Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


XII MÖVZU: Cümlənin II dərəcəli üzvləri



Yüklə 319,77 Kb.
səhifə150/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   146   147   148   149   150   151   152   153   ...   189
2019-04-25 12-07-55

XII MÖVZU: Cümlənin II dərəcəli üzvləri
PLAN:
1. İkinci dərəcəli üzvlər. Tamamlıq və quruluşu 2. Tamamlığın növləri.Vasitəsiz və vasitəli tamamlıq 3. Təyin, vəzifəsi və ifadə vasitələri 4. Təyinin növləri və quruluşu 5.Zərflik, ifadə vasitələri, növləri və quruluşu 1. İkinci dərəcəli üzvlər. Tamamlıq və quruluşu İkinci dərəcəli üzvlər cümlənin baş üzvlərini izah edir, aydınlaşdırır, həmçinin biri digərini də izah edib, ona tabe olur. İkinci dərəcəli üzvlər tamamlıq, təyin və zərflikdir. Tamamlıq mübtəda ilə xəbər arasında münasibət yaradır. Əsasən feli xəbərə aid olub, onun mənasını tamamlayır. Bəzən də başqa nitq hissələri ilə ifadə edilən xəbərə aid olur. Məsələn, 1) Mən ancaq, səni sevdim, səni düşündüm. 2) Sən qardaşından ağıllısan. Tamamlıq kimə?, nəyə?, kimi?, nəyi?, kimdə?, nədə?, kim ilə?, kim üçün?, nə haqqında?, nə barəsində? suallarından birinə cavab verir. Tamamlıq adlıq və yiyəlik hallardan başqa, ismin digər halları ilə və qoşmalarla işlənən isimlər, əvəzliklər, eləcə də digər substantivləşmiş feli sifət tərkibləri ilə ifadə olunaraq hərəkətin təsirinə məruz qalan, iş, hal, hərəkətin təsiri nəticəsində yaranan, iş və hərəkətin yönəldiyi obyekti bildirir. Məsələn,1) Sərin-sərin əsən külək dağ çiçəklərinin ətrini ətrafa yayırdı. 2) Məni səndən ancaq ölüm ayırar. 3) Böyüklərə hamı hörmətlə yanaşmalıdır. 4) Rüstəm kişi Qaraşın ürəyindən keçənləri yaxşı anlayırdı. 6) Pərvanə uzaqda yaşayan qardaşına məktub göndərmişdi. 5) Onuncuları mükafatlandırdılar.
Bu tamamlıqlardan “dağ çiçəklərinin ətrini” III növ təyin söz birləşməsi, “məni”, “səndən“ şəxs əvəzlikləri, “ böyüklərə “substantivləşmiş sifət, “Qaraşın ürəyindən keçənləri “ subastantivləşmiş feli sifət , ”onuncuları” substantivləşmiş say, “qardaşına“ və “məktub“ sözləri isə isimlə ifadə olunmuşdur. Tamamlıqlar ümumilikdə geniş ifadə vasitələrinə malik olsa da , qeyri-müəyyən vasitəsiz tamamlıqlara bu xüsusiyyəti şamil etmək olmaz. Çünki qeyri-müəyyən vasitəsiz tamamlıqlar konkretlik, müəyyənlik bildirmir. Ona görə də müəyyənlik bildirən nitq hissələri, xüsusi isimlər, şəxs, yiyəlik, qayıdış əvəzlikləri, substantivləşmiş işarə əvəzlikləri, III növ təyini söz birləşmələri və s. ilə ifadə olunmur. Tamamlıqlar quruluşca 2 cür olur. Nitq hissələri ilə (leksik vahidlərlə) ifadə olunan tamamlıqlar sadə, sintaktik vahidlərlə (söz birləşmələri, məsdər və substantivləşmiş feli sifət tərkibləri) ifadə olunan tamamlıqlar isə mürəkkəb adlanır. Məsələn, 1) Hər şeyi unudaraq Kürün sakit qıjıltısına qulaq asdı (İ.Şıxlı). 2) Olmazmı öz torpağımızdan bir az kasıblara verək? (İ. Şıxlı). 3) Yatmışları razı deyiləm kimsə oyatsın (M.Ə. Sabir). 4) Tez ol, çırağı yandır, bunu içəri apar (İ. Şıxlı). 5) Gedəni saxlamazlar. 6) Ona görə də mən “tərəzi dibində oturanlara”, “ yumurtadan yun qırxanlara” nifrət edirdim (İ. Əfəndiyev). 7) Halbuki belə basqınların heç də yaxşı iş olmadığını mən ürəyimin dərinliklərində hiss edirdim... Selbasarlıların yenə də əliboş qayıtmaları oba adamlarına ləzzət verirdi (İ. Əfəndiyev). Tamamlığın növləri.Vasitəsiz və vasitəli tamamlıq Hərəkətlə obyekt arasındakı münasibətə, aralarındakı əlaqənin xarakterinə görə tamamlıqlar iki növə ayrılır. Belə ki, iş, hal və hərəkətin obyektlə olan əlaqəsi ya vasitəsiz, ya da başqa bir obyektin vasitəsi ilə ifadə oluna bilər . Buna görə də tamamlıqlar vasitəsiz və vasitəli adlanır.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin