Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


Feli sifətlə felin oxşar cəhətləri



Yüklə 319,77 Kb.
səhifə94/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   90   91   92   93   94   95   96   97   ...   189
2019-04-25 12-07-55

Feli sifətlə felin oxşar cəhətləri:
* Feli sifətlər də feillər kimi zaman bildirir, lakin feillər konkret zamanı, feli sifətlər isə ümumi zamanı bildirir.
* Feli sifətlər də feillər kimi təsdiq və inkarda olur: yazılmış (təsdiq) əsər – yazılmamış (inkar) əsər; oxunan (təsdiq) nəğmə – oxunmayan (inkar) nəğmə və s.
* Feli sifətlər də feillər kimi təsirli, təsirsiz olur: gülən (təsirsiz) qız – danışan (təsirli) qız.
* Feli sifətlər də feillər kimi növlər üzrə dəyişir: yazan oğlan (məlum); yazışan qız (qarşılıq); gülüşən tələbələr (müştərək); yazdıran oğlan (icbar); döyünən ürək (qayıdış); görülən işlər (məchul) və s.
* Feli sifətlər də feillər kimi özündən əvvəl gələn adları dörd halda (yönlük, təsirlik, yerlik, çıxışlıq) idarə edir. Məs.: Qana batmış əllərini arxayın-arxayın sildi (yönlük).
Göyləri, yerləri dərk edən insan (təsirlik) Bəs niyə özünü çətin dərk edir. (B.V.) Daldan (çıxışlıq) atılan daş topuğa dəyər. (A.sözü) Dünən mənə (yönlük) öz əlində (yerlik) Gül gətirən bir gəlin də... . (S.V.)
Feli sifətin feildən fərqi ondadır ki,
* Feillər zamana, şəxsə, kəmiyyətə görə dəyişir, feli sifətlər yox.
* Feillər söz yaradıcılığında fəal iştirak edir, feli sifətlər yox.
* Feillər cümlədə ancaq feli xəbər olur, feli sifətlər isə, əsasən, təyin, substantivləşəndə mübtəda, tamamlıq, ismi xəbər olur. Həmçinin zərflik vəzifəsini də icra edir.
* Fellər tərkib yarada bilmir, feli sifətlər isə tərkib yaradır.
Feli sifətin sifətlə oxşar və fərqli cəhətləri:
* Feli sifətlər də sifətlər kimi isimdən əvvəl gəlir, hər ikisi təyinetmə xüsusiyyətinə malikdir. Lakin sifətlərdəki təyinetmə daimi əlamət kimi özünü göstərir. Müqayisə edək: açılmış qapı – açıq qapı.
* Həm sifət, həm də feli sifət necə?, nə cür?, hansı? sualına cavab verir: ağlağan (hansı?) qız – gülən (hansı?) oğlan və s.
* Sifətlərdə dərəcə əlaməti olduğu halda, feli sifətlərdə bu əlamət yoxdur.
* Hər ikisi cümlədə, əsasən, təyin olur.
* Hər ikisi substantivləşir.
Feli sifətin substantivləşməsi dilimizdə geniş şəkildə özünü göstərir. Xüsusən atalar sözləri və məsəllərdə buna daha çox rast gəlinir. Bu nümunələrdə feli sifətlərin substantivləşməsi daim xarakter daşıyır. (Qeyd: Substantivləşmə haqqında sifət bölməsinə bax) Nümunələrə nəzər salaq:

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin