VIII MÖVZU: PEDAQOJİ PROFESSİONALLIQ ETİKASININ FORMALAŞDIRILMASI Plan Müəllim şəxsiyyətinin professionallıq baxımından əhəmiyyətli keyfiyyətləri
Müəllimin professional etika kodeksi
Pedaqoji professionallıq etikası formalaşdırılmasının mənbə və proqramları
Müasir müəllimin etik ehkamları
Ədəbiyyat Kazımov N. Pedaqoji ustalığın problemləri. Bakı, 2009
Müəllimlərin etik davranış qaydaları. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli 600 №-li əmri
Nağıyeva L. Pedaqoji etika. Bakı, 2013
Qasımova L., Mahmudova R. Pedaqogika. Bakı, 2012
Sadıqov F. Pedaqogika. Bakı, 2008
Səmədov E. Peşə etikası və etiket qaydaları. /arxiv.mtk.az/content/index 973
Лаврентьева Н.Б., Нечаева А.В. Педагогическая этика. Барнаул, 2010
Müəllim şəxsiyyətinin professionallıq baxımından əhəmiyyətli keyfiyyətləri
Müəllim tədris etdiyi fənni dərindən bilməklə yanaşı professionallıq baxımından əhəmiyyətli olan bir sıra keyfiyyətlərə də yiyələnməlidir. Müasir dövrdə şəxsiyyətin keyfiyyətlərini müəyyən edən çoxsaylı professioqramlar mövcuddur. Pedaqoji professioqramlara pedaqoqun təkcə pedaqoji-psixoloji deyil, həmçinin onun şəxsiyyətinin əxlaqi-etik keyfiyyətləri də daxil edilməlidir. Müəllimin əxlaqi-pedaqoji keyfiyyətlərinə bunlar daxildir:
müəllimin öz peşəsinə əxlaqi seçimi və münasibəti;
müəllimin şagirdlərə və pedaqoji prosesin digər iştirakçılarına əxlaqi münasibəti;
müəllimin sosial mühitə və ictimai həyata əxlaqi münasibəti.
Pedaqoqun professionallıq baxımından əhəmiyyətli şəxsi keyfiyyətləri bunlardır:
İntellektual parametrlər:
Pedaqoqların özləri isə belə hesab edirlər ki, müəllimin professional pedaqoji fəaliyyətinin əsas göstəricisi onun elmi fəaliyyəti və elmi nailiyyətidir.