Süd məhsullarının mikrobiotası. Əsas süd məhsullarına turşsüd məhsulları,
kərə yağı, marqarin, pendir aiddir.
Bolqar qatığı. Bu, pasterizə edilmiş südə Bact.bulgarium və Streptococcus
lactis kulturalarından alınmış təmiz bakterial maya (çalası) əlavə etməklə
hazırlanır. Maya əlavə edilmiş süd 35C temperaturada 4-6 saat müddətində qatığa
çevrilir. Süd sənayesində südə mayanı çox əlavə etməklə və 55C temperaturada
yetişdirməklə, qatığın hazırlanma müddətini qısaldırlar (2-3 saatdan sonra süd
laxtalanır).