Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə77/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   73   74   75   76   77   78   79   80   ...   189
2019-04-25 12-07-55

3.Qayıdış növ feillər. Felin bu növündə adından da göründüyü kimi, iş iş görənin (subyektin) öz üzərinə qayıdır. Yəni subyekt obyekti əvəz etmiş olur. Belə ki, subyekt həm subyekt, həm də obyekt rolunda çıxış edir. Bu cəhətdən qayıdış növ feillər məchul növdən fərqlənir. Əgər məchul növdə obyekt subyekti əvəz edirsə, qayıdış növdə isə subyekt obyekti əvəz edir.
Qayıdış növün morfoloji göstəricisi -ıl,-il,-ul,-ül; -ın,-in,un,-ün; -n şəkilçiləridir: döyünmək, sıxılmaq, görünmək və s. Məsələn, Ürəyim sıxılır. Uzaqdan bir qaraltı görünür.
Qayıdış növ feillər də məchul növ feillər kimi təsirli feildən düzəlir, nəticədə təsirsiz olur: üzüldü, darandı, göründü, açıldı, çırpıldı və s.
Məchul növlə qayıdış növün oxşar əlamətlərinə baxmayaraq, hər biri ayrı-ayrı mənalar ifadə edir. Bunları mənaca bir-birindən ayırmaq üçün felin subyektə və yaxud felin obyektə olan münasibətinə nəzər salmaq lazımdır. Əgər subyekt naməlum olduğu üçün obyekt onu əvəz etməklə bilavasitə xəbərlə əlaqədar olarsa, həmin fel məchul növdə olur: İp çəkildi dedikdə ipi çəkən şəxs (subyekt) məlum olmadığından ip sözü çəkildi feli ilə birbaşa münasibətdə olur və subyekti əvəz edir və fəal mövqeyə keçir. Deməli, işi icra edəni əvəz etdiyindən feil məchul məna daşıyır. Əksinə olaraq, əgər subyekt üzərində iş icra edilən əşyanı (obyekti) də əvəz edirsə, onda subyektlə feil arasında heç bir obyektin (əşyanın) işlənməsinə ehtiyac qalmır. Beləliklə, feil qayıdış növ mənasını daşıyır. Məsələn, Duman çəkildi dedikdə başqa bir subyekt iştirak etmir, duman öz-özünə çəkilir. Eyni zamanda başqa bir obyektə ehtiyac da qalmır. Çünki duman sözü eyni zamanda obyekti də əvəz etmişdi. Yəni iş iş görənin (subyektin) öz üzərinə qayıdır, onun üzərində icra edilir.
Qayıdış növ təkcə öz morfoloji əlamətləri ilə deyil, həm də düzəltmə feilləri yaradan şəkilçilərin məzmununda da ifadə olunur:
a) -lan,-lən şəkilçisi ilə düzələn feillərdə: qanadlan (maq), qüvvətlən (mək), ruhlan (maq), xəstələn (mək);
b) -al,-əl; -l şəkilçili feillərdə: ucal(maq), gödəl(mək).
c) -laş,-ləş şəkilçili feillərdə: gözəlləş (mək), sakitləş (mək) və s.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin