Mühazirə mətnləri I mövzu: pedaqoji etikanin predmeti VƏ VƏZİFƏLƏRİ


İşgüzar ünsiyyət etikasının “üfüqi” növü



Yüklə 95,49 Kb.
səhifə28/35
tarix17.09.2022
ölçüsü95,49 Kb.
#63746
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   35
PNT-magistr-I-kursFənn-PEDAQOJI-ETIKA-İ.Əliyev

İşgüzar ünsiyyət etikasının “üfüqi” növü ( eyni səviyyəli rəhbərlər və ya kollektivin sadə üzvləri arasında)

Bu növün ümumi etik prinsipi belədir: “işgüzar ünsiyyətdə öz kolleqanızın (həmkarınızın) sizə necə yanaşmasını istəyirsinizsə, ona o cür münasibət bəsləyin”. “Üfüqi ünsiyyətin bir neçə prinsipinə baxaq:

  • başqası tərəfindən sizə xüsusi münasibət və ya imtiyaz göstərmək tələbində olmayın;

  • ümumi işin yerinə yetirilməsi zamanı hüquq və məsuliyyətin bərabər bölünməsinə çalışın;

  • görə bilməyəcəyiniz iş barədə söz verməyin;

  • həmkarınıza öz məqsədlərinizin həyata keçirilməsi yolunda bir vasitə kimi deyil, hörmət edilməsi lazım olan bir şəxsiyyət kimi baxın;

  • insanların daxili işlərinə qarışmayın. İş yerində digərinin şəxsi problemləri barədə soruşmazlar;

  • özünüzü olduğunuzdan artıq ağıllı, maraqlı, yaxşı adam kimi göstərməyə çalışmayın.

  1. Pedaqoji kollektivdə ünsiyyətin xüsusiyyətləri: ünsiyyətin rəsmi və qeyri-rəsmi formaları

Müəllimin pedaqoji kollektivdə həmkarları ilə ünsiyyətini şərti olaraq iki yerə bölmək olar:

  • formal (rəsmi) – pedaqoji kollektivin üzvləri arasında münasibətlərin bilavasitə iş prosesinə aid olması ( metodbirləşmə, pedaqoji şura və s.)

  • qeyri-formal (qeyri-rəsmi) – həmkarlar arasında simpatiya və antipatiya əsasında formalaşan münasibətlər.

Adətən, formal əlaqələr vəzifə münasibətlərini əks etdirir: direktor – müavinlər – sinif rəhbəri – fənn müəllimləri. Formal münasibətlər hər kəsdən öz səlahiyyətləri daxilində icra məsuliyyəti, əxlaqlı davranış, başqaları ilə ünsiyyətdə peşə etikasını gözləməyi tələb edir.
Kollektivin ənənəvi-psixoloji mühiti ünsiyyətin rəsmi və qeyri-rəsmi tərəflərinin birliyinin səviyyəsi ilə müəyyənləşir.
Pedaqoji kollektivdə ünsiyyətin nizamlanması və stimullaşdırılması amili kimi ümumi və ictimai rəy çıxış edir. Ümumi rəy kimsə və nəsə haqqında kortəbii, qeyri-mütəşəkkil yolla yaranan rəydir. İctimai rəy isə birgə diskussiyalar, informasiya mübadiləsi nəticəsində şüurlu şəkildə yaranır.
Pedaqoji kollektivdə müsbət mikroiqlimin yaradılmasına müəllimlərin şəxsi və ictimai maraqlarının böyük təsiri olur. Buna görə də kollektiv formalaşdırılmasının əsas yollarından biri əksər pedaqoqların peşə maraqlarının yaxınlaşdırılmasıdır.
Pedaqoji kollektivlərdə ünsiyyət təkcə peşə tələbat və maraqları ilə deyil, həm də digər sosial-psixoloji əlaqə formaları ilə nizamlanır. Məsələn, əhval-ruhiyyə, zövqlər, bu və ya digər dəbə dair həvəslər (xüsusilə qadınların çox olduğu kollektivdə), ənənələr və s. Bununla yanaşı kollektivdə neqativ münasibət yaradan sosial-psixoloji amillər də ola bilir.
Kollektivdə dostluq əlaqələrinin formalaşdırılması xüsusilə zəruridir. Bu məsələdə isə “Dostluq öz yerində, iş öz yerində” prinsipi üstün tutulmalıdır.
Amma hər bir kollektivdə söz-sav, şayiə, dedi-qodu mövcud olur. Şayiə rəsmi olaraq təsdiq edilməmiş, əksər hallarda nəticədə düzgün olmadığı aşkarlanan xəbərdir.
Dedi-qodu yalanla həqiqətin, bir növ birləşməsindən yaranır. Qarşısı alınmayan dedi-qodu “şərləmək” deyilən sosial-psixoloji hala gətirib çıxara bilər.


  1. Yüklə 95,49 Kb.

    Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin