147   148   149   150   151   152   ...   189
2019-04-25 12-07-55

İsmi xəbərlər. İsmi xəbərlər isim, sifət, say, əvəzlik, zərf, feli sifət, təyini söz birləşmələri, məsdər və feli sifət tərkibləri ilə ifadə olunur. Həmin nitq hissələrinin məna və quruluş fərqindən asılı olmadan hər hansı hökmü ya təsdiq, ya da inkar edir. Xəbərin əvəzliklə ifadəsi geniş yayıldığından, demək olar ki, əvəzliyin əksər məna növləri xəbər rolunda işlənir. İstər adlar, istərsə ismi birləşmələr təsirlik haldan başqa, bu və ya digər halda işləndikdən və bəzən də ayrı-ayrı qoşmaları qəbul etdikdən sonra xəbər rolunda çıxış edir. İsmi xəbərlər bəzən adların və ismi birləşmələrin var, yox, deyil sözləri ilə işlənməsindən ibarət olur. Məsələn, Gənclik nurlu səhərdir, qocalıq qərib axşam, Biri parlaq günəşdir, biri öləziyən şam. (N.Gəncəvi) Gövhəri-laməkan mənəm, kövni-məkana sığmazam (İ.Nəsimi). Aləmdə bu gün sənciləyin yar kimin var? (İ.Nəsimi) Necəsən gəl, ey yüzü ağım mənim? (İ.Həsənoğlu). Mən Qacar nəsliyəm, şahlar şahıyam, Mən də yer üzünün bir Allahıyam (S.Vurğun). Əzəldən belədir çünki kainat, Cahan daimidir, ömür amanat (S.Vurğun). Mənim vicdanım da, qəlbim də qandır, Dünya qan üstə bir xanimandır (S.Vurğun) Bizim bu dünyada nə malımız var, Nə də evdə bir sahib-camalımız var (M.P.Vaqif). Halbuki sənin də nöqsanın az deyil (M.İbrahimov). Yoxmudur, gülüm, səndə heç insaf?! (H.Cavid) və s.
Mübtəda və xəbərin quruluşca növü Mübtəda quruluşuna görə 2 yerə bölünür:1) sadə ; 2) mürəkkəb. Leksik-lügəvi vahidlərlə (nitq hissələr ilə) ifadə olunan mübtədalar sadə, sintaktik vahidlərlə (təyini söz birləşmələri, feli sifət və məsdər tərkibləri) ifadə olunanlar isə mürəkkəb adlanır. Xəbərin quruluşca növləri. Xəbər də ifadə vasitələrinə məhdudiyyət qoyulmadan quruluşca 2 cür olur: sadə və mürəkkəb. Sadə xəbərlər leksik vahidlərlə, yəni nitq hissələri və frazeoloji birləşmələrlə, mürəkkəb xəbərlər isə sintaktik vahidlərlə ifadə olunur. Məsələn, 1) Ağıllı özünü, ağılsız özgəni qınayar. (sadə mübtəda) 2) Varın azlığı eyib deyil, ağlın azlığı eyibdir. (mürəkkəb mübtəda) 3) Ağacların kölgələri uzanıb çarpazlaşmış və küçəyə sərilmişdir. (mürəkkəb mübtəda) 4) Qurddan qorxan meşəyə girməz. (ürəkkəb mübtəda) 5) Qonşuya ümid olan şamsız qalar.(mürəkkəb mübtəda) 6) Ağıllı imandan, yalançı böhtandan yapışar. (sadə mübtəda) 7) Tikəni görməyən yekəni də görməz. (mürəkkəb mübtəda) 8) Elm vermək Allah rəhmətinə yaxınlaşmaqdır. (mürəkkəb mübtəda; mürəkkəb xəbər) 9) Elm xəlvətdə hədis deyən, çətinliklərdə yol göstərəndir. (mürəkkəb xəbər) 10) Elm əqlin bələdçisidir, əql isə onun ardınca gedəndir. (mürəkkəb xəbərdir) 11) Hər bir insanın dəyəri əməlinin gözəlliyidir. (mürəkkəb xəbər) 12) Elm və ədəb sənin canının bahasıdır. (mürəkkəb xəbər)


Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin