Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə95/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   91   92   93   94   95   96   97   98   ...   189
2019-04-25 12-07-55

Axtaran tapar.
Qaçan da, qovan da Allah deyir.
Qurddan qorxan meşəyə girməz.
Allah döyəni bəndə də döyər.
Sirr saxlayanı pir saxlar.
Sözü söylə alana, qulağında qalana.
(A.sözü)
Feli bağlama, onun fiel və zərflə oxşar və fərqli cəhətləri
Türkologiyada, eləcə də Azərbaycan dilçiliyində feli bağlama termini felin təsriflənməyən forması, adverbial (zərfləşən) feil, feli-zərf kimi adlandırılmışdır. Feli bağlama təsriflənən və ya başqa formada olan feilləri müxtəlif cəhətdən (zaman, səbəb, tərz) izah edir. Adından da göründüyü kimi, feli bağlama bağlayıcılıq funksiyası daşıyır. Bu baxımdan feli bağlamaya belə bir tərif vermək olar: Əsas felə bağlanıb mənaca onu tamamlayan fiel formasına feli bağlama deyilir. Feli bağlama aid olduğu feildən qabaq gəlir.
Feli bağlamanın subyekti cümlə daxilində əsas felin subyekti ilə müştərək olduqda feli bağlamanın şəxsi özündən sonra gələn təsriflənən felin şəxsi ilə müəyyənləşir: Bu anda xalam otağın pəncərəsində duraraq məni çağırdı. (İ.M.) Əsgər arxaya dönüb baxmadan qaçırdı. (M.İ.)
Birinci cümlədə duraraq feli bağlamasının şəxsi çağırırdı, ikinci cümlədəki dönüb baxmadan feli bağlamasının şəxsi qaçırdı felinin şəxsi ilə müəyyənləşir.
Feli bağlamanın subyekti əsas felin subyekti ilə müştərək deyil, müstəqil olduqda, onun şəxsi özündən sonra gələn təsriflənən felin şəxsi ilə uyğun gəlmir. Bu zaman feli bağlama özündən əvvəl gələn sözləri öz ətrafına toplayıb tərkib əmələ gətirir. Tərkib daxilindəki subyekt feli bağlamanın öz subyekti olur və həmin subyektlə tərkib daxilində ifadə olunan işin hansı şəxsə aid olması müəyyənləşir. Məsələn:
Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.
(S.Vurğun)
Feli bağlama cümlə daxilində əsas feildən əvvəl işlənərək heç bir şəxs və zaman şəkilçiləri qəbul etmir.
Feli bağlama cümlənin həmcins xəbəri olduqda onun zamanı əsas felin zamanından asılı olur. Məs.: Ə. Cavad Gəncədə Ruhani seminariyasını bitirib, Qusarda müəllimlik fəaliyyətinə başladı.
Azərbaycan dilində feli bağlama şəkilçiləri çox zəngindir. Bu baxımdan həmin şəkilçilərin yaratdıqları məna da geniş və rəngarəngdir. Feli bağlama şəkilçiləri hal-vəziyyət, tərzi-hərəkət, səbəb, ümumi zaman məzmunlarını ifadə edir.
* -ıb, -ib, -ub, -üb. Məhsuldar şəkilçidir. Hal-vəziyyət, səbəb, tərz, qismən də zaman bildirir. Ədəbi dilimizin tarixi inkişaf yoluna nəzər salsaq, həmin şəkilçinin istər klassik ədəbiyyatda, istərsə də şifahi xalq ədəbiyyatında -ıban (ı),-ibən (i), -uban (u), -übən (ü) şəklində işlənməsinə rast gəlirik: Qalxıbanı yerindən uru durgil, yigitlərin oxşağıl, boyuna alğıl, oğlana uğrağıl. (KDQ) Kaş ki gözəl olmayaydım, Saralıban solmayadım... (Bayatı) Bu şəkilçi omonimlik xüsusiyyətinə malikdir, həm də nəqli keçmiş zamanda II və III şəxslərin tək və cəmində işlənir. Məs.: Açılıbdı qızılgüllər, Bülbülün bala vaxtıdır. (A. T.)
Aşıq Musa deyər, yetibdi dərdim,
Məni bu qürbətə atıbdı dərdim,
Səksəni, doxsanı ötübdü dərdim
İndi də yetişib a yüzə, yüzə. (A. Musa)
Qeyd: Xəbərlik (şəxs) kateqoriyasının morfoloji əlamətləri folklor ədəbiyyatında, onun xüsusi qolu olan aşıq poeziyasında ədəbi tələffüz variantına uyğun verilib. Əvvəlki mövzularda da belə nümunələr verilib.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin